![]() |
|
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi qondarma "komitə" Avropada növbəti görüşlər keçirməyi planlaşdırır. Bu qondarma "komitə"nin əsas məqsədi Azərbaycana qarşı separatizmin yenidən körüklənməsi və bu separatizmə beynəlxalq dəstəyin əldə edilməsidir.
Bundan əlavə, Ermənistanda keçirilən etirazların rəhbəri keşiş Baqrat Qalstanyan da Azərbaycana qarşı revanş mesajları verir və bunu dəstəkləyən Xocalı qatilləri – Serj Sərkisyan, Robert Köçəryan kimi fiqurlarla danışıqlar aparır.
Revanş iddialarına cavab verən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə müxalifətə "Qarabağa görə 4 min itki verməyə hazırsınızmı?" sualını ünvanlayıb.
Maraqlıdır, revanşistlər hakimiyyətə gəlsə, Qarabağ məsələsini gündəmə gətirə bilərlərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Ermənistanda hələ də revanşist qüvvələr var və onlar zaman-zaman baş qaldırmağa çalışırlar:
"Vardan Oskanyan da belələrindəndir. Onun Fransa və digər Qərb ölkələrindən dəstək aldığı da məlumdur. Təşkil etdiyi "komitə" hələ də ermənilərin Qarabağa qayıtması və Qarabağın əvvəlki vəziyyətə gətirilməsinin mümkünlüyünə ümid edir. Görünür, Oskanyan yaşlandığı üçün reallıqları anlaya bilmir".
Politoloq vurğulayıb ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın verdiyi cavab düşündürücüdür:
"Lakin 4 min rəqəmini olduqca az deyib. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hər hansı addım atarsa, ermənilərin itkisi 4 minin 2-3 misli qədər olar. Bunu rəsmi İrəvanda və xaricdə yaxşı anlayırlar.
Erməni xalqı və hazırkı Ermənistan hakimiyyəti qondarma "komitələrin" işlərinə inanmır və apardıqları fəaliyyətləri dəstəkləmir. Azərbaycanda separatizmi alovlandırmaq cəhdləri uğursuz gedişdir".
Cəlilabadda dəhşətli yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.
Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Vilayət oğlu Abbasovun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.
“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Daşkəsən rayonu Xoşbulaq kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Ədalət Vilayət oğlu Abbasov 1970-ci il mayın 25-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. O, 1992-ci il noyabrın 15-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.
Ə.Abbasov Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
Bu gün faciəli şəkildə həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nürəddin oğlu Əhmədovun fotoları yayılıb.
***
Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanır.
Allah rəhmət eləsin!
Xəbər verdiyimiz kimi, dünən ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində 5 işçinin ölümü ilə nəticələnən hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, iş yoldaşları vəfat edən həmkarlarının fotolarını paylaşıb.
Qeyd edək ki, hadisə dünən saat 17:00 radələrində baş verib. ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib. Belə ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.
Dünyasını dəyişmiş zavod əməkdaşlarının fotosunu təqdim edirik:
Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə daha iki hərbçi həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu və Cəbrayıl Orucov dövlətə dəymiş ziyanı ödəmədikləri üçün barələrində tədbir görülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında C.Orucov və V.Novruzlu haqda həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən kapitanın işi üzrə dövlətə 300 min manat ziyan dəyib.
Qeyd edək ki, Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəməyə görə nazirliyin Maliyyə-Büdcə İdarəsinin rəisi general-mayor Nixami Məmmədov və daha bir neçə zabit həbs edilib.
Tanınmış hüquq müdafiəçisi, sabiq millət vəkili Çingiz Qənizadəyə ağır itki üz verib.
Musavat.com xəbər verir ki, onun anası Gülçöhrə xanım bu gecə dünyasını dəyişib.
Dəfn mərasimi Ağdaş şəhərində keçiriləcək.
Ermənistanda əsirlikdə olan bir qrup azərbaycanlının videosu yayılıb.
Musavat.com xəbər verir ki, video görüntülər 90-cı illərə aid olsa da, keyfiyyətlidir. Bu baxımdan, onları tanıyanlar və sağ qalan yaxınları bu kadrlardakı soydaşlarımızın kimliyini müəyyən edə bilərlər.
Qeyd edək ki, 3800-dən çox soydaşımız erməni əsirliyindən sonra yoxa çıxıb və bugünə qədər də onların öldüsü-qaldısı bilinmir. Bu cür video lentlərin əhəmiyyəti son dərəcə böyükdür.
...Bəli, bir zamanlar vəziyyət belə idi. Ermənistan havadarlarının sayəsində cəbhədə güclü idi və həm torpaqlarımızı işğal etmiş, on minlərlə soydımızı qətlə yetirmiş, həm də minlərlə azərbaycanlını əsir götürmüşdü.
Artıq 4 ildir ki, bu vəziyyət dəyişib.
İndi Ermənistan və havadarları Bakı həbsxanalarında cəza çəkən hərbi əsirlər və erməni kökənli cinayətkarlarla bağlı kampaniya aparır, xahişlər edirlər...
Şəmkir rayonunda toyda bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub.
"Report"un məlumatına görə, mübahisə zəminində bıçaq xəsarəti alan, 1968-ci il təvəllüdlü M.Zeynalovdur.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun kənd sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici deşici alətlə çiyin nahiyəsindən daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalarla M. Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib. "Unikal" işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib:
- Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;
- Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;
- 6 nömrəli məktəbin yanında hotel;
- Nəriman Nərimanov parkında restoran;
- Bayraq meydanının yaxınlığında 2 hotel;
- Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;
Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.
Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.