Nəsimi rayonunda yol qəzası olub, xəsarət alanlar var
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı 24 yaşlı Rəsulov Məhərrəm Əflatun oğlu və 29 yaşlı Maqsudov Elvin Nəriman oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. M.Rəsulova sağ çiynin əziyi, E.Maqsudova isə qarnın və onurğanın küt travması diaqnozu qoyulub

Polis ölkədə 5 mln. avroluq narkotik vasitə ələ keçirib
Narkotik maddələrin Türkiyə ərazisindən gətirildiyi, sonra isə Serbiyada paylandığı qeyd olunur

Serbiya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində narkotiklərin yayılması ilə məşğul olan cinayətkar qrupu yaxalayıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Neboyşa Stefanoviç məlumat verib. Onun sözlərinə görə, “qara bazar”da dəyəri 5 milyon avro olan 77 kiloqram heroin ələ keçirilib. “Polis əməkdaşları 77 kq təmiz heroin götürüb və ölkədə qadağan olunmuş maddələrin yayılmasında şübhəli bilinən üç nəfərdən ibarət cinayətkar qrupu ələ keçiriblər”, - deyə nazirliyin mətbuat xidməti nazirdən sitat gətirib.

 

Narkotik maddələrin Türkiyə ərazisindən gətirildiyi, sonra isə Serbiyada paylandığı qeyd olunur.

Azərbaycanda yol qəzalarında ölən və yaralananların ŞOK statistikası
Sağlamlığına yüngül zərə dəyənlərin statistikası aparılmır

"Ölkəmizdə müstəqillik illərində yol-nəqliyyat hadisələri üzrə statistik rəqəmləri təhlil edəndə dəhşətli mənzərə alınır. Rəsmi statistikaya inansaq, 1991-2018-ci illər üçün ölən və yaralananların sayı 100 minə çatmaqdadır." Yol-xeber.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov yazıb. Onun sözlərinə görə, bu ili də əlavə etsək, 100 minlik hədd aşılacaq.
Onlardan:
Ölənlər - 25386 nəfər:
Yaralananlar (sağlamlığına ağır və ya az ağır zərər dəyənlər) - 74413 nəfər. 
Sağlamlığına yüngül zərə dəyənlərin statistikası aparılmır. Bu bəla ilə hamı mübarizə aparmalıdır. Ən azından hər kəs özündən başlamaqla.
Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü
Faktla bağlı araşdırma aparılır

Gəncədə 32 yaşlı kişi itkin düşüb. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidə baş verib. Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonu, Yeni Qaçqın şəhərciyi, bina 5, mənzil 52-də yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidəki iş yerinə gedib və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Daş maşını məktəbli avtobusuna çırpıldı: 13 ölü, 20 yaralı - FOTO
Hadisə yerinə polis, xilasetmə və səhiyyə vertolyotu cəlb edilib

Slovakiyada sərnişin avtobusunun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, insident bu gün Nitra - Zlate-Moravçe şəhərlərini birləşdirən avtomagistralda qeydə alınıb.

Məlumata görə, daş yüklü yük maşını böyük sinif şagirdlərini daşıyan avtobusa çırpılıb.

Şahidlər bildirir ki, avtobusun sürücüsü qəzadan qaçmaq istəyib, lakin yük maşını onu yan tərəfdən vurub. Zərbənin gücündən avtobus yol kənarına aşıb.

 

Nəticədə azı 13 nəfər dünyasını dəyişib, daha 20 nəfər isə xəsarət alıb. Ölənlərin artacağı istisna edilmir.

Hadisə yerinə polis, xilasetmə və səhiyyə vertolyotu cəlb edilib.

 

 

 

 

Azərbaycanda televiziyaya məxsus maşını yolayrıcında belə vurdular - ANBAAN VİDEO
“Nissan” markalı avtomobilin sürücüsü yolayrıcında digər avtomobili vurub

Bakıda baş vermiş qəza kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, hadisə Həsən bəy Zərdabi prospektində baş verib. İşıqforun qadağanedici nişanının tələblərini pozan “Nissan” markalı avtomobilin sürücüsü yolayrıcında digər avtomobili vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Qeyd edək ki, qəzaya uğrayan avtomobillərdən biri ARB televeziyasına məxsusdur. Videonu təqdim edirik:

 

 
"Gecə qara, cücə qara" prinsipi ilə hərəkət edən sürücü - VİDEO
Əks istiqamətdə çıxaraq təhlükə yaradır

Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Hadisə Təbriz küçəsi ilə Dəmiçizadə küçəsinin kəsişməsində qeydə alınıb. Əks istiqamətdə çıxan sürücü birtərəfli olan Dəmirçizadə küçəsi ilə Təbriz küçəsinə doğru hərəkət edir. Bununla da qaydaları kobud şəkildə pozur. Sürücünün bu əməli 4 cərimə balı və 100 manat pul cəzasıdır. Videonu təqdim edirik:
Bakıda avtomobil piyadanı vuraraq öldürüb
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Qala qəsəbəsində qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Məmmədov Feyruz Kamil oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Maşını 11 ildir satıb, cərimələr ona gəlir – DYP də yorulub, sürücü də - FOTO
Əkbər Yusufov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən xahiş edir ki...

Bakı şəhər sakini Əkbər Yusufov qeyri-adi hadisə ilə üzləşib. Avtosfer.az xəbər verir ki, o, özünə məxsus 10-XK-842 qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobili 2008-ci ildə etibarnamə ilə digər şəxsə satıb. Lakin etibarnamənin vaxtı bitdiyinə görə avtomobillə törədilən xətalar üzrə tərtib olunmuş qərarlar birbaşa mülkiyyətçi Əkbər Yusufovun adına tərtib edilir. O, bu barədə dəfələrlə Baş Dövlət Yol Polisinə rəsmi şikayətlər edib. Şikayətlər qeydiyyat üzrə Sabunçu rayon DYP Şöbəsində araşdırılaraq eyni məzmunlu cavablar verilir. 
Müraciətlərə verilən cavablarda bildirilir ki, “avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərar qəbul olunub”. Lakin avtomobilin sürücüsü hər həftə qayda pozduğu üçün elektron qaydada qərarlar tərtib olunur. Cərimələr ödənmədiyi üçün avtomobilin mülkiyyətçisi Əkbər Yusufova hər dəfə Sabunçu rayon DYP-dən rəsmi məktub göndərilərək sürücülük hüququnun məhdudlaşdırılacağı barədə xəbərdarlıq edirlər. O, hər dəfə bu məzmunlu müraciəti aldıqdan sonra DYP Şöbəsinə yaxınlaşır və idarədə Əkbər Yusufovun olduğunu bildikdə, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı göndərilən sənədləri cırıb ləğv edilər. Bu məsələdən bezən Sabunçu rayon DYP şöbəsinin əməkdaşları Əkbər Yusufova müsbət nəticə əldə etmək üçün Baş Dövlət Yol Polisi idarəsinə getməyi tövsiyə ediblər.
Əkbər Yusufov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən xahiş edir ki, məsələnin kökündən həll olunması və avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı göstəriş versin.

 

 
8-ci mikrorayonda maşın piyadanı vurdu
Faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırma aparılır

Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

Hadisə Cəfər Xandan küçəsində baş verib.

1977-ci il təvəllüdlü Vəzirov Akif  Həsənağa oğlu yolu keçmək istəyərkən “99-FF-892” dövlət nömrə nişanlı “Kia Optima” markalı minik avtomobili onu vurub.

 

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti