![]() |
|
Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda qətl və bir neçə ağır cinayət törədən “Əmioğlu” ləqəbli şəxs saxlanılıb. Yol-xeber.az DİN-ə istinadən xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb. İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mercedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.
Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib. Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək eksqumasiya edilib. Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi “Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.
Qeyd edilən faktlarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, fevralın 26-da paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 32 cinayətin üstü açılıb.
Onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 7, baş verən oğurluq hadisələri ilə əlaqədar daha 16 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə, 20 nəfər saxlanılıb.
İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Mingəçevirdə polisə silahlı müqavimət göstərən şəxs məhv edilib. Yol-xeber.az xəbər verir ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunub. Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilib və saxlanılaraq istintaqa cəlb edilməsi məqsədi ilə xüsusi əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaradıb. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.
Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı 1 ədəd “PSM” markalı tapança, ona aid səsboğucu, 6 ədəd patron, 1 ədəd “RQD-5” əl qumbarası və 1 ədəd qaz tapançası aşkar olunaraq götürülüb. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılır.
Apa məlumatına görə, avtoqəza Bakının Binəqədi rayonu ərazisndə qeydə alınıb.
Sürücü Azər Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı minik maşını paytaxt istiqamətində hərəkətdə olan zaman Abbas Fərəcovun sükanı arxasında olduğu eyni markalı digər avtomobil arxadan ona çırpılıb. Nəticədə birincinin sərnişini xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar aparılır.
Oxu.az xəbər verir ki, hadisə rayonun Əliağa Kürçaylı küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri Ələkbər Hüseynov tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs sonradan qadının evini yandırıb.
Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Hadisənin təfərüatı araşdırılır.
Türkiyənin İstanbul şəhərində yerli sakinlər məhəllələrinə gələn sürücünü linc etmək istəyiblər.
Sondakika.com-un xəbərinə görə, Sultanqazi ərazisində bir sürücü maşını ilə məhəlləyə girərək park vəziyyətində olan avtomobilləri vurub.
Ətrafdakı insanlar onu döymək istəyiblər.
Sürücü isə avtomobilinin qapılarını bağlayıb və oradan uzaqlaşmağa çalışıb. Məhəllə sakinləri avtomobili daşa basaraq pəncərələrini qırıblar.
Sürücünün təşvişə düşərək qaza çox basdığı üçün avtomobili yanmağa başlayıb.
Polisin müdaxiləsi ilə həmin şəxs yanan avtomobildən çıxarılaraq nəzarətə götürülüb. Onun narkotik maddənin təsiri altında olduğu təxmin edilir.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Bakıda quldurluq hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə fevralın 24-də, Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Rahil Əliyev saat 19 radələrində, "Azadlıq" prospekti, 55 ünvanının qarşısında özünə məxsus "VAZ-21012" markalı avtomobillə taksi fəaliyyəti aparan zaman bir nəfər şəxs onu sözlə hədələyib. Bu zaman həmin şəxs R.Əliyevin 100 manat dəyərində mobil telefonunu və 25 manat pulunu götürüb, hadisə yerindən qaçaraq uzaqlaşıb.
Daha sonra R.Əliyev Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda aptekdən soyğunçuluq edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki apteklərin birindən soyğunçuluq yolu ilə 2000 manat aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun Yasamal rayonu ərazisindəki digər bir aptekdən 2000 manat oğurlaması da müəyyən edilib.