![]() |
|
Bakı-Quba yolunda TIR-la toqquşan 3 nömrəli marşrut avtobusunun sürücüsü Ramin Piriyev başına gələnləri Baku TV-yə danışıb.
O, qəzanın bir anda baş verdiyini bildirib:
"Sərnişin yolda əl etdi, avtobusu saxladım. Yolu keçən kimi bir saniyənin içində bir də gördüm ki, TIR-la toqquşduq. Sərnişinlər xəsarət aldılar".
Ətraflı süjetdə:
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
İyulun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
Sumqayıda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Əvvəlcə deyək ki, eks-idarə rəisi xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə, külli miqdarda dələduzluqda, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, rəsmi sənədləri saxtalaşdırmaqda və başqa cinayətlərin törədilməsində ittiham olunub. Onun barəsində ilkin və məhkəmə istintaqı dövründə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İttihama görə, Cavanşir Əvəzov qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən yararlanıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrinin rəsmi sənədlərini saxtalaşdırıb başqa-başqa adamların adına rəsmiləşdirib. O, qanunsuz əldə etdiyi gəlirin həqiqi mənbəyini gizlətmək məqsədilə qazandığı pulları leqallaşdırıb.
Sabiq rəis ona verilmiş ittihamları qəbul etməyib. O, özünü təqsirli bilmədiyini deyib.
Bu iş üzrə məhkəmə istintaqı 1 ildən çox davam edib.
Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə heyəti işi hərtərəfli araşdırdıqdan sonra C.Əvəzovun verilmiş ittihamlara münasibətdə təqsirli olduğu qənaətinə gəlib.
Hökmə əsasən, Cavanşir Əvəzova 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə müttəhimin cəzanı real çəkməsini məqsədəuyğun hesab etməyib. Əvəzova münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrik dirəyini oğurlayan Dilqəm Yusifov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə onun bir müddət əvvəl rayon ərazisindən QSC-yə məxsus daha 3 elektrik dirəyini oğurladığı və bununla da quruma 18000 manatdan artıq maddi ziyan vurduğu məlum olub.
D.Yusifov oğurladığı elektrik dirəklərini əlvan metalların qəbulu məntəqəsinə satıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Astarada keçirilən əməliyyat zamanı axtarışda olan əvvəllər 5 dəfə məhkum olunmuş silahlı şəxs polislər tərəfindən saxlanılıb
Bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Astara rayon sakini 1978 -ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlunun qeydiyyatda olduğu evdə gizlənməsi, mənzilində və üzərində odlu silah, döyüş sursatı olması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Q.Ağayevin üzərindən "SUR M9" markalı tapança, həmin silaha aid 7 ədəd patron, qeydiyyatda olduğu ünvandan isə ümumilikdə 340 qram metamfetamin və marixuana, 100 ədəd metadon həbi, 1 ədəd qanunsuz saxlanılan ov tüfəngi, həmin silaha aid 8 ədəd patron, əlavə olaraq içərisində 7 ədəd patron olan tapança darağı aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə Q.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 61.5-ci kilometrliyində (Salyan rayonu, Marışlı kəndindən keçən hissəsində) hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədi ilə sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edir.
Xızı rayonunda 1984-cü il təvəllüdlü Taleh Qurbanov şəhid qardaşı Saleh Qurbanovun həyat yoldaşı Ləmanı boğaraq öldürməsi faktı üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Taleh 13 may 2023-cü ildə saat 13 radələrində Giləzi qəsəbəsində olan Zöhrab adlı şəxsə məxsus kafedə spirtli içki qəbul etdikdən sonra özünün yaşadığı evə gəlib.
Saat 17 radələrində o, şəhid qardaşı Saleh Qurbanovun arvadı Ləmanın həmin qəsəbədə Cabir Novruz küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində atasına məxsus mənzilə gəldiyini eşidib, onunla ailələri arasında olan söz-söhbəti yekunlaşdırmaq üçün həmin mənzilə gəlib.
Orada şəhid qardaşının əşyaları saxlanan otaqda Ləmanla təklikdə söhbət edib. O, Ləmanın öz ata evinə qayıdacağı, hazırkı evdə yaşamaq istəmədiyi və digər sözlərindən sonra yaranmış mübahisə zamanı onu öldürmək məqsədilə son dəfə sağollaşmaq adı ilə ayaq üstə qalxmasını istəyib.
Ləman oturduğu divandan qalxdıqda Taleh sol əli ilə onun boğazından tutaraq sıxıb. Boğmağa gücü çatmadıqda qolunun dirsək hissəsini qadının boğazına keçirib və yenə də möhkəm sıxıb. Ləman aldığı xəsarətdən vəfat edib.
İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.
"Ləman "məni bu evə bağlayan heç nə yoxdur, mən burada qalmaq istəmirəm", - deyərək uşağı da özü ilə aparmaq istəyib.
Hər dəfə atamgilə gedəndə valideynlərimi gözüyaşlı görürdüm. Onlar Salehin uşağı ilə nəfəs alırdılar. Qardaşım şəhid olduqdan sonra hər dəfə işdən çıxanda ata evinə gedərək hal-əhvallarını soruşurdum. Orada çayımı içib qurtarana qədər Ləman hətta ayaqqabımı da təmizləyərdi. Ləman pis insan deyildi. Onu kimsə yolundan döndərdi. Kiminsə yanında Ləmanı öldürəcəyimi deməmişəm.
Hadisədən sonra tanıdığım polis işçisi Eyvaza zəng edərək xəta törətdiyimi, evdə gözlədiyimi bildirdim".
Talehin ifadəsinə görə, qardaşının vəsiyyətini ata-anasına, gəlinə və kimi maraqlandırırsa, onlara deyib: "Hamımız evin tikilməyinə, birlikdə yaşamağımıza razı olduq. Sonradan nə baş verdiyini bilmirəm. Evi ata-anamın puluna tikəcəyimizi bildirmişik. Qardaşım mənə 1 otaqlı ev tikməyi tapşırmışdı. Amma çantasından başqa evin layihəsi çıxdı.
Öz evimin qabağında 4 otaqlı ev tikməyi planlamışdıq. Mən işləyirdim, əlavə işlər də görürdüm. Həmçinin atam sənətkar adamdır. Pulun hamısı Ləmanın özündə idi. 4 otaqlı evi bəyənmədi, atasının 1 otaqlı mənzilində yaşamaq istədi.
Hadisə zamanı anam da evdə idi. Ona gəlinlə təkbətək söhbət edəcəyimi dedim. Ev 4 otaqlı idi, biz qardaşımın şəkilləri olan otaqda oturmuşduq. Ləman bütün suallara yox cavabı verdi. Onu boğazından sıxdım, divanın üstünə yıxıldı. Əlimi boynuna keçirərək boğdum. Ləmanı öldürmək fikrim yox idi. Belə fikrim olsaydı, 30-40 dəqiqə söhbət etmək əvəzinə, evə girən kimi öldürərdim. Hadisə olandan sonra əlim boşaldı, nəfəs alıb-almadığına baxdım".
Məhkəmə baxışında həm zərərçəkmiş Ləmanın hüquqi varisinin özü, həm də onun nümayəndəsi məhkəməyə vəsatətlə müraciət ediblər. Onlar cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsini və cinayət işini təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsindən ötrü, yəni Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş ediblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi vəsatətini onunla əsaslandırıblar ki, təqsirləndirilən şəxs Ləmanı xuliqanlıq niyyəti ilə öldürüb.
Həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxs zərərçəkmişi nəyə görə öldürməsini izah edə bilməyib, lakin cinayət işinin materiallarından, səsyazılarında zərərçəkmiş şəxsi zorla yanında saxlamaq istəməsi onun hüquqlarının məhdudlaşdırılması kimi müəyyən edilir.
Məhkəmə vəsatəti təmin edib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilib. Təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi 9 ildən 14 ilədək cəza gözləyir. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə mühakimə olunan şəxs 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İyulun 10-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.