Erməni ordusuna xəbərdarlıq: Arazdəyən boyunca...

Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin sərhədyanı ərazilərdə hərəkətini qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan KİV çıxış edib.

Məlumata görə, hərbi texnikanın Azərbaycanla sərhəddə yerləşən Kərki və Arazdəyən əraziləri boyunca hərəkəti qadağan edilib.

Bildirilir ki, heç bir UAZ-ın belə Arazdəyən və Kərki kəndi yolu ilə keçidinə ivazə verilmir.

Maşınların sadəcə Vedi vasitəsi ilə keçidinə şərait yaradılıb.
Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxundu: Dördünə həbs, birinə cərimə kəsildi

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Apa xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tofiq Musayev isə 1 500 manat miqdarında cərimə edilib.

Salyan polisindən əməliyyat: saxlanılan var

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əli Yusifov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı marixuana, həyətyanı sahəsində yerləşən yarımtikilidən isə kultivasiya yolu ilə yetişdirilən çəkisi 35 kiloqram olan 70 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Zəvvarların Həcc ziyarəti başa çatıb

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanında 280 nəfərə yaxın azərbaycanlı zəvvar qalıb: "Onlar, o cümlədən ziyarətin təşkilatçılarından ibarət sonuncu qrup bu gün Bakıya yola düşəcək".

V.Cahangiri həmçinin bildirib ki, builki Həcc ziyarəti azərbaycanlı zəvvarlar üçün çox rahat və təhlükəsiz başa çatıb.

Qeyd edək ki, builki Həcc ziyarəti üçün azərbaycanlı zəvvarlara 1500 nəfərlik kvota ayrılmışdı. Zəvvarların ilk qrupu iyunun 4-də təyyarə ilə Bakıdan Səudiyyə Ərəbistanına yola düşmüşdü. Zəvvarlar iyunun 16-17-də ziyarətdə Qurban bayramını qeyd ediblər.

Xatırladaq ki, Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları idi.

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

İyulun 2-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.

Astaradakı güllələnmənin TƏFƏRRÜATI - “Qardaşımın yoldaşı ilə əxlaqsız kliplər çəkib” - VİDEO

Astara rayonunun Şüvi kəndində baş vermiş güllələnmə hadisəsinin təfərrüatı məlum olub.

Qətli törədən şəxsin qardaşı Fazil İsrafilovun sözlərinə görə, Bəşir silahı götürərək Namiqin evinə gedib və orada atəş açıb:

"Namiq qardaşımın yoldaşı ilə əxlaqsız kliplər çəkib. Bəşir hadisəni törətdikdən sonra evə gələrək özünə atəş açıb" .

Mərhumun həyat yoldaşı Çiçək Əhədova isə deyilənlərin şər-böhtan olduğunu bildirib:

"Mən işdə idim, həyat yoldaşım evdə tək idi. Dedilər ki, qonşu tüfənglə vurub gedib. Bəşir evə başqa qadın gətirib, yoldaşı isə ona evdən gedəcəyini deyib. Bizə də anasına zəng etmək üçün gəlmişdi".

Qeyd edək ki, Bəşir və Namiq həm qohum, həm dost, həm də yaxın qonşu olublar. Öldürülən Namiq üç uşaq atası olub. Onun xərçəng xəstəliyindən əziyyət çəkirdiyi deyilir.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə (qəsdən adam öldürmə maddəsi) cinayət işi başlanılaraq, istintaq aparılır. Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsi altında saxlanılaraq, ona tibbi yardım göstərilir.

Ətraflı Baku TV-nin süjetində:

Bakıda 20 yaşlı qadın öldürüldü: Qardaşı könüllü təslim oldu

İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Binəqədi Rayon Prokurorluğundan bildirilib.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Sabirabadda əməliyyat: Qardaşlar saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nurlan Əliyev və qardaşı Dilavər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onların yaşadıqları ünvanlara keçirilən baxış zamanı N.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 45 kiloqram olan 128 ədəd çətənə kolu və 100 qrama yaxın marixuana, D.Əliyevin həyətindən isə çəkisi 32 kiloqram olan 39 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

ataturk-parkinda-restoran-yanir

Bakının Nərimanov rayonundakı Atatürk parkında fəaliyyət göstərən restoranlardan birində yanğın başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, iaşə obyektindəki yanğının söndürülməsi məqsədilə əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

***

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, qurumun qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub:

“Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək”.

haciqabulda-kendi-su-basdi-sakinler-texliye-edildi

İntensiv yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlib, bəzi ərazilər subasmaya məruz qalıb. Nəticədə ərazidə yaşayan vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirliyin “112” qaynar xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.

Həmçinin, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.

 

 






 

Xəbər lenti