kartindan-5-600-manati-bele-ogurlatdi

Son vaxtlar Azərbaycanda hər gün onlarla kibercinayətkarlıq faktı qeydə alınır.

“Qafqazinfo” xəbər verir ki, internet üzərindən oğurluq, dələduzluq və digər cinayət hadisələri əsasən bank kartları vasitəsilə həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, təkcə mayın 29-da ayrı-ayrı vətəndaşların bank kartı məlumatlarını aldadıb almaqla, 23 fakt üzrə polisə müraciət daxil olub. Məbləğlər – 11000, 230, 1300, 500, 300, 23, 480, 385, 1050, 907, 917, 5400, 50, 310, 42, 17, 280, 1042, 364, 1050, 2500, 544, 367 manat təşkil edib.

Kibercinayətin qurbanı olmuş İlham Yusifzadə DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyevin mövzu ilə bağlı sosial şəbəkədəki paylaşımının rəy bölməsində başına gələnlər barədə məlumat verib.

Hər kəsi diqqətli və ehtiyatlı olmağa çağıran İ.Yusifzadə kibercinayətkarların onun kartından 5 600 manat oğurladığını bildirib. İ.Yusifzadə baş vermiş hadisədə özünü günahkar bildiyini deyib və və dələduzların toruna düşdüyünü vurğulayıb.

O, başına gələn hadisə barədə skrinləri paylaşmaqla məlumat verib.

Belə ki, ilk olaraq feysbukda onun qarşısına “Kapital Bank” loqosu olan səhifə çıxıb. Bu saxta səhifədə bankın hansısa “möhtəşəm keşbek kampaniyası” keçirdiyi elan olunub.

Tora düşən sosial şəbəkə istifadəçisindən qeyd edilən xanaları doldurmaq tələb edilib.

Bu elanın mötəbərliyinə inanan İ.Yusifzadə tələb olunan bütün məlumatları verib.

Bundan sonra bank kartından pulların çıxarılaraq digər karta köçürülməsi barədə elektron qəbz alıb.

İlham Yusifzadə bildirib ki, onun “Kapital Bank”a sualı yaranıb. “Maraqlı olan budur ki, pulun 50 faizdən artığını nağdlaşdırmağa icazə verməyən “Kapital Bank” 100% nağlaşdırmaya necə icazə verdi? Pulun köçürüldüyü kart “Kapital Bank” kartıdır”.

Törədilmiş bütün cinayət faktları ilə əlaqədar polis tərəfindən araşdırmalar aparılır.

 

 



 
Bakıda kişi qətlə yetirilib, qadın saxlanılıb

Mayın 30-da 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Alparslan İmamqulu VƏFAT ETDİ

Hərbi analitik, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, ehtiyatda olan polkovnik-leytenant Alparslan İmamqulu vəfat eib.

Mərhum mədə xərçəngindən əziyyət çəkirdi.

Musavat.com yazır ki, mərhumla vida mərasimi 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən evində keçiriləcək, o, Sumqayıt qəbiristanlığında dəfn olunacaq.

Bakıda biznesmeni pula görə oğurladılar, əli-qolu bağlı şəkildə... - TƏFƏRRÜAT

Adam oğurluğunda təqsirləndirilən Rahib Rəhimovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimov7 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, 1968-ci il təvəllüdlü Rahib Rəhimov qabaqcadan əlbir olduğu bir qrup şəxslə 27 may 2013-cü ildə saat 22 radələrində istintaqla müəyyən edilməyən İlkin adlı şəxsin vasitəsilə zərərçəkmiş Namiq Qafarov (ad şərti) ilə sonuncunun qeyd edilən şəxslərə 53 054 manat pul borcu ilə bağlı danışıqların aparılması məqsədilə Bakı şəhərinin Xətai rayonu Əhmədli qəsəbəsi Gəncə prospekti 54 saylı binanın qarşısında görüşüb.
Rahib Namiqə zor tətbiq edərək tanışının "Tofaş” markalı avtomobilinə mindirib digər tanışları sonuncunun icraçı direktor işlədiyi Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsində olan şirkətinə məxsus yarımtikili binanın gözətçi otağına aparıb. Orada Rahib və tanışları zərərçəkmişi döyüblər. Sonra Rahibin tanışları Namiqi "Hyundai Azera” markalı avtomaşına mindirib əvvəlcədən kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu B.Sərdarov küçəsi, 12 saylı binanın qarşısına gətiriblər. Orada onları gözləyən Rahibin digər tanışları Namiqi binanın 4-cü mərtəbəsində olan 44 saylı mənzilə gətirərək 29 may 2013-cü il tarixədək qanunsuz saxlayıblar. Həmin mənzildə saxlanılan müddətdə onlar zərərçəkmiş şəxsi döyüb, ona sağlamlığa yüngül zərər vurmaqla işgəncə veriblər.
Namiq Qafarov məhkəmədə ifadəsində göstərib ki, Rahiblə aralarında həmişə böyük hörmət olub. Alış-veriş zamanı aralarında borc yaranıb, təqribən 40 min manatı qaytara bilməyib. Məlum hadisə baş verən gün dost bildiyi şəxs ona zəng vuraraq çay içməyə dəvət edib, yaşadığı evdən səki ilə gedərkən "Tofaş” markalı avtomobil sürətlə üstünə gəlib. Maşında Rahib, Həbib və adını xatırlamadığı digər şəxs yumruqla vuraraq onu avtomobilə otuzdurublar, "Xutor” ərazisində yeni tikilən binanın zirzəmisinə gediblər. Gecə saat 3-4 radələrində onu İçərişəhərdə yerləşən beşmərtəbəli binaya gətiriblər, iki gün orada təzyiq altında, əli-qolu bağlı şəkildə saxlayıblar. Bazar ertəsi pul verəcək oğlanla Şıxovda görüşəcəkmiş, həmin vaxt Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində barəsində istintaq edilən cinayət işi olub və müstəntiq Nazim müəllimin yanına getməli olub. Səhər saat 7-8 radələrində ayaqyoluya getmək bəhanəsi ilə "102” mərkəzinə zəng vurub, onun mobil telefonu açıq olub. Zənglər gəlib və icazə veriblər ki, danışsın, başqaları Namiqin oğurlandığından şübhələnməsinlər. Kağızlara "mənə kömək edin, məni oğurlayıblar” yazıb, polis əməkdaşları gələrək onu qurtarıblar.

Nərimanovda yaşayış binasında yanğın - sakinlər təxliyə edildi

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 4 m² sahədə, içərisində 1 ədəd kondisioner və 5-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 2 otaqlı mənzilin eyvanının 1 ədəd plastikdən ibarət qapısı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabah yağış yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Xankəndi polisi şəhər ərazisində silahlı şəxsi saxlayıb

Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, şəxsi axtarış zamanı onun üzərindən sandıqcasında 8 ədəd patron olan "Makarov" tipli tapança və həmin tapançaya aid əlavə 16 ədəd patron aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində ayrı-ayrı tikililərdə əvvəlcədən gizlədərək saxladığı 1 ədəd “AK-74” markalı avtomat silah, 6 ədəd patron darağı, 273 ədəd müxtəlif çaplı patron, müvəqqəti yaşadığı evdən 3 ədəd süngü-bıçaq aşkar olunaraq götürülüb.

Faktla bağlı şəhər polis şöbəsində Ə.Haqverdiyev barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

DİN-dən verilən xəbərə görə, tədbirlərlə paytaxt sakinləri Zamiq Əliyev, Elməddin Abdullazadə və əvvəllər məhkum olunmuş Mahir Sadıqovdan 2 “Makarov”, 1 “Beretta” tapançası, 3 daraq və 15 ədəd patron aşkarlanıb.

Baş İdarə əməkdaşlarının paytaxt, eləcə də Ağcabədi, Şəmkir, Yevlax və Cəlilabad rayonlarında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rüfət Əsədov, Fazil Əzizov və Tural Mahmudovdan ümumilikdə 30 kiloqram marixuana, Anar Abasov, Rəşad Məmmədov tanışı Murad Əsgərov və Leyla Məmmədovadan isə 16 kiloqram kokain, heroin, tiryək, metramfetamin və güclü təsir edən maddə olan 52 ədəd ekstazi həbi aşkarlanıb.

Qanunsuz dövriyyədən 46 kiloqram narkotik vasitə çıxarılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Araşdırmalar davam etdirilir.

Bakıda avtomobillər toqquşub, xəsarət alan var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Abdullayev Ceyhun Arif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

daha-bir-prius-qezasi

Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, mayın 17-si Qaradağ rayonu Lökbatan-Xocasən yolunda “Toyota Prius” markalı avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “Prius”da olan sərnişin 1988-ci il təvəllüdlü Namiq Məmməd oğlu Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin sürücüsü Anar Qubadzadə və digər 2 sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qəzaya düşən minik avtomobili taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti