Ötən gün baş verən yol qəzalarında – 2 ölü, 2 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər dünyasını dəyişib, daha 2-si isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Sükan arxasında mesaj yazmağın acı sonu - VİDEO
Görüş yeri əvəzinə həbsə gedə bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sükan arxasında diqqətin yayınması ilə bağlı sosial çarx hazırlayıb. Avtosfer.az xəbər verir ki, sujet xəttində xanımla görüşə tələsən gənc mobil telefonla mesaj yazır və cavab verir. Nəticədə yolu keçən azyaşlı piyadanı vurur. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, təəssüf sürücülər sükan arxasında diqqəti yayındıran işlər görürlər. "Bu da əksər hallarda qəzalara səbəb olur. Xüsusilə mobil telefondan istifadə halları diqqəti yayındıran əsas amildir. Sürücülər sükan arxasında mesaj yazır, gözləri telefonda qalır. Bu vaxt isə diqqətin yayınması qəzaya səbəb olur. Sürücülərə tövsiyə edirik ki, diqqəti yayındıran əməllərə yol vermısilər ki, getdikləri ünvana çata bilsinlər."

 

 
İrandan Azərbaycana gələn daha 41 nəfər xəstəxanaya yerləşdirildi
İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya aparılıb.

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd edək ki, onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.

Xatırladaq ki, ötən gün 23 nəfər karantin məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb:

“Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün yeddi nəfər yerləşdirilib.

Həkim müşahidəsinə götürülənlərin ikisi Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlarda altısının vəziyyəti normaldır səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərdən iki nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Nərimanovda mənzildə qadın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Əhmədova Arzu Hidayət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Başı telefona qarışan xanım sürücü qəzadan son anda xilas oldu
Bakıda xanım sürücünün məsuliyyətsizliyi qəzaya səbəb olacaqdı.

Oxu.az xəbər verir ki, köməkçi yoldan əsas yola daxil olan avtomobil dönmə işığından istifadə etmədən əvvəlcə ikinci zolağa daxil olub. 

Daha sonra avtomobilin xanım sürücüsü arxadan gələn maşını gözləməyib və birbaşa üçüncü zolağa daxil olub. Bu zaman arxadan gələn avtomobilin sürücüsünün vaxtında əyləcdən istifadə etməsi qəzanın baş verməsinin qarşısını alıb. 

Görüntülər həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilən kamerada əks olunub. Şahidlərin sözlərinə görə, xanım sürücünün başı mobil telefona qarışıb və buna görə də diqqəti yayınıb. 

Həmin görüntüləri təqdim edirik:

Güclü külək ağacı yola aşırdı: yol polisi əraziyə cəlb edildi - VİDEO
Hər an güclü külək nəticəsində ağac və evlərin damı aşaraq avtomobilin üzərinə düşə bilər

Ölkə ərazisində müşahidə olunan güclü külək ağacların aşması nəticələnib. Avtosfer.az xəbər verir ki, Bərdə rayon ərazisində külək ağacı yolun hərəkət hissəsinə aşırıb.

Baş Dövlət Yol Polisi Oidarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Yol-xeber.az-a bildirib ki, BDYPİ-nin YPX alayının 13-cu tağımı əməkdaşları əraziyə cəlb olunub. "Avtomobillərin təhlükəsizlik şəkildə hərəkəti təmin edilib. Yol polisi sürücülərin diqqətinə çatdırır ki, küləkli havada ehtiyatlı olmaq lazımdır. Hər an güclü külək nəticəsində ağac və evlərin damı aşaraq avtomobilin üzərinə düşə bilər." 

 

Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
Bəzi yerlərdə küləyin sürəti 30-34 m/s çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində mövcud olan faktiki hava şəraitini açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, fevralın 25-i saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb.
Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
Görüntülər bu gün lentə alınıb

Bakıda daha bir avtobus sürücüsü qaydaları pozub. Yol-xeber.az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Məlumata görə, videogörüntülər Xətai rayonu Əhmədli qəsəbəsinin Sarayevo və Telnov küçələrinin kəsişməsində yerləşən “Diaqnoz” tibb mərkəzinin qarşısında lentə alınıb.

Göründüyü kimi avtobus əks yola çıxaraq digər hərəkət iştirakçılarına təhlükə yaradıb:

“Görüntülər bu gün lentə alınıb. 46 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən avtobuslar hər gün sözügedən ünvanda yolun əks istiqamətinə çıxır. Xahiş edirik bu cür davranışlara yol verən avtobus sürücüləri haqqında tədbir görülsün”.

 

 
Yüksəksürətli yolda piyada belə vuruldu - BAKIDA REAL VİDEO
Piyadalara dəfələrlə tövsiyə olunmağına baxmayaraq...

Bakının daha bir sürətli prospektində piyadanın vurulma anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, sürətli yolu keçmək istəyən 5 piyadadan birini avtomobil vuraraq yerindəcə öldürüb. Görüntüdən də görünür ki, onlar yolun piyadalar üçün müəyyən olunmayan hissəsindən keçirlər.

Bu zaman yüksək sürətlə hərəkət edən avtomobil piyadalardan birini vuraraq hadisə yerindən yayınır. 
Piyadalara dəfələrlə tövsiyə olunmağına, irad bildirilməyinə və hətta onların inzibati qaydada məsuliyyətə cəlb edilmələrinə baxmayaraq yenə də məsuliyyətsizlik edib yolu piyada keçidindən keçmirlər. 

Yolda apardığımız müşahidələrdən belə nəticəyə gəlmək olur ki, piyadalar qəza zamanı yüz faiz sağ qalacaqlarına əmin olaraq qaydalara riayət etmirlər. Təbii ki, bu məsuliyyətsizlik və təfəkkürsüzlükdən başqa bir şey deyil.

 

"Protiv" gedib qırmızıda keçmək bu sürücü üçün qayda pozuntusu deyil? - VİDEO
Nədənsə yol polisləri  həmin əraziyə ciddi nəzarət etmir

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Hüseynbala Əliyev küçəsində ("Yeganə Şadlıq Sarayını"n yanında) hərəkət edən 90-HM-009 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. O, eyni zamanda svetoforun qadağanedici işığında yolayrıcına daxil olaraq digər qaydanı da pozub.

Qeyd edək ki, həmin küçədə gün ərzində onlarla, yüzlərlə sürücü əks istiqamətə çıxaraq təhlükəli hərəkət edirlər. Amma çox təəssüf ki, nədənsə yol polisləri  həmin əraziyə ciddi nəzarət etmir.

 

Xəbər lenti