12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün böyük Azərbaycan hökmdarı, Səfəvilər İmperiyasının banisi, görkəmli şair Şah İsmayıl Səfəvinin anım günüdür.

Kult.az xatırladır ki, Şah İsmayıl 1524-cü il mayın 23-də vəfat edib. Şahın ölümü ilə bağlı müxtəlif versiyalar var.

I versiya – Çaldıran məğlubiyyəti

Onlardan biri budur ki, Şah İsmayıl Çaldıran döyüşündəki məğlubiyyətdən sonra dərin sarsıntı keçirir və bu, onun sonunu gətirir. Halbuki bəzi faktlar Çaldıran döyüşünün elə də ciddi savaş olmadığını, bundan sonra Xətainin bir sıra döyüşlərə qatıldığını, qalib gəldiyini aşkara çıxarır.

Qaynaqlarda Şahın qorxmaz, cəsur və çox güclü bir sərkərdə olduğu yazılır. Osmanlı sultanı Yavuz Səlim məktublarında Şahı əsəbiləşdirmək üçün onun qorxaq olduğuna eyham vururdu. Halbuki Çaldıran döyüşü zamanı Yavuz bir təpə başından döyüşü izlədiyi halda, Şah İsmayıl meydana atılmış, qısa zaman ərzində Osmanlının ən güclü sərkərdələri ilə təkbətək döyüşmüş və onları məğlub etmişdi. Şah İsmayılın öldürdüyü Osmanlı sərkərdələrindən biri də Malqoçoğludur. Haqqında nağıllar yazılan, filmlər çəkilən Malqoçoğlu Osmanlı ordusunun ən güclü sərkərdələrindən idi. Osmanlı mənbələri Şah Xətainin döyüş zamanı Malqoçoğlunu qılınc zərbəsi ilə iki yerə böldüyünü yazır.

Bu faktlara baxanda cəsur, dözümlü, qorxmaz Şah İsmayılın məğlubiyyət sarsıntısına görə ölməsi haqda iddialar sıradan çıxır.

II versiya - İçki alüdəçiliyi

Tarix üzrə fəlsəfə doktoru Namiq Musalı yazır ki, dini motivli dövlət qurmasına baxmayaraq, bəzi qərəzli tarixçilər Şahı, az qala, içki düşkünü kimi təqdim edirlər:

“Türkiyəli tarixçi Faruq Sümər qeyd edir ki, Şah İsmayılın “miniatürlərə görə, saqqalı taraş olunmuş, uzun bığlı, türkman üzlü bəyləri ilə gecə-gündüz içdiyini bilirik”. Tədqiqatçı miniatürlərdə əksini tapmış qabların içərisindəki içkinin məhz şərab olduğunu necə müəyyənləşdirdiyini bildirməsə də, qərəzlə iddia edir ki, “içkiyə qarşı hədsiz düşkünlüyü onun gənc yaşında həyata vida etməsində, hər halda, çox mühüm bir amil olmuşdur”.

Halbuki mötəbər mənbələr Şah İsmayılın şərab içilməsinə və sərxoşluğa qarşı mənfi münasibət göstərdiyini qeyd edirlər. İfrat eyş-işrətdən xoşlanmayan Şah İsmayıl hətta qonşu hökmdar Sultan Hüseyn Bayqaranın ona hədiyyə göndərdiyi rəqqasələr qrupunu da acıqla geri qaytarmışdı.

Dini ideologiyanı əldə rəhbər tutaraq, öz səltənətini müqəddəslik örtüyünə bürüməyə çalışan Şah İsmayıl ibadətə xüsusi fikir verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi rituallar həyata keçirdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi. Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq, minacatla məşğul olurdu”.

Mənbələrdə Şah İsmayılın Həzrət Əlinin mədhinə bədahətən 35 beytlik qəsidə dediyi xatırladılır.

Daha ətraflı Axar TV-nin süjetində:

Bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, hər iki hal it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində baş verib: "Quduzluq halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır. Bu il öz həyətindəki itin cırmaqladığı şəxslərdən biri vaksinasiya üçün müraciət etməyib. Digər şəxs isə 3 vaksin vurdurduqdan sonra onu davam etdirməyib. Nəticədə hər iki hal ölümlə sona çatıb".

Direktor müavini qeyd edib ki, sahibsiz itlərin sayı həddindən artıq artıb: "İnsanlar heyvan dişləmələri zaman ərazi üzrə poliklinikalara müraciət etməli və müalicə olunmalıdırlar".

Mənim Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı münasibətlərim var, lakin Ermənistanın digər məmurlarına qarşı inamsızlıq mövcuddur.

Axar.az xəbər verir ki, bunu “Civilnet” saytına müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Mən çox aydın danışmaq istəyirəm. Bəli, sirr deyil ki, Rusiya elitasında Ermənistanda baş verənlərlə bağlı problemlər mövcuddur. Hakimiyyətə gələnlər keçmişdə siyasi müxalifət və aktivistlər olublar. Onlar vətəndaş sektorunda yerləşməyə məcbur idilər, çünki keçmiş hökumət onlarla əməkdaşlıq istəmirdi. Vətəndaş sektoru beynəlxalq təşkilatlar, o cümlədən Rusiyada pis qəbul edilən qurumlar tərəfindən maliyyələşdirilirdi. Bu səbəbdən biz tez-tez inamsızlıq görürük və mən əminəm ki, bu inamsızlıq zamanla ləğv olunacaq”, – deyə o bildirib.

2019.04.22. 22:39

Boliviyada La Pas–Karanavi marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun dağ yolunda təxminən 100 metrlik uçuruma düşməsi nəticəsində azı 11 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Axar.az xəbər verir ki, ABI agentliyinin yaydığı məlumata görə, faciə aprelin 22-nə keçən gecə baş verib. Qəzanın səbəbləri hələlik məlum deyil.

***

Qəza nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 24 yaralı var.

Yevlaxda 14 yaşlı uşaq cücə dərmanını yeyərək ölüb.

Axar.az xəbər verir ki, rayonun Hacimahmudlu kənd sakini 2005-ci il təvəllüdlü Ziyafət Elnur qızı İsmayılova yaşadığı evdə cücə dərmanını duz bildiyindən yumurtanın üstünə səpərək yeyib. Bir neçə saatdan sonra yeniyetmə qızın vəziyyəti pisləşib.

Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.

 

ABŞ-ın Venesuelanın Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etməsi əxlaqsızlıqdır.

Axar.az xəbər verir ki, bu sözləri Veneseula Prezidenti Nikolas Maduro deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni sanksiyaları Venesuelaya əlavə güc verəcək.

Maduro həmçinin Mərkəzi Bankın Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərin öhdəsindən gələcəyini bildirib.


Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.

DSX-dən Axar.az-a verilən məlumata görə, aprelin 11-i saat 01:25-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxın­lı­ğındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhə­din­dən qaçaq yolla İran İslam Respublikasından Azərbaycana narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” mar­kalı avtomobillə gələn 3 nəfər Azərbaycan və­tən­daşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar.

Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çə­kisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanıl­ıb.


Sumqayıtda ev partladı

Bu gün səhər saatlarında Sumqayıt şəhərinin “Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.

 Sumqayıt Şəhər Polis İdarəsindən "Azərtac"a bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.

Faktla bağlı polis idarəsində araşdırma aparılır.

2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib. Nəticədə, iki nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev isə kəllə-beyin travması alıb.

Yaralıların həyatı üçün təhlükə yoxdur.

Xəbər lenti