![]() |
|
Daha bir azərbaycanlı Ukraynada gedən döyüşlərdə həlak olub.
"Qafqazinfo”nun məlumatına görə, əslən Biləsuvar rayonundan olan 1975-ci il təvəllüdlü Nəhmədov Xalıq Fəzail oğlu Rusiya vətəndaşı olub.
X. Nəhmədov 20 il Rostov şəhərində yaşayıb. O, burada ticarətlə məşğul olub. Son 1 ildə isə orduya çağırılmışdı.
Ailəli idi, iki övladı var.
Vətən müharibəsi şəhidi Fariz Hüseynlinin atası Dadaş Hüseynov vəfat edib.
Şəhid atası uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi əsgər Hüseynli Fariz 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.
O, Tərtərin Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində döyüşüb. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəli idi, 2 övladı var.
Fövqəladə Hallar Nazirliyi ölkənin cənubunda baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmadığını açıqlayıb.
Bu barədə qurumdan bildirilib.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 28.06.2024-cü il tarixində yerli vaxtla saat 07:43-də Lerik seysmik stansiyasından 27 km şərqdə, Lerik rayonunda 18 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücünə qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", – məlumatda diqqətə çatdırılıb.
Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.
Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.
Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla saat 07:43-də qeydə alınıb.
Cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", – məlumatda qeyd olunub.
Dünən axşam paytaxtın Nərimanov rayonunda baş vermiş güllələnmə hadisəsinin bəzi detalları məlum olub.
Oxu24.com xəbər verir ki, qətlə yetirilən 24 yaşlı Tural Kosayev istədiyi qızdan bir müddət əvvəl ayrılıbmış. Ayrılığa səbəb isə qızın bir müddət əvvəl sosial layihə məqsədi ilə çəkilmiş videosunun sosial şəbəkələrdə yayılması olub.Bu ayrılıqdan sonra qətlə yetirilən Tural Kosayev hər yerdə qızın haqqında xoşagəlməz ifadələr işlədirmiş. O,ətrafında olanlara "ayrılsam da,qızın başqası ilə sevgili olmasına imkan verməyəcəyəm",deyirmiş.
Məlumata görə,qətlə yetirilən Tural Kosayev işsiz olub.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı İ.Allahverdiyev saxlanılıb. Onun hərbçi olduğu deyilir.
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Bakının Nərimanov rayonunda, "Metro Park"ın önündə 24 yaşlı Tural Kosayev başından güllələnərək qətlə yetirilib.
Citypost.az xəbər verir ki, qətli törədən 21 yaşlı İsmayıl Allahverdiyev hərbiçidir.
Məlumata görə, o, Qarabağdakı N saylı hərbi hissələrin birində xidmət edirmiş.
İ.Allahverdiyev Qazax rayonunun Daş Salahlı kəndində yaşayırmış. O, Bakıya mərhum T.Musayevi öldürmək məqsədi ilə gəlib.
İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi təhlükəli həddə çatıb.
Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.
Qeyd olunub ki, kənddə qalan bir neçə ailə çöldə gecələməli olub. Girdiman çayına güclü sel gəlməsi səbəbindən onların kənddən çıxması mümkün deyil.
"Neçə gündür bütün aidiyyəti qurumlara xəbər versək də, məsələ ilə maraqlanan və əhaliyə kömək edən kimsə yoxdur. Xahiş edirik ki, bizim kənddən çıxmağımıza kömək etsinlər. Dörd bir tərəfdən torpaq sürüşməsi ilə üz-üzə qalmışıq" - deyə kənd sakini bildirib.
"Hazırda üç kəndin - Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib".
Bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib.
O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil.
"Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Nazirlər Kabinetinə məlumat verilib.
Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimanın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur.
Hazırda yağışlı hava şəraiti davam etməkdədir"- deyə V.Bəşirov bildirib.
Paytaxtın Nərimanov rayonunda, axşam saatlarında baş verən silahlı insidentin bəzi detalları məlum olub.
Şahidin sözlərinə görə, Tural Kosayevin yanında qız da olub:
"Turalın maşınında xanım da əyləşmişdi. Arxasında isə qara maşın saxladı. Daha sonra avtomobillərdən düşdülər. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir etdi. Mübahisədən sonra o, qaçmağa başladı, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açdı".
Qeyd edək ki, hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.
Ətraflı APA TV-nin süjetində:
Bakıda baş verən güllələnmənin təfərrüatları məlum olub.
Hadisə qız üstündə baş verib.
Belə ki, hər iki gənc bir qızı sevirmiş.
Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək 24 yaşlı Tural Kosayevi güllələyib və ərazidən qaçmağa çalışıb.
Lakin ətrafdakı şəxslər onun qaçmağına mane olub və onu saxlayaraq, polisə təhvil veriblər.
Həmin anların görüntülərini təqdim edirik.
Əhmədin cinayəti tək törətdiyinə inanmıram.
Musavat.com xəbər verir ki, bunu bütün ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova deyib.
O qeyd edib ki, bacısı oğlu Əhməd Əhmədova qəyyum olmaq istəyir.
Ətraflı videoda: