Bu gün Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları təqdim edilir.

“Report” xəbərinə görə, “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Qeyd edək ki, ANAMA 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini aparır. 2021-ci il martın 15-də Agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan, eləcə də Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket sistemindən istifadə etdiyini bildiriblər. Son günlərdə bu məsələ yenidən Ermənistan mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar ortaya çıxıb.

Günəş şüasına məruz qaldıqda SARS-CoV-2 koronavirusu sürətlə təsirsiz hala düşür.

Oxu.az xəbər verir ki, ABŞ, Böyük Britaniya və İsveçrədən olan beynəlxalq elm adamları qrupu bununla bağlı sübutlar irəli sürüblər.

Bildirilir ki, “Günəş şüaları ilə virusun təsirsizləşdirmə nəzəriyyəsi”nə görə “ultrabənövşəyi B” şüası virusun RNT-sinə təsir göstərir və ona zərər verir. Ancaq təcrübələr göstərir ki, virusun təsirsizləşməsi nəzəriyyədə proqnozlaşdırdığından çox daha sürətli baş verir və cəmi 10-20 dəqiqə çəkir. Buna görə tədqiqatın müəllifləri işığın SARS-CoV-2 üzərində təsirinə vasitəçilik edən əlavə bir mexanizm olduğu qənaətinə gəliblər.

Araşdırma müəllifləri bu mexanizmin nə olduğunu dəqiq bilməsələr də, virusa “ultrabənövşəyi B” şüasından əlavə “ultrabənövşəyi A”nın da mənfi təsir etdiyini düşünürlər.

Vətən müharibəsi zamanı Topçu Vüsal kimi tanınan əsgər Şahkərimov Vüsal İslam oğlunun yeni fotosu yayılıb.

Sosial şəbəkələrdə yayılan fotoda Topçu Vüsal yenə məğrur duruşu ilə diqqət çəkib.

Həmin fotonu təqdim edirik.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Topçu Vüsalın yeni fotosu yayıldı

Bu möcüzə vasitəni diz, oynaq, əzələlərə, istənilən yara, göyərmə, ağrı nahiyəsinə çəkib, qısa müddətdə effekt ala bilərsiz

Medicina.az resepti təqdim edir.

Kiçik şüşə dərman qabına (volidol qabı) 3-4 diş sarımsağı əzib tökün, üzərinə 2 yod şüşəsini boşaldın. Bərk çalxalayın. 1 həftə qaranlıq, sərin yerdə saxlayın, arada çalxalayın. Sonra istifadə edin.

Oynaq, sümük ağrıları, bel ağrısı, radikulit üçün əvəzsizdir.

Yeni növ koronavirusun yayılma xüsusiyyətləri onun böyük ehtimalla laboratoriya şəraitində yaradıldığını göstərir.

Oxu.az xəbər verir ki, bu fikri ABŞ-ın Xəstəliklərin Profikaltikası və İdarəetmə Mərkəzinin (CDC) keçmiş rəhbəri Robert Redfild CNN-ə müsahibəsində deyib:

“Hələ də bu patogenin laboratoriyada hazırlanmasına inanıram. Bu mənim fikrimdir. Mən bir virusoloqam və bütün həyatımı virusologiyaya həsr etmişəm. İnanmıram ki, o hər hansı bir yarasadan insana keçdi və dərhal ən yoluxucu viruslardan birinə çevrilib”.

Novruz bayramının rəmzlərindən biri olan səməni bazarlarda müxtəlif qiymətlərə təklif edilir.

Xəzər TV xəbər verir ki, bazarda 50 qəpikdən tutmuş 50 manata qədər səmənilərə rast gəlmək mümkündür.

Satıcıların sözlərinə görə, bayramla əlaqədar səmənilərə tələbat artıb. Yüksək tələbat qiymətlərə təsir göstərib. Hətta satıcılardan biri xüsusi sifarişlə hazırlanmış səmənini 600 manata satıb.

Səməninin əsasını təşkil edən buğdanın 1 kiloqramının qiyməti 70-80 qəpikdir. Amma səməni bundan dəfələrlə bahadır. Satıcılar deyir ki, qiymətlər təkcə buğdaya görə dəyişmir. Qiymətin yüksək və ya aşağı olması istifadə olunan bəzək materiallarından asılıdır.

Satıcılar bildirirlər ki, bəzi səmənilər müştərilərin sifarişindən asılı olaraq hazırlanır. Bu amil də qiymətə təsir göstərir.

Bəs alıcılar nə düşünür? Səməni üçün bu qədər israfçılığa dəyərmi?

Müşahidələr onu göstərir ki, daha çox tələbat 50 qəpik-2 manat arasında olan səmənilərədir.

"WhatsApp" messencerində bulud xidmətində saxlanılan yazışmaların ehtiyat nüsxəsinin şifrlənməsi planlaşdırılır.

Bulud arxivinə icazəsiz girişin qarşısını almaq üçün ehtiyat nüsxələrin şifrələnməsində istifadə ediləcək parol təyin etmək mümkün olacaq.

Mesajların bərpasını istədikdə həmin şifrəni daxil etmək lazım gələcək. Lakin "WhatsApp" unudulmuş şifrin bərpasında istifadəçiyə kömək edə bilməyəcək.unikal.org

Məşhur mesajlaşma tətbiqi "WhatsApp" "iPhone"un köhnə versiyalarına xidməti dayandıracaq.
Baku.ws xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.

Bildirilir ki, "WhatsApp"ın təzə beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək dayandırılıb.

Qeyd edək ki, "WhatsApp" tərəfindən mobil qurğularla bağlı son qərar 2020-ci ilin fevralında verilib. Həmin qərarla "WhatsApp" Android 2.3.7 versiyasında işləyən smartfonlara xidməti dayandırmışdı. Bununla yanaşı, iOS 8 və daha köhnə versiyalarda da artıq 1 ildir ki, "WhatsApp" işləmir.

"Arzuları çox idi. Dərslərini yaxşı oxuyurdu, hüquqa hazırlaşırdı. Tarix müəlliminin "Kişi o oğula deyərəm ki, hərbi məktəbə getsin" sözü onu fikrindən daşındırdı”.
Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun anası Səmayə Həşimova oğlu ilə bağlı xatirələri "Report"a bölüşüb.
 
Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

 

"Ölümdən sonra həyat varmı?” sualını yenidən gündəmə gətirən hadisə Kanadada baş verib. Belə ki, Kanada xəstəxanalarının birində xəstə öləndən sonra beyin fəaliyyətinin 10 dəqiqə ərzində davam etdiyi aşkarlanıb.

Xəstə öləndən sonra delta dalğaları hələ də qeydə alınırdı. Delta dalğalar normal halda insan dərin yuxuda olarkən ortaya çıxır. Bu isə o deməkdir ki, beyin hələ də işləyir.
Kliniki ölüm keçirən beş adamdan biri o anlar nələr keçirdiyini danışıb. Bununla da həkimlər insanların beyinlərinin klinik olaraq öldükdən sonra da işə davam edə biləcəyinə dair elmi sübut tapıblar.

"edicina.az xəbər verir ki, həkimlər xəstələrdən birinin ürəyi dayansa da, 10 dəqiqə ərzində beyin fəaliyyətinin davam etdiyini ortaya çıxarıblar. Kanadalı həkimlər bu hadisəni fövqəladə hal kimi xarakterizə ediblər.

Bununla yanaşı, alimlər ölümdən sonrakı həyatı araşdırmaq üçün bunun nə anlama gəldiyi barədə danışmağın tez olduğunu deyirlər.

2013-cü ildə ürəyi dayanan siçanlar üzərindəki təcrübə zamanı buna oxşar hadisə də baş verib. Araşdırmada siçanların beyin fəaliyyətinin öldükdən bir dəqiqə sonra davam etdiyi aşkarlanıb.

Ümumiyyətlə, ölüm hər zaman insanları qorxudur. Sevdiklərinizi qoyub getmək, etmək istədiklərinizi tamamlaya bilməmək və ya məlum olmayan yerə əbədi səfər etmək bir az ürküdücü gələ bilər. Bəs ölüm haqqında nə bilirsiniz?

Ölümə 3 həftə qalmış
Bir insan ölümünün yaxınlaşdığını fərq etməyə və onu qəbul etməyə başladığı zaman ətrafdan uzaqlaşır, bu halda isə dünyadan və dünyada olanlardan ayrılma prosesi başlayır. Dostları, qonşuları, qohumları və hətta ailə üzvlərinə belə biganə olur. Öz həyatları haqqında düşünüb-daşınarlar və xatirələri yada salırlar. Necə bir həyat yaşadıqlarını dəyərləndirir və peşmanlıqlarını düşünürlər. Ölmək üzrə olan insanların iştahı azalır, arıqlamağa başlayırlar. Bir zamanlar çox xoşladıqları şeylər ona artıq cazibədar gəlir, yeganə istəkləri yatmaq olur. Və bu başladıqları əbədi səfərin gözlənilən bir hissəsidir.

1-2 həftə qalmış
Bu səfər əsnasında insanlar adətən yatırlar. Kişilərdə orientasiya pozuqluğu baş verə və hissləri dəyişə bilər. Gizli düşmən qorxusu yaşaya, hətta sayıqlamalar yaşaya bilərlər. Bəzən gözəgörünməyən insanlarla danışa bilərlər. Danışılan adam isə adətən ölmüş insanlar olur. Həmin insanın getdikcə bu dünyadan uzaqlaşdığı müşahidə edilir. bir müddət sonra bədəndə bəzi ciddi dəyişikliklər baş verir:

* Bədən istiliyi aşağı olur
* Qan təzyiqi düşür
* Nəbz nizamsız olur, gah yavaşlayır, gah sürətlənir
* Tərləmə artır
* Dərinin rəngi dəyişir. Bu daha çox dodaqlar və dırnaq altında daha çox müşahidə edilir
Tənəffüsdə də dəyişikliklər yaranır. Tənəffüs daha sürətli və yorucu hal alır. Tıxanma meydana gələ bilər və bu da öskürəyə yol açır. Danışıq azalır və sonda tamamilə durur.

Ölümə bir neçə gün, ya da bir neçə saat qalmış

İnsan artıq ölümə doğru yaxınlaşır. Ölüm yaxınlaşdıqca enerji dalğası ortaya çıxa bilər. Yataqdan qalxıb ətrafındakılarla danışmaq, iştahsız keçən günlərdən sonra nəsə yemək istəyə bilərlər. Bu enerji dalğalanması insandan insana dəyişsə də, ölən insanın son fiziki ifadələri bunlardır: nəfəs daha nizamsız və ümumiyyətlə daha yavaş olur. sonra daha sürətlə nəfəs almağa başlayırlar və qəfil nəfəs kəsilir. Əllər və ayaqlarda bənövşəyi ləkələr ola bilər. Bunlar sonra yavaş-yavaş qollar və ayaqlara yayıla bilər. Dodaqlar və dırnaq altı göy rəngə çalır və ya bənövşəyi ola bilər.

İnsan heç nəyə cavab verməməyə başlayır və gözləri açıq və ya yarı açıq olmasına baxmayaraq ətrafı görə bilmir. İnanclara görə, bu anlarda ölmək üzrə olan insanların yanında sevdiyi insanlar oturmalı və onunla danışması tövsiyə edilir.

Ölümdən sonra saç və dırnaq uzanırmı?

Ölümdən sonra hər kəsi maraqlandıran mövzulardan biri də dırnaqlar və saçlardır. Öldükdən sonra saçlar və dırnaqlar uzanmır. Uzanırmış kimi görünə bilər, lakin bu, əslində su itirən dərinin geri çəkilməsi və büzüşməsi səbəbindən baş verir.

Xəbər lenti