İlham Əliyev "Coca-Cola" zavodunun açılışını etdi - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışında iştirak edib.

iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin “Anadolu Grubu”nun idarə heyətinin fəxri sədri Tuncay Özilhan və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.

İsmayıllı rayonunun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Bu, “Coca-Cola Bottlers” MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. Yeni müəssisə tərəfindən istehsal olunacaq məhsulların əsasən daxili bazarda satışı nəzərdə tutulub. Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb. “Azerbaijan Coca-Cola Bottlers” MMC ətraf mühitin mühafizəsi üzrə öhdəliklərə sadiq qalaraq istehsal zamanı sərf olunan enerjinin bir qismini günəş panelləri vasitəsilə əldə olunan yaşıl enerji ilə təmin etməyi nəzərdə tutur.

İsmayıllı rayonunda belə bir istehsal müəssisəsinin açılması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Yeni müəssisəsinin açılması istehsalın lokallaşdırılmasını, texnologiya transferini və idxalın əvəz edilməsini stimullaşdırır.

Qeyd edək ki, regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar şərait, güzəşt və imtiyazlar onları ölkəmizə daha çox sərmayə yatırmağa sövq edir. “Coca-Cola”nın Azərbaycana investisiyalarının artırılması da ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. Paytaxtla yanaşı regionlarımıza yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrimizin iqtisadi potensialının daha da möhkəmləndirilməsində çox böyük rol oynayır. “Azerbaijan Coca-Cola Bottlers” MMC ölkəmizdə istehsala 1996-cı ildə başlayıb. Şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırıb.

 

 

 

 
30 May 2025 Milli Məclisdən Prezident və xanımına təbrik
30 May 2025 Milli Məclisin yaz sessiyasının son iclası işinə başlayıb - 10 məsələ
30 May 2025 Prezident qəbul keçirdi - Fotolar
30 May 2025 ABŞ nümayəndə heyəti Azərbaycanda səfərdədir
30 May 2025 ABŞ Qafqazda yenə Rusiya ilə savaşa başlayır: Azərbaycan hər iki nəhəngin məğlub olmasında maraqlıdır
29 May 2025 Azərbaycan Pakistandan aldığı qırıcıların sayını 16-dan 40-a yüksəldib – “Arab News”
29 May 2025 İlham Əliyev Trampın məktubunu yüksək qiymətləndirib
29 May 2025 Prezident BƏƏ-nin iş adamlarını qəbul etdi - Fotolar
29 May 2025 Laçında Prezidenti kövrəldən ifa - Video
29 May 2025 İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
29 May 2025 Laçın görüşü kimləri qorxuya saldı? - Elan edildi, yola çıxılır
28 May 2025 Laçında bayram ab-havası... - Video + Fotolar
28 May 2025 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - Yenilənir
28 May 2025 Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi - Video
28 May 2025 Mehriban Əliyevadan Müstəqillik Günü təbriki - Foto
28 May 2025 Azərbaycanda Müstəqillik Günüdür
27 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - Fotolar+Video
27 May 2025 Bu da Laçın kanatı - Fotolar+Video
27 May 2025 Laçın aeroportunda qarşılanan ilk ali qonaq o oldu - Fotolar
27 May 2025 İlham Əliyev uşaqlarla bir arada - Fotolar

Xəbər lenti