Polad Həşimovun şəhadətə ucalmasından dörd il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi Polad Həşimovun şəhadətə ucalmasından dörd il ötür.

Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

Anası Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu dövrdə Polad Həşimov hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini hərbi məktəbə verib.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "motoatıcı" ixtisası üzrə bitirib. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb.

Polad Həşimov 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşıb. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla rayonunda yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilib.

Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət edib. Polad Həşimov 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışıb.

Polad Həşimov 28 yaşı olanda "mayor" hərbi rütbəsi alıb və 2003-cü il iyunun 24-də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən, "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Altı il sonra isə Polad Həşimov "polkovnik-leytenant" hərbi rütbəsi alıb və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun komandir müavini - Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub-saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilir. Kirayə mənzildə yaşamasına baxmayaraq, Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlayır.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən, Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib. Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan ilk hərbçi olub.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb və Ermənistan ordusu geri oturdulub.

İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. Artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan ordusunun atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan ordusunun fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olur. Bir həftəyə yaxın davam edən döyüşlərdə polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhadətə ucalırlar.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimovla vida mərasimi iyulun 15-də baş tutub. O, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonuna səfəri zamanı Polad Həşimovun adının əbədiləşdirilməli olduğunu bildirib və bununla bağlı göstəriş verib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

2021-ci il mayın 7-də Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilib. 2021-ci il iyulun 22-də Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.

"Ölkə.az" kollektivi Milli Qəhrəmanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

d

Yol-xeber.az" xəbər verir ki,  ADY ətraf mühitin qorunması və sosial məsuliyyət çərçivəsində tullantıların təkrar emalı üçün şirkətin inzibati binasında, mərhələli şəkildə vağzal və stansiyalarda xüsusi çeşidləmə qutuları yerləşdirib.
Tullantıları doğru çeşidləyək, hamılıqla yaşıl dünyaya töhfə verək!
Şagirdlərə də ictimai nəqliyyatda güzəştlər olacaqmı?- RƏSMİ

"Bu ilkin bir mərhələdir. Biz istəyirik ilk növbədə ali təhail müəssisələrində, kolleclərin, peşə təhsil müəssisələrinin tələbələrinə bakalavr, magistr, doktorant səviyyəsində olanlarla birgə başlayaq. Həm bu eksperiment kimi olsun, görək,necə işləyir".

Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tələbələrə nəqliyyatda güzəştlər edilməsi məsələsi ilə bağlı danışarkən deyib. O, bu cqr güzəştlərin şagirdlərə də aid edilib edilməyəcəyi məsələsinə də aydınlıq gətirib:

"Eyni zamanda bunu balacadan başlayıb daha böyük istiqamətdə getməyi düşünürük.
Düşünürəm ki, bu məsələ gələcəkdə nəzərdə tutula bilər".

Tələbələrə nəqliyyatda güzəştlər hansı formada olacaq? - AÇIQLAMA

Vahid tələbə kartının yaradılması beynəlxalq təcrübəyə əsaslanır.
Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib.

"Qonşu ölkələrdə tələbələrə həm muzeylərə girişdə, həm sərgi salonlarında, həm nəqliyyatda üstünlüklərin şahidi olmuşunuz. Bu bizim diqqətimizi cəlb edir. Təhsilin İnkişafı Fondu daha geniş kütləni öz fəaliyyəti ilə əhatə etməyə çalışır.

Burada artıq həll olunmuş məsələlər var. Yəni müəyyən şəbəkələrlə razılıq verilən sahələrdə 100-ə yaxın şirkətdə endirimlər var. Eyni zamanda bizim məhsul hazır olduqdan sonra müəyyən yerüstü yeraltı nəqliyyat metro və s. ilə danışıqlara başlayacaq.
Bu sahədə Elm və Təhsil Nazirliyi də bizə dəstək olacaq. Çünki bu bir qurumun qərarı deyil, tariflərin dəyişdirilməsindən söhbət gedir.
Qarşımıza məqsəd qoymuşuq. Amma nə, necə və nə zaman olacağı barədə danışmaq tezdir".

Yeni tədris ilində tələbələrə nəqliyyatda güzəştlər olacaq - RƏSMİ

Yeni tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün bir sıra güzəştlər nəzərdə tutulur.
Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib.

"Yeni tədris ilində biz ali təhsil müəssisələri ilə danışıb razılaşdırmışıq. Vahid tələbə kartı ilə bağlı müxtəlif həm ödəmə sistemi, həm giriş kartı, həm nəqliyyat, kəşbək sistemi və s. endirimlərin təmin olunması yenilik olacaq",- deyə o əlavə edib.

Adil Əliyev şöbə müdirini işdən çıxardı

Suraxanı Rayon İcra Hakimiyyətinin Rayon təsərrüaftı şöbəsinin müdiri Hüseynov Mehman Elman oğlu vəzifəsindən azad edilib.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Hələlik həmin vəzifəyə təyinat yoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Kamaləddin Qafarov: “ Pakistan Azərbaycana görə Ermənistanla  diplomatik əlaqələr qurmayıb”
“Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Bu dostluq dərin tarixi köklərə malikdir və xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Bu gün ölkələrimiz arasında müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir”.

Bu fikirləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, qeyd edib ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hələ 2002-ci ildə, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. “Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Cari ilin iyul ayının 11-də cənab Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına etdiyi dövlət səfəri sözsüz ki, ölkələrimiz arasında münasibətlərin inkişafına növbəti önəmli töhfə olacaq. Azərbaycan və Pakistan liderlərinin keçirdikləri görüşlər zamanı energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən uğurla əməkdaşlıq edilən müdafiə sənayesində bir sıra layihələr nəzərdən keçirilib. Beləliklə, ölkələrimiz arasında güclü tərəfdaşlıq nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq.”

K.Qafarov bildirib ki, Pakistanın ölkəmizə qarşı səmimi dostluq münasibətlərini nümayiş etdirən vacib məqamlardan biri də Ermənistanla bağlıdır: “İyulun 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev belə bir mühüm faktı bir daha vurğuladı ki, Pakistan işğal dövründə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. İstər işğal dövründə, istərsə də Vətən müharibəsinin gedişində Pakistan Azərbaycanın mövqelərini hər zaman birmənalı şəkildə dəstəkləyib. 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Dövlətimizin başçısı bir daha Pakistanın ölkəmizə istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyin yüksək qiymətləndirdiyini bildirdi. Cənab Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Qeyd olundu ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, kobud şəkildə pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məsələnin necə həll olunması aydın şəkildə təsvir edilsə də, əfsuslar olsun ki, bu qətnamələrin icra mexanizmləri mövcud deyil. Ancaq qardaş və dost ölkə kimi Azərbaycan Pakistanla, Cəmmu və Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacaq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacaq. Cənab Prezident İlham Əliyevin Pakistana səfərinin nəticələri bunu deməyə əsas verir ki, iki dost ölkə arasında münasibətlər bundan sonra da şaxələnməkdə və dərinləşməkdə davam edəcək”.
“14 iyul 1969-cu il: Xalqa bağışlanan ömür”
İyulun 11-də Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “14 iyul 1969-cu il: Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ziyafət Əsgərov, Kamaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər və orta ümumtəhsil, tibb, mədəniyyət müəssisələrinin, QHT-lərin rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş İttifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, 14 iyul 1969-cu il Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan bir tarixi gündür. Çünki həmin tarixdən başlayaraq Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı və ölkəmiz sürətlə inkişaf etməyə başladı. Ümummilli Lider nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etdi, həm də yeni idarəçilik məktəbi formalaşdırdı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikasımız və xalqımız nicat yoluna qədəm qoydu. Dahi şəxsiyyət şah əsəri olan müasir müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etdi. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.

Məruzə nitqi ilə çıxış edən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ziyafət Əsgərov çıxışında qeyd etdi ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. “Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası- ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxışında qeyd etdi ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir.

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva çıxışlarında qeyd etdilər ki, Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Ulu Öndər nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb.

“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri sədri Tural Nurməmmədov qonaqları Ulu Öndər Heydər Əliyevin müxtəlif zamanlarda çəkdirdiyi şəxsi və ailə üzvləri ilə bərabər olan xüsusi fotolarının xalça üzərində toxunmuş nümunələri ilə tanış edib.

 
s 
Yol-xeber.az" xəbər verir ki, ADY və Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı elan etdiyi media müsabiqəsində ikinci istiqamət üzrə qalib gəlmiş jurnalistlərimiz və onların araşdırmaları ilə tanış olaq.


1-ci yer Gülnar Əliyeva – (Qafqazinfo)
https://rb.gy/j4gpud

2-ci yer Rövşən Tahirov – (ATV)
https://rb.gy/ow72p4

3-cü yer İlahə Məmmədli – (Report)
https://rb.gy/kql16x
Uşaqları dini mərasimlərə aparmayın - Polisdən MÜRACİƏT

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.

Müraciətdə deyilir:

“Dini etiqad azadlığı haqqında” qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.

Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.

Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar".

Xəbər lenti