![]() |
|
Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.
Yol-xeber.az "Qafqazinfo"ya istinadən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.
Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.
Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.
Rusiyanın Kemerov əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Yol-xeber.az xəbər verir ki, insident fevralın 28-də səhər saatlarında Lenininsk-Kuzneçkiy – Novokuzneçk trasında qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, “Toyota Noah” markalı mikroavtobus ötmə əməliyyatını yerinə yetirən zaman yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Qazel” markalı yük maşını ilə toqquşub. Zərbənin şiddətindən hər iki maşında güclü yanğın başlayıb.
Nəticədə “Qazel”in sərnişini yanaraq, “Toyota”nın sürücüsü ilə 2 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. “Qazel”in sürücüsü özünü yanan maşından kənara atsa da, o, aldığı çoxsaylı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Bakıda baş verən iki qəza anı kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, ilk görüntülərdə "Mercedes ML" markalı avtomobilin sürücüsü geriyə dönmə edən zaman avtobusun yoluna çıxır. Nəticədə qəza baş verir. İkinci videoda isə "İnfinity" markalı avtomobilin sürücüsü diqqətsizlik edərək idarəetməni itirir və bardürə çırpılır. Videonu təqdim edirik:
Son günlər avtomobillərdən oğurluq halları artıb. Bu hadisələrin çoxu paytaxtın inzibati ərazisində qeydə alınıb. Təkcə ötən həftə 20-dən artıq qarət faktı qeydə alınıb. Əvvəllər belə hallar gecənin qaranlığında baş verirdisə, indi günün günorta çağı da oğurluq əməllərinə rast gəlinir.
ARB TV-nin “Günə doğru” verilişində məsələ ilə bağlı süjet yayımlanıb.
Zərərçəkən bildirib ki, səhər maşına baxanda görüb ki, “baqaj”ı açıqdır:
“Tikinti aparatlarımı aparmışdılar. 7-8 min manat qiyməti olardı”.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə məsləhət görüb ki, vətəndaşlar öz avtomobillərini işıqlandırılan, mühafizə olunan TŞ kameraları olan yerlərdə, küçə və prospektlərdə saxlasınlar.
Bakıda qaydaları kobud şəkildə pozan sürücülərin törətdiyi qəza kameraya düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın mərkəzi prospektlərindən birində VAZ 21015 və VAZ 21099 markalı avtomobillər yüksək sürətlə hərəkət edir. Onlar sanki öz aralarında yarışırlar. Bu zaman yolun kənarında qəza işıqlarını yandırıb dayanmış taksi sürücüsünün avtomobilinə arxadan çırpılan VAZ 21015 qəza törədir.
Qeyd edək ki, qəzaya səbəb olar avtomobildə həm də konstruksiya dəyişikliyi var. Videonu təqdim edirik:
Oxu.az xəbər verir ki, rayonun Zümürxan kəndində kənd sakini 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızı yaşadığı evin mətbəxində baş nahiyəsindən aldığı bir neçə zərbədən ölüb.
Onun ölümündə həyat yoldaşı Vahid İbadov şübhəli bilinir.
Zümürxan kənd bələdiyyəsi Qürbət Nuriyev Oxu.Az-a deyilib ki, Vahid usta işləyib:
“Tahirə ilə 10 ilə yaxındır ki, evlidir. Onların uşaqları olmayıb. Kasıblıqla yaşayırdılar. Əsas problemləri kasıblıq olub. Qadının səhhəti ilə bağlı bəzi problemləri vardı”.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda gündəlik qeydə alınan qəzaların sayı irili-xırdalı 15-20 arasında dəyişir. Bəs ən çox yol qəzaları paytaxtın hansı küçə və prospektlərində baş verir və bunun əsas səbəbləri nədir?
“MediaPost” bu barədə araşdırmanı təqdim edir.
Paytaxtda ən çox qəzalar nə qədər qəribə də olsa, Aeroport yolu, Heydər Əliyev, Ziya Bünyadov, Neftçilər, Babək və Nobel prospektlərində baş verir. Növbəti sırada isə daha çox yolayrıcıları gəlir.
Qeyd edilən prospektlər geniş və işıqlandırma sistemi ilə təchiz olunub. Eyni zamanda yollar əsas, əlavə və iki ayrı istiqamətlidir.
Bəs bütün bu xüsusiyyətlər olduğu halda qəzalar niyə baş verir?
Aeroport yolunda sürücülər geniş zolaqlar olduğu üçün bir qədər səhlənkarlıq edirlər. Xüsusilə ara məsafəsi nəzərə alınmır. 110 km/saat sürət olan yolda şütüyən avtomobillər arasındakı məsafə bəzən heç 3 metr də olmur. Qarşıda hər hansı maneə olduqda əyləci basan sürücünü arxadan gələn avtomobil vurur. Bu cür hallarda zəncirvari qəzalar daha çox baş verir. Eyni zamanda, sürücülər əksər hallarda "tələsir". Sol zolaq bu cür sürücülərin ötməsi üçün nəzərdə tutulsa da, həmin zolaqla 90-100 km/saat ilə hərəkət edən sürücülər olur. Bir neçə dəfə yol istədikdən sonra isə sağdan ötmə edir. Nəticədə qəza baş verir.
Heydər Əliyev prospektində isə əsasən piyadavurmalar daha çox olur. Səbəb isə keçidlərin az olması, eyni zamanda insanların yüksəksürətli yolu keçməyə cəhd etməsidir. Bu prospektində qəzalar yuxarıda qeyd olunan ara məsafəsi və sürət həddi, sağdan ötmə ilə yanaşı digər bir səbəbdən baş verir. Belə ki, əsas yoldan əlavə yola iki yerdə keçid var. Sürücülər sol zolaqla hərəkət edir və yalnız köməkçi yola keçidə cəmi 5-10 metr qalmış sol zolaqdan ən sağa keçməyə cəhd edirlər. Bu zaman isə orta və sağ zolaqla gələn sürücülərin yoluna çıxma nəticəsində qəza baş verir.
Ziya Bünyadov prospektində qəzaların baş verməsinə yuxarıda qeyd olunan səbəblərlə yanaşı, xüsusi bir məsələ var. Belə ki, ən çox körpü və tunel bu prospektdə olduğu üçün yol enişli-yoxuşludur. Sürət həddi isə 90 km/saatdır. Sürücülər bir çox hallarda qarşıda nə baş verdiyini çox gec görür. Nəticədə ən çox zəncirvari qəzalar da məhz bu prospektdə qeydə alınır.
Babək prospekti təmirdən sonra qəzaların sayının artması ilə yadda qalıb. Burada qəzalara əsas səbəblərdən spesifik olanı geriyə dönmə nöqtələridir. Belə ki, prospekt boyu 10-a yaxın analoji yerdə sürücülərin sərbəst dönməsi çətindir. Zolaqlar ayrılsa da, kəsişmə yerləri düzgün tənzimlənməyib. Sürücülərin isə tələsməsi və geriyə dönmək üçün iki sıra yaratması da qəzalara səbəb olur.
Nobel prospekti də qəzaların sayına görə geri qalmır. İlk baxışdan burada qəza halları qeyri-adi görünsə də, səbəbi var. Daha çox qəzalar işıqforlar olan ərazidə baş verir. Yolayrıcında sürücülərin tələsməsi toqquşmalar ilə nəticələnir. Eyni zamanda, "Nargilə" kafesinin yanındakı döngə də qəzaların baş verdiyi əsas nöqtədir. Burada işıqforlar olsa da, sürücülər çox zaman tələsir və qəzaya səbəb olur.
Paytaxtın Neftçilər prospekti də qəzaların baş verdiyi nöqtələrdən biridir. Əsas yerlər isə Azneft dairəsi, Azadlıq, Bülbül prospektləri, Səməd Vurğun, Puşkin, Kövkəb Səfərəliyeva küçələri ilə kəsişmədir. Son iki küçə ilə kəsişmə işıqfor ilə tənzimlənmədiyi üçün toqquşmalar daha çox burada baş verir.
Ümumiyyətlə, qeyd olunanlardan başqa digər küçə və prospektlərdə də qəzalar kifayət qədər çox baş verir. Lakin adıçəkilən ərazilərdə qəzaların baş verməsi, ilkin olaraq qəribə görünsə də, səbəbsiz də deyilmiş.
Sürücülər svetoforun yaşıl işığı yanmağa bir neçə saniyə qalmış yolayrıcına çıxır və tələsirlər. Nəticədə isə qəzalar baş verir. Çünki digər istiqamətdə də son saniyədə hərəkət edən olur. Avtosfer.az-ın təqdim etdiyi videoda analoji hal yaşanır. Yaşıl işıq yanan kimi tələsən VAZ 2107 markalı avtomobilin sürücüsü sağdan gələn maşınla toqquşur.
Qeyd edək ki, bu cür qəzalarda ölüm və xəsarət halları da çox olur. Videonu təqdim edirik:
Rusiyanın Moskva şəhərində taksi sürücüsü 3 nəfəri yanan avtomobildən xilas edib. Yol-xeber.az xəbər verir ki, insident Şimali Çertanov mikrorayonu ərazisindəki tuneldə qeydə alınıb. Bu barədə yanvarın 27-də “RenTV” telekanalı məlumat yayıb.
Telekanalın məlumata görə, yüksək sürətlə idarə olunan “Mercedes” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq tunelin girişinə çırpılıb. Zərbənin şiddətindən içərisində 3 nəfərin olduğu avtomobildə yanğın baş verib.
Bildirilir ki, bu arada arxadan gələn taksi sürücüsü yanğını görərək dayanıb və insanları nəqliyyat vasitəsindən çıxarmağa başlayıb. Taksiçi öz həyatını təhlükəyə ataraq sürücünü və 2 sərnişini yanana avtomobildən xilas etdikdən bir müddət sonra isə maşın partlayıb.
Nəticədə 3 yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb edilib. Alovlar yanğınsöndürmə bölmələri tərəfindən ram edilib. Lakin buna baxmayaraq avtomobil yanaraq yarasız vəziyyətə düşüb.