Qobustan rayonunda bir ailənin 5 üzvünün – Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı – zəhərlənməsi ilə bağlı hadisənin bəzi detallar üzə çıxıb.

Bu barədə axar.az-a məlumat verən sakinlərin sözlərinə görə, hadisə 2-3 ay əvvəl baş verib. Daha doğrusu, 2-3 ay öncə ailənin bütün üzvlərində qaraciyər xəstəliyinin olması üzə çıxıb.

Məlumata görə, həkimlər ailəni müayinə edərkən dəqiq diaqnoz qoya bilməyiblər. Sadəcə, ehtimal var ki, ailənin yeməyinə hansısa zəhər qarışıb. Çünki analizlər ailənin hər bir üzvündə toksik proseslərin getdiyini təsdiqləyib.

Ailə başçısı Elnur Şıxəliyev qaynaqçı işlədiyinə görə geniş imkanlara malik deyil, qohum-qonşunun yardımı ilə ailə bir neçə ay əvvəl İranda da müalicə alıb. Ancaq İrandakı müayinə və müalicələr də heç bir kömək etməyib.

Ən maraqlı məqamlardan biri odur ki, E.Şıxəliyevin Bakıda yaşayan və heç də onlarla birgə yemək yeməyən qayınanasında da eyni xəstəlik aşkarlanıb. Bu isə zəhərlənmə ehtimalını xeyli azaldıb və yaxud zəhərlənmə olayının artıq araşdırmaya alınmasını aktuallaşdırıb.

Mövzunu davam etdirəcəyik.

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

Trendə məlumat verir ki, Qobustan şəhər sakinləri – Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bakıda “Baku Oil Service” Mərkəzində yanğın baş verib
Bakı şəhəri, Səbail rayonunda “Baku Oil Services”ə (BOS) məxsus ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

"Ölkə.Az" bildirir ki, Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Səbail rayonunda yanğın hadisəsi baş verib.

"Ölkə.Az" xəbər verir ki, hadisə Bakı-Salyan şossesində yerləşən “Baku Oil Service” şirkətinin binasında qeydə alınıb.

Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları hadisə barədə FHN-ə məlumat verib. Yanğın güclü olduğundan əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 briqadası cəlb edilib.

Alov söndürülüb, yanğının ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı binanın bir və ikinci mərtəbələri tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin təfərrüatı araşdırılır. oxu.az

Sumqayıt-Bakı yolunda ağır qəza: Taksi dəmir arakəsməyə çırpıldı  - VİDEO
“Opel” markalı avtomobil dəmir arakəsməyə çırpılıb

Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda ağır qəza olub. 

Yol-xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə yolun Xırdalandan keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobil dəmir arakəsməyə çırpılıb. 

 

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobil yararsız vəziyyətə düşüb. 

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:

 
Bakıda yük maşını belə aşdı, sürüyüb apardılar - FOTO - VİDEO
Qəza nəticəsində yolda tıxac yaranıb, DYP təhlükəsizliyi təmin edib

Heydər Əliyev prospektində Yusif Səfərov küçəsi istiqamətində Heydər Əliyev mərkəzi yaxınlığında körpünün altında yük maşını aşıb. Yol-xeber.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin məlumatına görə, hazırda şəhər istiqamətində həmin hissəyədək sıxlıq müşahidə olunur.

Oxuculardan biri hadisənin görüntülərini əks etdirən videonu Avtosfer.az-a göndərib. Kadrlardan da göründüyü kimi, yük avtomobili yanı üstə aşıb. Kran isə elə onu həmin formada qoşquya alaraq sürüyüb kənara çıxarıb. Ərazidə təhlükəsizliyi yol polisi təmin edib.

 

 
Səhiyyə nazirindən koronavirus xəbərdarlığı
Fransa Səhiyyə naziri Oliviye Veran koronavirusdan qorunmaq məqsədi ilə insanları bir-biri ilə birbaşa münasibətdən yayınmağı, xüsusən də öpüşməyi və əl verib salamlaşmağı məhdudlaşdırmağı tövsiyyə edib.

CNN xəbər verir ki, nazir koronavirus təhlükəsi ilə əlaqədar olaraq Fransız ənənəsi olan öpüşmənin əleyhinə çıxış edib.

“İnsanlarla fiziki təması məhdudlaşdırmaq tövsiyyə olunur. Bu da öz-özlüyündə ənənəmizə uyğun olaraq insanların bir-biri ilə öpüşməkdən uzaq durması deməkdir”- nazir jurnalistlərə açıqlamasında deyib.

Bakıda külək adam öldürdü
Ötən gün saat 17:00 radələrində Bakının Pirşağa qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Təbii fəlakət nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün Həsənov İsmət Məhəmməd oğlu dünyasını dəyşib.

Modern.az xəbər verir ki, yuxarıda qeyd edilən saatlarda İsmət Həsənov şəxsi avtomobili ilə evinə dönüb. O, darvazanı açıb və avtomobili həyətə salıb.

Sonra darvazanı bağlamaq istəyərkən güclü külək darvazanı və barını onun üstünə yıxıb.

İsmət Həsənov hadisə yerindəcə keçinib.

Koronovirus şübhəlisi belə aparıldı
Paytaxtın Səbail rayonunda maraqlı hadisə baş verib.

Unikal.org xəbər verir ki, İstiqlaliyyət küçəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin yaxınlığında təcili tibbi yardım maşınından düşən xüsusi geyimli həkimlər koronavirusa yoluxma şübhəsi olan şəxsi aparmaq üçün gəliblər.

Bakıda ağır yol qəzası
Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Report məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə zamanı 1-i qadın olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar ərazidəki insanların köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Onlardan biri - “Niva”nın sürücüsü, 1991-ci il təvəllüdlü Qəhrəmanov Şəhriyar İntiqam oğlunun vəziyyəti ağırdır.

Xəstəxanadan yaralılarla bağlı məlumat verməkdən imtina ediblər.

Aprel döyüşləri iştirakçısı yol qəzasında vəfat etdi
Aprel döyüşləri iştirakçısı, xüsusi təyinatlı hərbçimiz Loğman Cəfərov vəfat edib.

 “Yeni Sabah” xəbər verir ki, hərbçimiz avtomobil qəzası nəticəsində dünyasını dəyişib.  

Loğman Cəfərov bu gün doğulduğu Cəlilabad rayon Qarağac kəndində dəfn edilib. 

Allah rəhmət eləsin! 

Xəbər lenti