Prezident Aleksandr Vlaskampı qəbul edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bakıda COP29-a həsr edilən dəyirmi masa keçirilib - FOTO

22 oktyabr, 2024-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dəyirmi masa   keçirilib.

Dəyirmi masanın mövzusu “COP29- Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” məsələsinə həsr edilib.

Dəyirmi masanı  giriş nitqləri ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM)İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb.

STM rəhbəri Zahid Oruc  “COP29: Qlobal  İqlim böhranının həlli yönündə  Azərbaycanda  sosial elmlərin  interdissiplinar əməkdaşlıq məsələləri” mövzusuna toxunaraq qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəblərı sırasında  insan amili,başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı,birgə tədqiqatların təşkili böyük səmərə verə bilər. Bu sosioloji tədqiqatlar, iqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, qlobal bərabərsizliyə,ekoloji mühitin çirklənməsinə qarşılıqlı təsirinin öyrənilməsi, müvafiq olaraq, iqlim dəyişikliyi ilə mübarizədə həlledici sahəyə çevrilir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun   direktoru, professor  İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosoiologiyanın  problemləri”  mövzusunda çıxış edərək,  insan və təbiətin münasibətlərinin elmi və praktiki problemlərinin  tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxundu.

XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş vermiş və beləliklə, ciddi ekoloji disbalans yaranması, ekoloji problemlərin daha da  kəskinləşməsi fonunda  ötən əsrdən etibarən sosial ekologiyanın yaranıb inkişaf etməsinə diqqəti cəlb etdi. Daha sonra sosial ekologiya elmi çərçivəsində- bəşəriyyətin qlobal problemləri kontekstində cəmiyyət, təbiət və insan arasında spesifik əlaqələri empirik tədqiq edən, nəzəri cəhətdən ümumiləşdirən, sosiologiyanın metodlarını tətbiq etməklə daha dərin tədqiqatlar aparmağa imkan verən ekoloji sosiologiya elminin də yaranmasını vurğuladı.

Açılış nitqində natiqlər-cəmiyyətin təbiətə qlobal miqyaslı təsiri nəticəsində bir sıra elmi fənlərin birləşməsi nəticəsində xüsusi elm kimi meydana çıxan,qarşılıqlı sosial münasibətlərin sosial-ekoloji aspektini öyrənən,insanın, cəmiyyətin, texnikanın, mədəniyyətin, təbiətin qarşılıqlı təsirini sistemli şəkildə tədqiq edən elmi istiqamətlərin formalaşmasını, bu sahələrin birgə fəaliyyətinin önəmiyini vurğuladı.

Dəyirmi masada  COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı  direktoru direktoru, deputat Pərvanə Vəliyeva, Milli Məclisinin “Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, COP29-un Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və başqaları məruzə ilə çıxış etdi.

COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai öz çıxışında bildirdi ki, İqlim problemlərinin fəsadları ilə mübarizənin təşkili- elmin gücü olmadan qeyri-mümkündür. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün elmi kadrların hazırlanması ilk prioritetlər sırasındadır. Alimlərin artıq planetə zərər verə biləcək nəticələrin astanasında olduğumuzu sübut edib. İqlim dəyişiklikləri ilə əlaqədar ən son elmi biliklərin qlobal siyasətə təsirini gücləndirmək vacibdir. Bizə bu istiqamətdə beynəlxalq elmiəməkdaşlıq lazımdır. Ölkələr ən yaxşı təcrübələri bölüşmək üçün birlikdə fəaliyyət göstərməlidir. Akademik və tədqiqat əməkdaşlıqları iqlim araşdırmalarının önündə gedir. İqlim tədqiqatlarına və inkişafına maliyyələşdirmənin artırılması, bu tədqiqatlara əlçatanlığın təmin olunması lazımdır."

COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru,deputat Pərvanə Vəliyeva-COP29,vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühitlə bağlı çıxışında bir sıra vacib məqamlara toxundu. Vətəndaş cəmiyyəti və icma təşkilatları COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynamasının önəmini vurğuladı. Ölkəmizin və BMT-nin vətəndaş cəmiyyətinin COP29 Təşkilat Komitəsində təmsil olunaraq maraqlarını ön plana çıxarmağa, iqlim dəyişikliyindən ən çox təsirlənənlərin ehtiyaclarının dinlənilməsini və həll olunmasını təmin etmək yönündə qətiyyətli olmasını bildirdi. Vətəndaş cəmiyyəti olaraq  bütün maraqlı tərəflərin COP29-a  konfransının ölkədə və regionda sağlam ekosistemin yaradılmasına böyük töhfə olacağına əminliyini ifadə etdi.

Sosial Tədqiqatlar Mərkəzi İH üzvü,prof. Tahirə Allahyarova,  “İqlim geosiyasəti”Azərbaycanın yaşıl keçidlə bağlı qlobal təşəbbüslərinə qarşı kampaniyanın pərdəarxası”mövzusuna toxunaraq, bəlli xarici mənbələrdən qaynaqlanan  dezinformasiya hücumlarına toxundu.  Prosesin arxasında başlıca qüvvə kimi revanşist erməni diasporun və havadar ölkələrin durmasını diqqətə çatdırdı.
Mövzu ətrafında çıxışlarda: İqlim böhranının həllində elmi-təsdqiqat əsaslı  çıxış yollarının müəyyən edilməsi, yaşıl strategiya və  iqlim dəyişikliyinin idarə edilməsi üçün sosial elmlərin  vəzifələri və töhfələri yeni sosial-iqtisadi “yaşıl paradiqmanın” siyasi, hüquqi və praktiki əsasları,burada tədqiqat və əməkdaşlıq önəmli rolunu, tədqiqatların  effektiv iqlim fəaliyyətinin alternativi olmayan təməli olması, iqlim dəyişikliyinin azaldılması yönündə milli strategiyalar və proqramların hazırlanması və müzakirəsi üçün STM-də növbəti tədbirlərin təşkili və s.məsələlər toxunulub.
Tədbir iştirakçıları İqlim dəyişiliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyay çatdırılması üçün Dövlət qurumlarının, Vətəndaş Cəmiyyətinin, elmi-tədqiqat ictimaiyyətinin  sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin  ortaya qoyulacağını, ölkəmizdə iqlim siyasıtinin,təbiətin qorunmasının,dekarbonizasiya siyasətinin təkmilləşdirilməsi üçün birgə və faydalı  layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.

İki mühüm hədəf vurulacaq... - Azərbaycan hansı halda hücum edəcək?

Sülh danışıqları fonunda guya Azərbaycanın hücum edəcəyi ilə bağlı Ermənistanın ortaya atdığı ididalar iki hədəfə hesablanıb. İlk növbədə beynəlxalq ictimaiyyəti Azərbaycanın əleyhinə çevirmək istəyirlər. Rəsmi İrəvan siyasi müstəvidə üstünlük qazanmaq arzusundadır. Erməni tərəfi sülh sazişini öz maraqları çərçivəsində imzalanması niyyətindədir. Sözsüz ki, Bakı bundan imtina edir.

Bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.

“Ermənistan Azərbaycan ətrafında müəyyən “kampaniya” aparmaqla ona təzyiq edəcəyini düşünür. Beynəlxalq tərəfdaşların da rəsmi Bakını sülh məsələsində tez qərar verməyə vadar edəcəyi ehtimal edilir. Bununla bağlı mümkün qədər sülh məsələsində Azərbaycanın mövqeyi yanlış formada təqdim edilir”, - deyə o əlavə edib.

Siyasi şərhçi Azərbaycanın sülh müqaviləsində bütün məsələlərin həlli ilə bağlı konkret mövqeyə sahib olduğunu söyləyib:

“Azərbaycanın Ermənistana hücum edəcəyini gündəmə gətirməklə rəsmi İrəvan Bakının mövqeyini bir qədər arxa plana keçirməyə çalışır. Bakının məhz müharibə etmək üçün Ermənistanın istədiyi sülh müqaviləsindən imtina edir görüntüsü yaratmaq niyyətləri var”.

Asif Nərimanlıya görə, Ermənistan şərti sərhəddə təxribatlar törətməklə Azərbaycanı hücum edən tərəf kimi göstərməyə də cəhd edə bilər:

“Çünki Ermənistanın təxribatlarına Bakının adekvat reaksiyası qaçılmaz olacaq. Bu halda erməni tərəfi məhz Azərbaycanı hücum edən tərəf kimi beynəlxalq icitmaiyyətə təqdim etməyə çalışacaq. COP29-un Bakıda keçirildiyi ərəfədə bu cür məsələlər üzərində manipuliyasiya etmək niyyətləri açıqdır. Beynəlxalq diqqətin Azərbaycanda olması fonunda erməni tərəfi bunu öz tərəfinə yönəltmək üçün hər cür vasitəyə əl atacaq”.

İrəvan yeni savaşın vaxtını təyin edib: ABŞ və Qərbin Gürcüstandan verəcəyi işarəni gözləyir

ABŞ və Qərbin dəstəklədiyi gürcü müxalifəti seçkilərdə qalib gələrsə, yaxud kütləvi iğtişaşlar və “rəngli inqilab” ssenarisi üzrə hakimiyyəti ələ keçirə bilərsə, onda Cənubi Qafqazda daha fərqli və təhlükəli situasiya yaranacaq... Belə ki, bu halda, Ermənistanla yanaşı, Gürcüstana da nəzarəti ələ keçirəcək ABŞ və Qərbin Cənubi Qafqazda təsir dairəsi genişlənmiş olacaq və bundan ən çox rəsmi İrəvan revanşist məqsədlərlə faydalanmağa çalışacaq...

"Yeni Müsavat" bildirir ki, Cənubi Qafqaz yeni mərhələyə keçid ərəfəsinə yaxınlaşır. Bu keçid mərhələsinin keyfiyyat və məzmunu böyük ölçüdə Cənubi Qafqazda sülh prosesinin gələcək taleyindən birbaşa asılıdır. Belə ki, əgər, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması reallığa çevrilərsə, regional sabitlik və inkişaf perspektivlərinin ön plana keçirilməsi təmin ediləcək. Və Cənubi Qafqaz yeni mərhələdə daha çox geoiqtisadi layihələrin icra edilərək, böyük inkişaf dövrü keçirən regiona çevrilə bilər.

Ancaq onu da qeyd etmək lazımdır ki, bunun tamamilə əksi də baş verə bilər. Belə ki, Ermənistan sülh prosesindən yayınmaqda davam edərsə, Cənubi Qafqazda hərbi-siyasi gərginlik qaçılmaz ola bilər. Bu haldasa, regionda hətta yeni savaşın baş vermə ehtimalı ön plana keçər, geopolitik xaos təhlükəsi reallığa çevrilər. Və Cənubi Qafqazın məhz belə təhlükəli situasiya ilə qarşı-qarşıya qalmasında maraqlı olan regiondan kənar güclər də mövcuddur.

Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransa israrla Cənubi Qafqaza yerləşərək, bu regionda geopolitik oyunçuya çevrilməyə can atır. Üstəlik, Cənubi Qafqaza heç bir aidiyyatı olmayan bu beynəlxalq güclər bu regionda öz hədəflərinə çatmaq üçün məhz Ermənistanı “geopolitik alət” olaraq, seçiblər. Bu regionda sülh prosesinin uğur qazanmasında maraqlı olmayan ABŞ, Avropa Birliyi və Fransa yeni savaş vəziyyətinin yaradılması üçün Ermənistanı silahlandırır, bu ölkəni hərbi-siyasi avantüralara cəsarətləndirir. Və bu baxımdan, indi Cənubi Qafqaz üçün əsas təhlükə məhz “Qərb üçlüyü”nün regional hədəflərindən qaynaqlanır.

Maraqlıdır ki, Cənubi Qafqaza nəzarət uğrunda mübarizə son vaxtlar amansız xarakter almağa başlayıb. ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının əhatə dairəsi də genişlənməkdə davam edir. Hər halda, Qərb siyasi dairələri bu qarşıdurmada yalnız Ermənistana nəzarət imkanları ilə kifayətlənmək niyyətindən uzaqdırlar. Və indi Qərb siyasi dairələrinin əsas hədəfləri sırasına Gürcüstan da yerləşdirilib.

Xüsusilə də, rəsmi Tiflisin “xarici agentlər” barədə qanunu qəbul edərək, Gürcüstan parlamentində təsdiqlətməsindən sonra ABŞ və Qərbin bu ölkəyə münasibəti radikallaşıb. Hətta son vaxtlar Qərb siyasi dairələrinin Gürcüstana qarşı aqressiv mövqedən çıxış etməyə üstünlük vermələri də müşahidə olunur. Hər halda, rəsmi Tiflisə qarşı sanksiyaların gündəmə gətirilməsi, Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesi üzrə müzakirələrin tamamilə dayandırılması, maliyyə dəstəyinin dayandırılması olduqca ciddi və sərt addımlardır. Və rəsmi Tiflisin Qərbdən gələn bu təzyiqlərə tab gətirməsi o qədər də asan deyil.

Onu da qeyd etmək lazımdır ki, hazırda rəsmi Tiflisə qarşı xarici və daxili təzyiqlər tədricən mərkəzləşdirilmiş prosesə çevrilməyə də başlayıb. Belə ki, ABŞ və Qərb Gürcüstandakı təsir dayaqlarını hərəkətə gətirməyə cəhd göstərir. Əsas məqsəd isə yaxın günlərdə keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” Partiyasına qarşı ölkədaxili etiraz dalğasını maksimum həddə çatdırmaqdan ibarətdir. Və bununla da, Gürcüstanda “seçki inqilabı”nın törədilməsinə cəhd göstərildiyi artıq inkaredilməz reallıqdır.

Ona görə də hesab etmək olar ki, Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərinin yekun nəticələri yalnız bu ölkənin deyil, eləcə də, bütövlükdə Cənubi Qafqazın gələcək taleyinə birbaşa təsir göstərə bilər. Belə ki, əgər, “Gürcü arzusu” Partiyası qalib gələrsə və hakimiyyətini qorumağı bacararsa, bu halda, ABŞ və Qərbin Cənubi Qafqaza yerləşmək cəhdləri müəyyən problemlərlə üzləşə bilər. Belə olacağı təqdirdə, ABŞ və Qərbin Ermənistanı “geopolitik alət” kimi gücləndirmək cəhdləri də öz effektivliyini itirməyə başlayacaq.

Təbii ki, əgər, hadisələr bu ssenari üzrə inkişaf edərsə, onda, rəsmi İrəvan Cənubi Qafqazda ABŞ və Qərbin for-postu funksiyalarını yerinə yetirməkdə çətinlik çəkəcək. Ona görə də, regionda Qərbin dayaq məntəqəsi olaraq, təklənmiş və ümid etdiyi dəstəyi tam ala bilməyən Ermənistan Azərbaycanla yekun sülh sazişini rəsmi Bakının şərtləri çərçivəsində imzalamaq məcburiyyətində qalacaq. Və bu, həm də Azərbaycanın böyük geopolitik qələbəsi anlamı daşıyacaq.

Ancaq ABŞ və Qərbin dəstəklədiyi gürcü müxalifəti seçkilərdə qalib gələrsə, yaxud kütləvi iğtişaşlar və “rəngli inqilab” ssenarisi üzrə hakimiyyəti ələ keçirə bilərsə, onda Cənubi Qafqazda daha fərqli situasiyanın yaranacağı qətiyyən şübhə doğurmur. Belə ki, bu halda, Ermənistanla yanaşı, Gürcüstana da nəzarəti ələ keçirəcək ABŞ və Qərbin Cənubi Qafqazda təsir dairəsi genişlənmiş olacaq. Və bundan ən çox Ermənistan faydalanmağa çalışacaq.

Məsələ ondadır ki, ABŞ və Qərbin Cənubi Qafqazda mövqelərinin genişlənməsi və möhkəmlənməsi Ermənistanı yeni revanş hədəfli savaşa cəsarətləndirə bilər. Qərb siyasi dairələrinin elə indidən savaşa hazırladığı Ermənistanın təhlükəli təxribatlara əl ata biləcəyi qətiyyən istisna deyil. Yəni, ABŞ və Qərb üçün Cənubi Qafqazda yeni savaşın törədilməsi və regional xaosun yaradılması imkanları genişlənə bilər. Və bu baxımdan, Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərinin yekun siyasi nəticələri indi bütövlükdə Cənubi Qafqaz regionu üçün taleyüklü xarakter daşıyır.

Zəngəzur dəhlizi noyabrın 5-nə qədər açılacaq - Gevondyan

Noyabrın 5-nə qədər Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqlar.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Alen Gevondyan deyib.

Gevondyan iddia edir ki, dəhlizin açılması istiqamətində addımlar oktyabrın 26-dan noyabrın 5-nə qədər sürətlənəcək və 5 noyabr tarixinə qədər dəhliz açılacaq.

“Ermənistan hakimiyyəti müqavimət resurslarının olmadığını əsas gətirəcək, bu prosesə etiraz etməyəcək. Onu da qeyd edim ki, Ermənistanın geosiyasi əhəmiyyəti Zəngəzur bölgəsidir. Bu bölgə ilə əlaqəmiz itərsə, Ermənistan sıradan bir əraziyə çevriləcək”, - erməni politoloq vurğulayıb.

Cənubi Qafqazda silahlanma yarışı: Hərbi toqquşma riski artır - BELƏ DAVAM EDƏRSƏ...Dünyada hərbi xərclərdə artım var, lakin onun milli ÜDM-dəki payı azalır. Bu barədə Avstraliya İqtisadiyyat və Sülh İnstitutunun (IEP) hesabatında qeyd olunub.
"Hərbiləşmədə müasir tendensiyalar" adlı hesabatda vurğulanır ki, bu gün planetdə İkinci Dünya Müharibəsindən bəri maksimum sayda - 59 hərbi münaqişə var. 2024-cü ildə 92 ölkə bu və ya digər şəkildə öz ərazilərindən kənarda silahlı münaqişələrə cəlb olunub.
Keçmiş SSRİ dövlətləri arasında Ermənistan (4,2%) və Azərbaycan (3,8%) siyahıda daha yüksək yerdə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsində Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.
Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacı göstərilir.
Son vaxtlar Ermənistan intensiv şəkildə silahlanır. Xüsusən də Ermənistan Qərb dövlətlərinin, ilk növbədə Fransa və ABŞ-ın dəstəyi ilə silahlandırılır. Bu ölkələrlə yanaşı Ermənistan Hindistandan da çox sayda silah tədarükünü həyata keçirir. Son olaraq KİV-də Ermənistanın Hindistandan "Pralay" raketləri almağı planlaşdırdığı barədə məlumatlar yayılıb.

Məlumata görə, "Pralay" taktiki ballistik raketləri düşmənin raket əleyhinə müdafiə sistemlərindən yan keçmək üçün manevr edə bilir. "Pralay" raketi 150-500 km uçuş məsafəsinə malikdir və mobil buraxılış qurğusundan buraxıla bilər.
"Pralay" raketlərinin seriyalı istehsalına 2023-cü ildə başlanılıb. Hazırda Hindistan onları ilk növbədə Çinlə sərhəddə yerləşdirir.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Ermənistanın hərbi xərclərini artırması yaxşı hal deyil: "Bu Azərbaycan üçün narahatlıq yaradan məqamdır. Xüsusən də son olaraq Hindistandan almaq istədikləri raketlərin maksimum uçuş məsafəsinin 500 km olması diqqətə alınmalıdır. Hesab edirəm ki, Hindistanın bu tip raketləri Ermənistana satması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək. Amma Azərbaycan prosesləri diqqətlə izləyir və hərbi xərclərini artırır. Təhlükələri lokallaşdırmaq üçün işlər görülməlidir. Təəssüf ki, Ermənistanı silahlandıran ölkələr regionda gərginliyə səbəb olacağının nəzərə almırlar. Amma qeyd etməliyəm ki, Ermənistanın silahlandırlması bundan sonra da davam edəcək".

"Azərbaycan artıq Ermənistanın silahlanmasına qarşı adekvat addımlar atmağa başlayıb. Xüsusən də, Pakistan istehsalı olan təyyarələr, İtaliya istehsalı olan hərbi yük təyyarələri alınıb, hava hücumundan müdafiə sistemləri yenilənir və yeni silahlar Azərbaycan ordusunun arsenalına daxil edilir. Hərbi xərclərin artırılması da Ermənistanın artan silahlanmasına qarşı Azərbaycanın gördüyü tədbirlərdən biridir. Azərbaycan hökuməti daha modern hava hücumundan müdafiə sistemlərinin alınması ilə strateji obytektlərin və böyük şəhərlərin təhlükəsizliyini təmin etmək məqsədi güdür. Azərbaycan Ermənistan silahlanmasına seyrçi qalmır", ekspert vurğualyıb.
Üzeyir Cəfərov deyir ki, Ermənistan işğalçı ölkə olduğu üçün onun bu şəkildə silahlandırılması beynəlxalq hüquqa da ziddir: "Amma beynəlxalq hüquq ölü vəziyyətdədir və hazırda bu prosesin qarşısını almaq iqtidarında deyil".
Millət vəkili Aydın Mirzəzadə deyir ki, Ermənistan 44 günlük müharibədən özü üçün ciddi nəticələr çıxarmalı idi:
"Biz isə görürük ki, Ermənistan yenidən hərbiləşmə yolunu tutub. Bu nə Ermənistan cəmiyyətinə, nə də dövlətinə fayda gətirəcək. Yaxşı olardı ki, Ermənistan silahlanmaya xərclərdiyi pulu ölkəsinin sosial problemlərinin həllinə yönəltsin. Azərbaycan Ermənistanın sürətli silahlanmasına qarşı lazımi tədbirlər görür".

Millət vəkili qeyd edib ki, Ermənistan hər hansı hərbi təxribat törədərsə, Azərbaycan ordusu artıqlaması ilə cavabını verəcək gücdədir:
"Rəsmi Bakı regionda dinc münasibətlərin qurulmasının tərəfdarıdır. Amma bu cür silahlanma fəaliyyəti Azərbaycanı məcbur edir ki, öz hərbi arsenalını daim yeni silahlarla zənginləşdirsin. Bu, milli təhlükəsizliyin təminatı üçün vacib amildir. Bu gün Azərbaycan və Ermənistanı sülhə çağıran, eyni zamanda Ermənistanı silahlandıran ölkələr qeyri-səmimi davranış sərgiləyirlər. Hindistanın, Fransanın, ABŞ-nin və digər ölkələrin Ermənistana hərbi dəstəyi Ermənistanda revanşizmin alovlanmasına gətirib çıxarır ki, bu da sülhə yaxın olan tərəfləri yenidən hərbi toqquşma riski ilə üz-üzə qoyur".

SPUTNİK.az
Bayden İlham Əliyevə məktub yazdı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.

Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək.

Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız".

İlham Əliyev ABŞ prezidentinin xüsusi köməkçisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından dörd il ötür

Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür.

Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.

2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.

Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu.

Xəbər lenti