![]() |
|
Gədəbəydə 26 yaşlı gəncə qarşı alçaldıcı hərəkətlər edilməsinin detalları məlum olub.
Belə ki, Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təkin Əliyev və Cəbrayıl Hüseynovla birləşərək həmkəndliləri Nicat Kazımovu döyüblər.
Zərərçəkənin atası Vidadi Kazımov Baku TV-yə bildirib ki, ona zəng edərək oğlunu döydüklərini və boğazında kəndir izinin olduğunu bildiriblər:
"Onu yazdığı mesaja görə döyüblər".
İddialara görə, hadisəyə səbəb isə Nicat Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub. Belə ki, hətta Nicat Kazimov onun həyat yoldaşına sevgi mesajı yazıb. Bundan sonra həmkəndlilər onu cəzalandırmaq qərarına gəliblər.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən Səddam Əliyev, Təkin Əliyev və Cəbrayıl Hüseynov saxlanılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Bakıda bir neçə vətəndaşa qarşı dələduzluq edən Eldəniz Qərib oğlu Rzayev həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, E.Rzayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Rzayev Bakıda bıçaqlanma hadisəsinə görə həbs edilmiş şəxsi azadlığa buraxdıracağı vədi ilə onun yaxınlarından 16 500 manat pul alıb.
Bundan sonra E.Rzayev yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə Məmmədov Məhəmməd Cəbrayıl oğluna işlədiyi "Azərsun" Holdinqin nəzdində olan "İmişli Şəkər" zavodunda 268 000 manatlıq mənimsəmə faktına görə barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179, 308 və 314-cü maddələri ilə istintaq olunan cinayət işinin icraatına xitam verdirəcəyini deyib.
O, zərərçəkmiş hüquqi şəxsə maddi ziyanın ödənilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə, "Ayna Sultanova" heykəlinin yaxınlığında 60 000 manat, bundan bir neçə gün sonra vahid niyyətin davamı olaraq Məhəmməd Məmmədovun Rüstəm Məhərrəmov vasitəsilə göndərdiyi 15 000 manat pulu ələ keçirib və qarşı tərəfə 75 000 manat ziyan vurmaqla dələduzluq edib.
E.Rzayev ziyan vurduğu şəxslərə özünü Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən yüksəkvəzifəli şəxsin qohumu, eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yerləşən səfirliyində tərcüməçi vəzifəsində işləyən şəxs kimi təqdim edib.
Həmçinin, məlum olub ki, Eldəniz Rzayev illər əvvəl başqa şəxslərə qarşı da oxşar əməllər törədib və məhkum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə E.Rzayevə 7 il 6 ay həbs cəzası verilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.
Hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.
İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M. Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyunun 11-də 2002-ci il təvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsu kəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıl oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Ceyhun Mustafayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola çıxıb.
Bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.
İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi tapılıb.
BAKU.WS xəbər verir ki, Ceyhun Hüseynov hərbi xidmətə qədər Azərbaycan, İsrail və Yaponiya təhsil müəssisələrində təhsil alıb.
Qeyd edək ki, C.Hüseynovun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
Bakıda məktəblərdən birində insident yaşanıb.
Bu barədə görüntülərİ teleqraf.com paylaşıb.
Paytaxtın Səbail rayonunda 189-190 nömrəli tam orta məktəbində çəkildiyi deyilən görüntülərdə şagirdlərdən biri döyülüb.
Qeyd olunur ki, 9-cu sinif şagirdini döyən şəxs məktəbin mühafizəçisidir.
Yayılmış görüntülərlə bağlı məktəbdən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır:
"Hadisədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin də məlumatı var. Məsələ araşdırılır. Hazırda direktor tədbirdədir. Özü gəldikdən sonra ətraflı cavab verə bilər".
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Tofiq oğlu Hüseynovun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
***
İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi tapılıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.