|
“Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşlarının iştirakı ilə ailə ziyarət edilib:
“Ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onlara izah edilib. Lakin buna baxmayaraq, ailə başçıları qeyd ediblər ki, burada heç bir təzyiqdən söhbət gedə bilməz, qız özü qərar verib.
Nəzərə alsaq ki, qızın 12 yaşı var və o, bu yaşda nişan və ya evlənmək istəyinə necə qərar verə bilər?
Yekun olaraq ailə başçıları qızın 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat veriblər. Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə komitəmiz, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq.
Baş verənlər qızın psixologiyasına mənfi təsir göstərməsin deyə mərkəzin psixoloqları onunla tez-tez görüşəcək, söhbət edəcəklər”.
Xatırladaq ki, ötən gün “Xəzər” televiziyasının əməkdaşları sözügedən ailənin evində çəkiliş edərkən hücuma məruz qalmışdılar.
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə xarici ölkə vətəndaşı Safari Hamid Ghafour barədə həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun dövlət qeydiyyatından gizli qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Hamid Safari milyonlarla manat dəyərində ümumilikdə 1.379 gizli valyuta köçürmə əməliyyatlarını təşkil etməkdə ittiham edilir.
Qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.
Bakıda güclü külək nəticəsində bir neçə avtomobilə ziyan dəyib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasillərlə yağıntılı olacağı ehtimalı var.
“Sinoptiklər Bakı və Abşeron yarımadasında gecə saatlarından başlayan küləyin sürətinin daha da artacağını proqnozlaşdırır. İndiki saatlarda da güclü külək əsdiyindən vətəndaşlardan xahiş edirik ki, evdən çıxarkən ehtiyat tədbirlərini unutmasınlar”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
“Milli Hidrometerologiya Xidmətinin məlumatına görə, gün ərzində küləyin sürəti saniyədə 33-38 metr arasında dəyişəcək. Bizim dəyişməz tövsiyəmiz isə odur ki, əhali ehtiyatlı olsun. Tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir. Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir. Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək”, - deyə nazirlik rəsmisi vurğulayıb.
“Dekabrın 28-i səhər saatlarına olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 29, Qobustanda 23, Balakən, Şəki, Naftalan, Altıağacda 20, əksər rayonlarda isə 19 m/s-yə çatır.
“Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb. Dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir”.
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.
Oxu.Az-ın əldə etdiyi məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş cəkiblər.
Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O bildirilb ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb:
"Biz həmçinin onlara ailələrindən bağlamalar da çatdırdıq. Aidiyyəti orqanlarla razılaşdırılaraq vaxtaşırı verilən bu bağlamalarda ailələrin onlara göndərdiyi şəxsi əşyalar olur.
Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir".
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
“Arayik Arutyunyan görüş zamanı qeyd edib ki, o özünü Azərbaycan vətəndaşı sayır. Azərbaycan dilində minə qədər söz başa düşsə də, ermənidilli məktəbdə təhsil aldığından azərbaycanca danışa bilmir”.
Bunu İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədrinin müavini Elçin Şirinov Teleqraf.com-a bildirib.
Qeyd olunub ki, komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan qondarma rejimin “rəhbər”ləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkiblər.
Elçin Şirinovun sözlərinə görə, saxlanılan şəxslər mövcud şəraitdən razı olduqlarını bildiriblər.
“Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Adları qeyd olunan şəxslər onlara heç bir ayrı-seçkiliyin edilmədiyini etiraf ediblər. Onlara, eyni zamanda, ailə üzvlərinin istəyi ilə vəkil də təyin olunub.
Xatırladaq ki, Qarabağda millətçi “Daşnaksütyun” partiyasının lideri, separatçıların keçmiş qondarma “parlament sədri” David İşxanyan, separatçıların keçmiş “prezidenti” Arayik Arutyunyan, Ruben Vardanyan, Davit Manukyan, Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətiriliblər.
Bakı-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Baku.ws-ə məlumat daxil olub.
Xəsarət alanlar barədə məlumat yoxdur.