![]() |
|
Universitetə yeni qəbul olan gənclər başlayırlar bir-birini sevməyə. Özü də bu sevgi onların bütün həyatları boyu özünü tələsmək şəklində biruzə verir. Evlənmək istəyirlər, ailələri mane olur.
Qoşulub qaçırlar. Hər iki gəncin ata-anası naçar qalıb, bu izdivacı qəbul edirlər. Çox keçmir, hər şey dəyişir.
"Ölkə.Az" acınacaqlı tale hekayəsininin əks olunduğu videonu sizə təqdim edir:
Oxu24.com xəbər verir ki, hadisə Novxanıda istirahət mərkəzlərinin birində baş verib.
Hadisənin şok təfərrüatı məlum olub.
İstintaq materiallarından məlum olub ki, Xaçmaz rayon sakini Səringül Ramazanova istirahət mərkəzində təsadüfi tanış olduğu Anar Məmmədovla içki qəbul edib. Daha sonra Anar Səribgülə intim münasibət təklif edərkən Səribgük bundan imtina edib. Bu zaman tərəflər arasında dava düşüb. Qız masanın üzərində olan bıçaqla oğlana zərbə endirib.
Ətrafdakı insanlar onları sakitləşdirib.
Buna baxmayaraq Anar aldığı bıçaq zərbəsindən ölüb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı yaranan vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.
Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar. Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon ədədə yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb. Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
BŞBPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-8 tarixlərində 51 cinayətin üstü açılıb.
Onlardan 17-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, narkotiklərlə əlaqəli 14, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində 19 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılıb.
İtkin düşən kimi axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yol-xeber.az “Report”-a istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr bazarının qarşısında minik avtomobili yolu keçən 1968-ci il təvəllüdlü Qarayev Seyfəli Qacay oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı S.Qarayevə açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Misirin şimal-şərqində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, insident martın 6-da səhər saatlarında İsmailiyyə əyalətində qeydə alınıb. Bu barədə “Al Youm As Sabi” portalı məlumat yayıb.
Portalın məlumatına görə, dövlətlər arası avtomagistralda toy kortejində olan iki minik avtomobili mikroavtobusla toqquşub. Nəticədə azı 12 nəfər ölüb, daha 9-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Bu barədə "Ölkə.Az"a Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
O bildirib ki, martın 5-də saat 18 radələrində Qusar rayonunda 1970-ci il təvəllüdlü Raul Orucovun 1972-ci il təvəllüdlü qardaşı Kəmran Orucovu öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla Qusar rayon sakini Raul Orucovun aralarında yaranmış mübahisə zamanı qardaşı K.Orucova bıçaqla zərbə yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
R.Orucov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
O, müdafiəçinin iştirakı ilə dindirilərkən qardaşını qəsdən öldürdüyünü etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Apa bildirir ki, Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Türkiyənin İstanbul şəhərində motosikletlinin sərnişin avtobusundan enən qadını vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Yol-xeber.az İHA-ya istinadən xəbər verir ki, insident Çəngəlköy rayonunda qeydə alınıb.
Kadrlarda, sərnişin avtobusunun dayanacaqda dayandığı və içərisindən sərnişinlərin düşdüyü görülür. Bu arada avtobusdan düşmək istəyən qadına arxadan gələn motosiklet çırpılır.
Zərbənin şiddətindən qadın yerə sərilir. Yıxıldığı yerdən qalxa bilməyən qadının köməyinə avtobusdakı sərnişinlər gəlir.
Digər təfərrüatlar barədə məlumat verilmir.