![]() |
|
Qəbələ rayonunda ərəb turistlərin qaldığı ev yanıb.
hadisə bu gün səhərə yaxın baş verib. Ərəblərin kirayə tutduğu ev qəfildən yanıb.
Yanğın zamanı evdə 4 nəfər olub, onlardan üçü qaçaraq çölə çıxıb, yatmış vəziyyətdə olan bir nəfər isə yanaraq ölüb. Onun şəxsiyyəti müəyyənləşməsə də, xarici ölkə vətəndaşı olduğu bildirilir.
Araşdırma davam etdirilir.
***
Məlumata görə, evdəkilər bir ailənin üzvləri olublar.
Səhiyyə Naziriyindən “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb, 1nəfər vəfat edib: “Ölən şəxs 1995-ci il təvəllüdlü qadındır, yaralılardan biri evə buraxılıb, qalanlarının vəziyyəti orta ağırdır. 1 kişi, 3 qadın və 1 azyaşlı körpə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ehtiyac olarsa, onlar Bakıya köçürüləcək”.
Murad Əhməd
Evin yanğından əvvəlki fotosu
07.10.2018-ci il tarixində, saat 11:21-də, FHN-in “112” Zəng mərkəzindən,Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi-Məhərrəmli kəndi ərazisindən keçən hissəsində,suyun üzərində 1 nəfər qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olub.
Rusiya iqtisadiyyatı neftin qiyməti və sanksiyalardan daha az asılı olmağa başlayıb.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Maliyyə naziri Anton Siluanov deyib.
“Biz tətbiq edilən məhdudiyyətlərə cavab verməyi öyrəndik. Öz iqtisadiyyatımızı, sənayemizi, kənd təsərrüfatımızı inkişaf etdirməyi öyrəndik”, - deyə nazir bildirib.
Balakən rayonunda polisin saxladığı şəxs intihara cəhd edib.
Report-un məlumatına görə, hadisə ötən gün baş verib.
Daxil olmuş şikayət əsasında saxlanılaraq polis şöbəsinə aparılan rayon sakini Cavid Qafarov polis avtomobilindən özünü atıb. Nəticədə xəsarət alan C.Qafarov xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, Balakən rayon sakini olan bir qadın (etik normalara görə şikayətçi qadının və onun yaşadığı kəndin adı açıqlanmır) rayon Polis Şöbəsinə müraciət edərək gecə saat 03 radələrində qonşusu Cavid Qafarovun sərxoş vəziyyətdə onun evinə qanunsuz yolla daxil olaraq ona qarşı zorakılıq hərəkətləri etməyə cəhd göstərdiyini bildirib: “Qadın hay-küy saldıqda evdəkilərin oyandığını görən Cavid Qafarov hadisə yerindən qaçıb. Vətəndaşın ərizəsi dərhal Rayon Polis Şöbəsində qeydiyyata alınıb və ərazi üzrə sahə müvəkkilinə məsələnin araşdırılması ilə bağlı tapşırıq verilib. Bundan sonra polis əməkdaşı Cavid Qafarovun yaşadığı evə gedib, lakin o evdə olmadığı və mobil telefonunu söndürüldüyü üçün onu tapmaq mümkün olmayıb. Bir gün sonra onun yeri müəyyən edilib və polis əməkdaşı onu taparaq xanımın ərizəsi əsasında izahat vermək üçün polis şöbəsinə dəvət edib. Bu məqsədlə də onu polisin avtomobili ilə şöbəyə aparıb. Avtomobil yolda hərəkətdə olarkən Cavid Qafarov ani bir vəziyyətdə qəflətən avtomobilin qapısını açaraq özünü yerə atıb. Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Arxadan gələn avtomobillərin sürücülərinin köməyi ilə o dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir”.
E. Zahidov həmçinin qeyd edib ki, baş vermis hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda sexdən 20 min manatlıq qızıl əşyalar oğurlanıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki qızıl əşyalarının təmiri sexlərinin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xətai Nəbiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Tovuzda səhər saatlarında inzibatı binada yanğın baş verib.
FHN-dən Axar.az-a verilən məlumata görə, rayonunun Abulbəyli kəndində ümumi sahəsi 450 m2 olan birmərtəbəli 10 otaqdan ibarət inzibati binanın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə və 2 otağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb.
Məlumata görə, binanın qalan hissəsi və bitişik evlər yanğından mühahizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sosial şəbəkələrdə insanları dələduzluq yolu ilə aldadaraq sonradan onlara qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bakı şəhər sakini olan qadın avqustun 26-da Nadir adlı şəxsin onu aldadaraq 20.000 manat dəyərində qızıl əşyalarını aldığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən, özünü Nadir kimi təqdim edən Xırdalan şəhər sakini Arif Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, özünü Nadir kimi təqdim edən Arif Bayramov sosial şəbəkədə qızıl-zinət əşyaları satan qadınla əlaqə saxlayaraq paytaxt ərazisində bir neçə qızıl satışı dükanının olduğunu bildirib və onda olan qızılları almaq istədiyini bildirib. Qadın Gəncədə olduğunu deyərək qızılların əmisi vasitəsilə göndərəcəyinə razılaşıblar.
Avqustun 26-da həmin şəxs paytaxt ərazisində qadının əmisi ilə görüşüb, onun avtomobilində qızıl əşyalarına baxaraq bəyənib və onların qaşlarını yoxlatdırmaq məqsədilə dükanda göstərmək istədiyini bildirib. Bunun üçün qadının əmisi ilə avtomobildən düşən saxtakar zərgər qızılları da götürərək aradan çıxıb.
İstintaqla həmçinin A.Bayramovun 4 analoji cinayət əməlinin də üstü açılıb.
Soyğunçuluq etməkdə şübhəli bilinən A.Bayramovun başqa cinayətlərdə iştirak etdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Tovuzda yeznəsini benzin töküb yandıran şəxs saxlanılıb.
bu barədə Trend-ə Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, faktla bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəcəsində hadisəni törədən Ələkbərov Vüqar İman oğlu saxlanılaraq Tovuz rayon Prokurorluğuna təhvil verilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb.
Xatırladaq ki, hadisə oktyabrın 4-də gecə saat 1 radələrində rayonun Qovlar qəsəbəsində baş verib.
Qəsəbə sakini, Ələkbərov Vüqar İman oğlu bacısının əri, 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurub.
Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata əsasən hadisə E.Ələkbərovun ailəli olduğu halda başqa qadınla münasibətinin ortaya çıxması faktına görə baş verib. Gecə saat 1 radələrində V.Ələkbərov E.Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu bildirib. Nəticədə qayın və yeznə arasında münaqişə başlayıb.
Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.