Qazaxda təbii fəlakət fəsadlar törədib

Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub. 

AZƏRTAC xəbər verir ki, çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün öz məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.

Təbii fəlakət əsasən rayonun Aşağı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını sonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı. Kür çayı kənarındakı heyvandarlıq təsərrüfatları sahibləri vaxtında heyvanlarını təxliyə edə biliblər.

Kənd sakini Ağaəli Muradov deyir ki, heyvandarlıqla məşğuldurlar. Ferma Kür çayının kənarında olduğundan heyvanları təsərrüfatdan çıxarmalı olublar.
“Fermadan başqa taxıl və qarğıdalı sahəm var. Həmçinin biçənək sahəmiz də var. Kürün daşması nəticəsində sahələrimiz su altında qalıb. Heyvanlar arasında tələfat yoxdur. Kürün qalxdığını bilib vaxtında hamısını təxliyə etmişik”, - deyə Aşağı Salahlı kənd sakini Ağəli Muradov bildirib.

Sel suları əsasən Kür çayına yaxın yerləşən şəxsi təsərrüfatlara zərər vurub. Ərazidəki su ötən gündən çəkilib. Kürün səviyyəsi hazırda stabilləşib.

Qazax Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından bildirilib ki, təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir. Hazırda qərb bölgəsində qeyri-sabit, dəyişkən hava şəraiti müşahidə edilir.

Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO

Qusar şəhər meşəsində böyük bir ərazinin satıldığı iddia edilir.

Sözügedən ərazidə ev tikmək üçün 4200-dən artıq ağacın kəsiləcəyi bildirilir.

Ərazinin xəritədən və real görüntüləri isə belədir:

 

 

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev qeyd olunan ərazidə aparılan bütün tikinti işlərinin dayandırıldığını dedi.

“Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, - deyə E. Hacıyev əlavə edib.

Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb

Ötən gün Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dörd nəfər zəhərlənib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan iki nəfər kişi cinsli şəxsin müalicələri reanimasiya şəraitində davam etdirilir. Onların vəziyyətləri ağır stabil qiymətləndirilir.
Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıblar və vəziyyətləri ağırlaşıb.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb.

Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir.

Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib.

Müraciət edənlər arasında beş nəfərin azyaşlı olduğu bildirilir.

Məsələnin ciddiliyi nəzərə alınaraq rayon prokurorluğunda araşdırmalar başlanılıb, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri rayona ezam ediliblər.

Yerli sakinlər bildiriblər ki, 40 nəfər həkimə müraciət edibsə, bəlkə onlarla insan evdə yaxınlarının vasitəsilə türkəçarələrlə müalicə alır.

Digər bir qrup sakin isə toyuq dönəri, eləcə də digər dönər məmulatları üçün verilən sertifikatların kağız üzərində olmasını iddia edir və son hadisəni əsas gətirərək bildirir ki, bu işlərə nəzarət mexanizmi ancaq hadisə baş verəndən sonra gündəmə gəlir.

Nəticə etibarı ilə hadisədən sonra görülən tədbirlərin isə effekti əhəmiyyətini itirir.

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, müraciət edən pasiyentlərə tibbi yardımlar göstərilib, müayinə və müalicələrə cəlb olunublar.

Ağdərədə sümük fraqmentləri aşkarlanıb

Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində sümük fraqmentləri aşkar edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda erməni öz minasına düşdü

Erməni istehkamçı Qazaxın Xeyrimli kəndində minalardan təmizləmə zamanı minaya düşüb.

Bu barədə yerli media məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan "Sputnik Ermənistan"a bildirib ki, ilkin məlumatlara görə, onun həyatı üçün təhlükə yoxdur.

Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Bakupost xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.

Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanılaraq onlardan külli miqdarda enerji içkisi və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək yük maşınları boş yola salınırmış.

Həmçinin, yoxlama zamanı gömrük idarəsində digər qanun pozuntuları da ortaya çıxıb.

Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmə üçün Bakıya gətirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elçin Şabanov ötən ilin iyununda Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyin olunub.


Penitensiar Xidmət və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Birgə aparılan əməliyyat-axtarış tədbiri nəticəsində silah-sursat aşkar edilib.

Belə ki, Çobanov Nicat Qürbət oğluna məxsus bir ədəd AKS markalı avtomat silah və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

31 vətəndaş Tavuş vilayətinin rayon polis şöbəsinə aparılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərbaycana ərazi güzəştlərinə qarşı etiraz aksiyası iştirakçılarının saxlanması ilə bağlı məlumatı şərh edərkən bildiriblər.

Bundan əvvəl “Vətən naminə Tavuş” təşkilatı məlumat vermişdi ki, səhər tezdən yolu bağlayan vətəndaşlar, o cümlədən “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib ki, onlar Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə tutulublar. 

Narazı revanşistlər erməni polisini “türk” adlandırıblar.

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətinin Kirants kəndi yaxınlığındakı ərazini minalardan təmizləyir (Tovuzqala).

Ərazilərin minalardan təmizlənməsi Ermənistan və Azərbaycanın ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin bu hissəsinin təkrar istehsalı, habelə koordinatların dəqiqləşdirilməsi işlərinin aparılması məqsədi ilə həyata keçirilir.

Qeyd edilir ki, Ermənistan Daxili İşlər Nazirliyi mülki şəxslərin minatəmizləmə zonalarına daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minatəmizləmə zonalarında gücləndirilmiş xidmət göstərir.

Bu qurumda əməliyyat keçirildi - saxlanılanlar var (YENİLƏNİB)

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib.

APA xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.

Xəbər lenti