Prezident İlham Əliyev Bakıda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılan abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Ərdoğan Bakı və İrəvana sülh mesajı verdi: ABŞ, Avropa Birliyi və Fransa dərhal əks hücuma keçdi
Türkiyə lideri Cənubi Qafqazda geopolitik maraqları olan və Ermənistanı siyasi müstəmləkəyə çevirmiş ABŞ, Avropa Birliyi və Fransanın regional sülh prosesini əngəllədiyinə dolayısı eyham vurdu... Paşinyan hakimiyyətinə tam nəzarət edən Qərb siyasi dairələrinin razılığı olmadan Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamağa cəsarət edəcəyi hələlik qətiyyən inandırıcı görünmür...

Cənubi Qafqazda cərəyan edən proseslərdə erməni manipulyasiyalarının əhatə dairəsi genişlənməyə başlayıb. Belə ki, rəsmi İrəvan davamlı olaraq, regional sülh prosesini manipulyasiya edir. Üstəlik, Paşinyan hakimiyyətinin davranışlarında birbaşa sabotaj cəhdlərinin olması da diqqəti çəkir. Və bu baxımdan, rəsmi İrəvanın hələ uzun müddət Cənubi Qafqazda sabitlik yaratmaq cəhdlərinə müqavimət göstərməyə çalışacağı qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan son vaxtlar əsas diqqətini məhz Bakıda keçiriləcək COP29-a yönəltmiş kimi, görünür. Belə ki, rəsmi İrəvan bu önəmli beynəlxalq tədbiri də öz maraqları çərçivəsində manipulyasiya etməyə cəhd göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti Ermənistanın beynəlxalq himayədarlarını COP29 ərəfəsində rəsmi Bakıya təzyiq göstərməyə çağırır. Və təzyiq predmeti kimi isə müxtəlif absurd tezislər icad etməyə çalışır.

Onlardan birisi də təbii ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlıdır. Rəsmi İrəvan bu məsələni də maksimum səviyyədə manipulyasiya edərək, Azərbaycanın COP29 vərəfəsində Ermənistanla yekun sülh sazişinin imzalanmasına can atır. Halbuki, iki ölkə arasındakı müzakirələrdə yekun sülh sazişinin mətninin tam razılaşdırılmasına hələlik nail olunmayıb.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Ona görə də, Paşinyan hakimiyyəti rəsmi Bakını “yarımçıq sülh sazişi”ni imzalama məcburiyyətində buraxmaq üçün beynəlxalq ermənipərəst dairələrin Azərbaycana sərt təzyiq göstərməsini istəyir. Rəsmi Bakının qətiyyətli, prinsipial mövqeyi hazırda rəsmi İrəvanın bütün siyasi manipulyasiya cəhdlərini iflasa uğradır. Və belə situasiyada Ermənistanın “yarımçıq sülh sazişi” planlarının baş tutacağı artıq o qədər də inandırıcı görünmür.

Paşinyan hakimiyyətinin digər siyasi manipulyasiya tezisləri onilliklər boyu Azərbaycan ərazisində erməni terrorizminə rəhbərlik etmiş hərbi cinayətkarlarla birbaşa bağlıdır. Belə ki, rəsmi İrəvan erməni cinayətkarların COP29 ərəfəsində Ermənistana təhvil verilməsinə yönəlik cəhdlər göstərir. Ermənistan mətbuatının iddialarına görə, bu barədə baş nazir Nikol Paşinyan BRİCS sammitində Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş də edib. Və Azərbaycan liderindən ümidverici cavab eşitməyə nail ola bilməyib.

Ermənistanda nəşr olunan “Hraparak” iddia edib ki, xarici işlər naziri Ararat Mirzoyan hətta erməni terrorçuların rəsmi İrəvana təhvil veriləcəyi təqdirdə, özünün şəxsən COP29-a qatılacağını vurğulayıb. Halbuki, Prezident İlham Əliyevin reaksiyasinı nəzərə aldıqda, Ermənistan rəhbərliyindən kiminsə, COP29-a mütləq qatılmasının Azərbaycan üçün elə bir ciddi əhəmiyyət daşıya biləcəyi qətiyyən inandırıcı görünmür. Rəsmi Bakı Ermənistanı bu tədbirə artıq dəvət edib. Ancaq iştirak edib-etməmək məsələsi barədə rəsmi İrəvan qərar verməlidir. Və rəsmi Bakı bu məsələ ətrafında Paşinyan hakimiyyəti ilə “siyasi bazarlıq” etmək niyyətindən çox-çox uzaqdır.

1712667597_photo_5235601370919329952_y.jpg (116 KB)

Maraqlıdır ki, BRİCS platforması çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşdə yekun sülh sazişi ətrafında yaranmış vəziyyətin də müzakirə olunduğu bildirilir. Həmin məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan xarici işlər nazirlərinə yekun sülh sazişinin mətninin razılaşdırılması prosesinin sürətləndirilməsi barədə təlimat veriblər. Və bu, olduqca diqqətəlayiq addım sayıla bilər.

Belə anlaşılır ki, hər iki tərəf tədricən yekun sülh sazişinin ən yaxın vaxtlarda imzalanmasının vacibliyi məsələsində ortaq mövqeyə yaxınlaşmağa başlayıblar. Hər halda, rəsmi İrəvan tam dəqiqliyi ilə anlayır ki, Azərbaycan öz mövqeyində qətiyyətlidir və geri çəkilmək, Ermənistan ümid bəslədiyi, beynəlxalq hüquq normalarına zidd “yarımçıq sülh sazişi”ni imzalamaq niyyətində deyil. Və üstəlik, COP29-dan sonra Paşinyan hakimiyyətinin Azərbaycana beynəlxalq təzyiqlərin göstərilməsi üçün siyasi manipulyasiya imkanları daha da məhdudlaşmağa başlayacaq.

Digər tərəfdən, Gürcüstan seçkiləri də Ermənistan və onun beynəlxalq himayədarlarını məyus edib. Paşinyan hakimiyyətinin Gürcüstanda hakimiyyət dəyişikliyi olacağı təqdirdə, rəsmi Tiflisin də Qərbə yaxınlaşma siyasi kursuna keçə biləcəyi ilə bağlı ümidləri boşa çıxıb. Əgər, bu, baş vermiş olsaydı, onda Ermənistan Cənubi Qafqazda ABŞ və Qərbin geopolitik mövqelərinin güclənməsi sayəsində özünü regionda daha inamlı hiss etmək şansı qazana bilərdi. Və indiki situasiyada rəsmi İrəvanın belə şansdan çox-çox uzaq qaldığı artıq qətiyyən şübhə doğurmur.

sulh-muqavile.jpg (293 KB)Ona görə də, son vaxtlar Ermənistan siyasi dairələrində Azərbaycanla yekun slh sazişinin imzalanmasının vacibliyinin daha tez-tez vurğulanması o qədər də gözlənilməz deyil. Hətta Ermənistanın hərbi strukturlarına rəhbərlik edən bəzi yüksək rütbəli məmurlar yükun sülh sazişinin imzalanmasının delimitasiya və demarkasiya prosesinə pozitiv təsir göstərə biləcəyini qabardırlar. Və onların mütləq əksəriyyəti Ermənistan cəmiyyətinə bu məsələ ilə bağlı müəyyən mesajlar verməyə başlayıblar.

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması barədə müsbət xəbərlərin alına biləcəyinə eyham vurub. Ancaq Türkiyə lideri bu məsələnin kənar müdaxilələrlə problemlərin yaradılmasından öncə həll edilməsinin vacibliyini vurğulamağı da qətiyyən unutmayıb.

Ad çəkməsə də, Türkiyə liderinin Cənubi Qafqazda geopolitik maraqları olan və Ermənistanı siyasi müstəmləkəyə çevirmiş ABŞ, Avropa Birliyi və Fransanı nəzərdə tutduğu şübhə doğurmur. Və regional sülh prosesi qarşısında əngəlləyici faktor rolunu oynayan, Türkiyə liderinin mesajından sonra dərhal hərəkətə keçən Qərb siyasi dairələrinin razılığı olmadan Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamağa cəsarət edəcəyi də hələlik müəyyən mənada, inandırıcı görünmür.(musavat.com)

Əliyevlə Pezeşkianın birbaşa görüşünün olmamasının səbəbi - şərh

Kazanda keçirilən BRİCS sammitində İran və Azərbaycan prezidentləri bir sıra liderlərlə müzakirələr aparsalar da, öz aralarında danışıqlar olmadı; ekspertlərin bir neçə izahı var...

Oktyabrın 22-24-də Kazanda BRİCS-ə üzv ölkələrin dövlət başçılarının sammiti keçirildi. Sammitə qonaq qismində qatılanlar arasında Azərbaycan Prezidenti İlham Əliyev də var idi.

Tədbir çərçivəsində ölkə lideri Rusiya prezidenti Vladimir Putin qardaş Türkiyənin rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ermənistanın baş naziri Nikol Paşinyanla, bir sıra digər rəsmi şəxslərlə bir araya gəldi. Lakin gözlənilənlərin əksinə olaraq, Əliyev İranın yeni prezidenti Məsud Pezeşkianla görüşmədi. Halbuki Pezeşkian Kazana çatar-çatmaz Nikol Paşinyanla bir araya gəlmişdi. Analitiklərə görə, iki azərbaycanlı prezidentin görüşməməsinin səbəbi Yaxın Şərqdə baş verənlərin təsiri ola bilər. Çünki Pezeşkian Kazanda İsraili hədələmişdi. Elə oktyabrın 25-dən 26-na keçən gecə də İrana hücum oldu. Tehran bir müddət əvvəl Bakını İsraillə münasibətlərə görə ittiham edirdi. Ekspertlər istisna etmirlər ki, indi Qəzza zolağında və Livanda olan hadisələr, Azərbaycanın isə İsraillə olan dostluğunu pozmaması İranın ürəyincə olmaya bilər.

Bu baxımdan Əliyevlə Pezeşkian arasında görüşün olmaması Yaxın Şərq münaqişələri ilə əlaqələndirilir. O da mümkündür ki, əvvəldən bu görüşün olması nəzərdə tutulmayıb. Amma bundan az əvvəl baş nazirin müavini Şahin Mustafayev Tehranda olub və Pezeşkianla görüşüb. İran prezidenti görüşdə bildirib ki, biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik: “Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub”. O qeyd edib ki, İran Azərbaycanla yaxın münasibətlər qurmalıdır: “Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın olmalıyıq. Biz Azərbaycanla daha böyük işlər görməliyik. Düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik”.

Qeyd edək ki, seçkidə qələbəsindən sonra prezident Əliyev Pezeşkianı Azərbaycana dəvət edib. İran lideri də azərbaycanlı həmkarını Tehranda görməkdən məmnun olacağını vurğulayıb. Pezeşkiana qədər İran-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində addım mərhum prezident İbrahim Rəisinin Xudafərinə gəlməsi ilə baş tutmuşdu. İki ölkə prezidentləri arasında imzalanmış sənədlər əsasında əlaqələrin inkişaf etdirilməsi razılaşdırılmışdı. Məsud Pezeşkian isə Azərbaycana rəsmi səfər etməsə də, hazırda münasibətlərdə böhran yoxdur. Sadəcə, təhlilçilərə görə, Kazan görüşünün olmaması Bakı-Tel-Əviv əlaqələri ilə bağlı ola bilər. Hərçənd bunun bir ciddi əsası da yoxdur, çünki Azərbaycan Fələstin mövzusunda BMT-nin mövqeyinə istinad edir.

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Pezeşkian Azərbaycanı sevən insandır və onun Şahin Mustafayevlə görüşdə etirafı da səmimiyyətindən irəli gəlir. Q.Hüseynli hesab edir ki, yaxın zamanlarda İran prezidentinin Azərbaycana səfəri ola bilər: “Məncə, burada problem yoxdur. Onlar Kazanda salamlaşdılar, sadəcə, ayrıca görüş olmadı. Zənnimcə, baş nazirin müavini Tehrana getdikdən sonra prezidentlər səviyyəsində xüsusi bir görüş üçün hazırlıq görülə bilər. Təbii ki, İran-Azərbaycan münasibətləri spesifikdir və həssas dövrlərdən keçir. Amma inanmaq istəmirəm ki, görüşün olmamasına səbəb İsrail amilidir. Azərbaycan bu mövzuda Tehrana lazım olan hər şeyi deyib”.

Q.Hüseylinin sözlərinə görə, bizim İsraillə dostluğumuzun İrana zərəri yoxdur: “Son hücum zamanı da bəlli oldu ki, İsrail İraqın hava məkanından istifadə edib. Azərbaycan buna heç zaman icazə verməzdi. Tehran Bağdada desin ki, niyə hava məkanı açıq saxlanmışdı? Çünki hücumdan qabaq xarici işlər naziri Abbas Əraqçinin xəbərdarlıq olmuşdu. Diplomat hədələmişdi ki, hansı qonşu ölkə İsrailin hücumu zamanı hava məkanını açıq saxlasa, onunla düşmən olacaqlar. O zaman buyursunlar, şiə İraqı şiə İranına hücum zamanı hava məkanını açıq qoydu. Yəni Azərbaycanı ittiham edəcək hər hansı əsas ola bilməz. Tam tərsinə, biz dəfələrlə sübut etmişik ki, İranda olan rejim Ermənistana dəstək olub və bu gün də Hindistandan gələn hərbi texnikanın bu ölkədən keçib Ermənistana getməsi faktdır”.

Professor Kazanda görüşün olmamasında bir nüansı da istisna etmir: “Nəzərə alaq ki, bu ölkənin xarici siyasət kursunu ali dini rəhbər müəyyən edir. İranda prezidentlərin xarici siyasətlə bağlı səlahiyyətləri geniş deyil. Kazana getməmişdən əvvəl də Seyid Əli Xamenei Məsud Pezeşkiana bir sıra təlimatlar verib və kimlərlə görüşəcəyi haqda danışıb. Bunu da bir ehtimal olaraq görürəm. Hər halda, Tehranda səfirliyimiz işini bərpa edib və münasibətlərdə bir normallaşma prosesi getməkdədir. Azərbaycanın qonşuları ilə münasibətləri dostluq və əməkdaşlığa söykənir. Biz milli maraqlarımız nəyi tələb edirsə, onu siyasət olaraq həyata keçiririk. Eyni zamanda qonşularımıza zərər vuracaq addımlar atmırıq. Bu gün İsrailin Azərbaycanla dostluğu İrana qarşı yönəlməyib və bundan istifadə edilmir”.

Azərbaycana hərbi müdaxilə olarsa, bu ölkə dəstək verəcək - Qərar

Xarici hərbi müdaxilə zamanı Azərbaycanla Özbəkistan bir-birinə dəstək verəcək.

Bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”sində əksini tapıb.

Sənəddə qeyd olunub ki, hər hansı bir ölkəyə xarici hərbi müdaxilə olarsa, bir-birinə dəsətk verəcəklər. Sənəddə eyni zamanda digər sahələrdə də ən yüksək səviyyədə əməkdaşlıq məsələləri əksini tapıb.

Müzakirələrin yekunu olaraq iki ölkə arasındakı səsverməyə qoyularaq qəbul edilib.

Sahibə Qafarova: Heç bir təhdid bizi öz yolumuzdan döndərə bilməz!

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Spiker Sahibə Qafarova giriş nitqində Avropa Parlamentinin ölkəmiz əleyhinə qəbul etdiyi qətnaməsindən danışıb.

Milli Məclis sədri Avropa Parlamentinin Azərbaycana qarşı qarayaxma və düşmənçilik kampaniyası aparan qüvvələrin əlində oyuncağa çevrilməsindən bəhs edib.

Sahibə Qafarova bildirib ki, heç bir təhdid bizi öz yolumuzdan döndərə bilməz!

Spiker Gürcüstan və Ukraynadakı seçkilərlə bağlı fikirlərini bölüşüb.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

29 Oktyabr – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Fəxrlə qeyd etmək istərdim ki, Türkiyə Respublikası tarixinin ikinci yüzilliyinə siyasi, iqtisadi, hərbi və digər hər bir cəhətdən qüdrətli, qabaqcıl və sabit, beynəlxalq aləmdə yüksək nüfuz və etimad qazanmış, qlobal məsələlərdə söz sahibi olan güclü ölkə olaraq qədəm basmışdır. Bütün bu möhtəşəm nailiyyətlərin əldə olunması məhz Sizin uzaqgörən və müdrik rəhbərliyiniz altında aparılan siyasət və gərgin əməyiniz nəticəsində mümkün olmuşdur.

Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq. Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.

İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

XİN: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq

Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 29 oktyabr- Türkiyənin Cümhuriyyət Günü ilə bağlı "X" hesabındakı paylaşımında yazılıb.

"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik. Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik",- paylaşımda bildirilib.

Həmçinin xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni təbrik edib: "Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq.

Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Azərbaycanın Müdafiə Nazirliyi Türkiyənin 29 Oktyabr - Cümhuriyyət Bayramını təbrik edib.

"Bu barədə nazirlik məlumat yayıb.

"Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edirik. Qardaş Türkiyənin Cümhuriyyəti hər zaman güclü və daimi olsun! Yaşa, var ol, Türkiyə!", - təbrikdə bildirilib.

 

 

 
Pakistanın Baş naziri gələn il Azərbaycana dövlət səfəri edəcək

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif gələn il Azərbaycana dövlət səfəri edəcək.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən bildirib.

Dövlət başçısı Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29 tədbirində iştirakının və gələn il Azərbaycana dövlət səfəri səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

İlham Əliyev çexiyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasında dostluq münasibətlərinin genişlənməsi, əməkdaşlığımızın inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Xəbər lenti