Azərbaycanda hovuzlar dəhşətli xəstəliklərə səbəb olur - VİDEO

Yay mövsümü ilə əlaqədar çimərliklərlə yanaşı, böyük əksəriyyət dincəlmək üçün hovuzlara da üz tutur. Ancaq bəzi ictimai hovuzlarda gigiyenik qaydalara diqqət yetirilmədiyi, eyni zamanda vətəndaşların məsuliyyətsizliyi səbəbindən insanlar arasında müxtəlif dəri xəstəliklərinə yoluxma hallarına rast gəlinir.

Belə müəssisələrdə gigiyenik qaydalara riayət edilməsi qaydaları ilə bağlı “Xəzər xəbər”ə danışan üzgüçülük üzrə müəllim Elvira Məhərrəmova həftədə bir dəfə aidiyyəti qurumlarun hovuza nəzarət-yoxlanış həyata keçirməli olduğunu qeyd edib.

Bu prosesin gigiyena baxımından bütün açıq və qapalı hovuzlarda həyata keçirilməli olduğunu diqqətə çatdıran mütəxəssis bildirib ki, müəssisə sahibləri müştərilərdən sağlamlıq haqqında arayış tələb etməlidir.

Ərtaflı sujetdə:

s

Yol-xeber.az" xəbər verir ki,  Bundan əlavə, Bakı-Ağstafa-Bakı qatarlarımız ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

d

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Dəmir Yolları 144 ildir, fəaliyyətində təhlükəsizlik, keyfiyyət, dürüstlük, dayanıqlılıq, innovasiya və xoşməramlılıq dəyərlərinə sadiqdir.


Yol-xeber.az" xəbər verir ki,  Bu il ADY-yə məxsus qatarlara 25 dəfə daş atılıb.
 Belə məsuliyyətsiz davranışın 19-u hərəkətdə olan sərnişin qatarlarına qarşı edilib.
Nəticədə həm qatarların hərəkət qrafikində gecikmələr müşahidə olunub, sərnişinlərin və qatar heyətinin həyatına risk yaranıb, o cümlədən dəmiryol infrastrukturuna zərər dəyib. ADY sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizliyə xüsusi diqqət ayırdığından bu kimi xoşagəlməz hallara qarşı davamlı mübarizə aparır. Bu cinayəti törədənlər qısa zamanda tapılaraq Azərbaycan qanunvericiliyə uyğun olaraq cərimələnirlər.
Şuşada qəbul olunanan dua - Şəhid mayor Elçin Alıyev haqqında film
Valideynlərin nəzərinə: Bu gündən bağçalara qeydiyyat başlayır

Bu gün saat 15:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına start veriləcək.

Uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq.

Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır.

Məlumat üçün bildirək ki, əvvəlki ildən fərqli olaraq bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem ferqi vaxtlarda aktiv olacaq.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.

Mayın 16-dan etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

İşğaldan azad olunmuş ərazilərdə hansı vakansiyalar tələb edilir?

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq və bərpa işlərinin geniş miqyas alması həmin bölgədə məşğulluq imkanlarını da artırıb. Bir çox vətəndaşlarımızı işğaldan azad olunan ərazilərimizdəki iş imkanları maraqlandırır.

Bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə hansı peşə sahiblərinə daha çox ehtiyac var? - sualı ilə Dövlət Məşğulluq Agentliyinə müraciət etdik.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda Laçın rayonu, Zəngilan rayonunun Ağalı kəndi, Füzuli şəhəri, Cəbrayıl rayonu, Şuşa şəhəri, Xankəndi əraziləri üzrə aktiv vakansiya və iş imkanları mövcuddur.

Bu iş imkanlarından yararlanmaq istəyən vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin elektron xidməti olan "Əmək və məşğulluq" altsistemində yaradılan vakansiya bankına daxil ola, orada yerləşdirilən boş iş yerləri arasındakı işğaldan azad olunan ərazilər üzrə olan vakansiyalarla tanış ola və seçim edə bilərlər.

"Hazırda həmin ərazilərdə tikinti, bərpa, yenidənqurma işləri aparıldığı üçün məskunlaşma imkanları üçün təqdim edilən vakansiyalar əsasən mühəndis, usta, fəhlə, elektrik, kassir, satıcı, operator, ictimai iaşə və xidmət sahələrini əhatə edir.

Vakansiyalar üzrə tələblər və əməkhaqqı isə işəgötürən tərəfindən tənzimlənir və bu, vəzifəyə görə dəyişir.

Təhlillərə əsasən, vakansiyalar köç prosesinin həyata keçirildiyi və köçün planlaşdırıldığı əraziləri əhatə edir.

Həmçinin qeyd edək ki, işğaldan azad olunan ərazilərə gedərək orada çalışmaq istəyən şəxslər üçün agentlik tərəfindən də dəstək mexanizmi qurulub. Belə ki, agentliyin rəsmi saytında "Qarabağda iş imkanları" bölməsi yaradılıb və işəgötürənlər tərəfindən quruma təqdim edilən vakansiyalar barədə məlumatlar yer alıb.

Burada vakansiyanı təqdim edən şirkət, vakansiya tələbləri, iş rejimi, əməkhaqqı və digər məlumatlarla ətraflı tanış olmaq mümkündür.

Namizədlərin öz CV-lərini yönləndirə bilmələri üçün elektron mail ünvanı da yaradılıb və həmin bölmədə qeyd edilib. Vakansiyaya müraciət etmək istəyən şəxslər həmin elektron poçt ünvanına öz məlumatlarını yollaya bilərlər.

Bundan başqa işğaldan azad olunan ərazilərdə çalışmaq istəyən vətəndaşlar agentliyin regional məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilirlər. Bu zaman müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndirilərək onların uyğunluğu müəyyən edilir və göndərişlər formalaşdırılır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bu günlərdə mətbuata açıqlama verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə bildirmişdi ki, bir çox fəaliyyət sahələri var ki, həmin vakansiyalar üzrə əmək fəaliyyətinə cəlb olunacaq şəxslər asanlıqla tapılmır.

Metroda qatarlar yubandı - AÇIQLAMA

Bakı metrosunda intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb: "Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemi yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər, qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb".

"Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib", - deyə məlumatda qeyd olunub.

DİN-nin avtomobilləri hərraca çıxarılır: 1000 manatdan ... – Qiymətlər

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 20-də təşkil olunacaq hərraca avtomobillər çıxarılacaq. Hərraca 20 ədəd avtomobil çıxarılacaq. Avtomobillərin buraxılış ili 1990–2008-ci illər aralığında dəyişir. Start qiyməti isə 1000-12 600 manat müəyyən edilib. İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

20 avqust 2024-cü il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:

 

S/N

Balanssaxlayıcı müəssisənin adı

Əlaqəli şəxs

Nəqliyyat vasitəsinin markası

Dövlət nömrə nişanı

Buraxılış ili

Start qiyməti (manatla)

10% beh (manatla)

1

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Ağayev Anar 0502804119

Ford-Tranzit T-12 mini-avtobus

M106DQ

2000

12600

1260

Mirzəyev Həsən 0503887796

QAZ-3308 YÜK

X179DQ

2003

Mirzəyev Həsən

0503887796

QAZ-3308 YÜK

X180DQ

2003

Orucov Bəxtiyar 0503537168

Qaz-3308 yük

S118DQ

2003

Orucov Elçim 0557367343

QAZ-3308 YÜK

G181DQ

2003

Orucov Elçin 0557367343

QAZ-3308 YÜK

G182DQ

2003

Xəlili Dadaş

0776027800

Qaz-3307 yük

H119DQ

2004

Xəlili Dadaş 0776027800

Qaz-3307 yük

H127DQ

2004

Xəlili Dadaş

0776027800

Qaz-3307 yük

H129DQ

2004

Xəlili Dadaş

0776027800

Qaz-3307 yük

H131DQ

2004

Xəlili Dadaş

0776027800

Qaz-3307 yük

H142DQ

2004

Xəlili Dadaş

0776027800

Qaz-3307 yük

H143DQ

2004

Xəlili Dadaş

0776027800

PAZ-4234 avtobus

H140DQ

2005

Kamilov Rövşən

0519202727

QAZ-31105-801

Y103DQ

2008

Kamilov Rövşən

0519202727

Qaz-3308 yük

Y109DQ

2003

Şükürov Aslan

0553862956

Qaz-3308 yük

L148DQ

2003

Şükürov Aslan

0553862956

QAZ-3308 YÜK

L149DQ

2003

2

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası

Həbibov Mərdan 0503901059

MOSKVİÇ 412 MİNİK

99PF758

1990

1000

100

3

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası

Həbibov Mərdan 0503901059

QAZ 53-12 KOC-10 yük

10AJ857

1990

1700

170

4

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası

Həbibov Mərdan 0503901059

QAZ 3110-101 minik

10JO522

2003

2200

2

Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq?

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 121 061 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz azdır. Dörd aylıq göstəricinin 18 440-ı (15,2 faizi) ilkin, 102 621-i isə (84,8 faizi) təkrar qeydiyyatın payına düşüb. Bunlar isə bir il əvvələ nisbətən müvafiq olaraq 34,1 və 32,2 faiz azdır. Yanvar-aprel aylarında fərdi yaşayış və bağ evi üzərində 17 896, mənzil üzərində 26 445, torpaq sahəsi - 72 951, qeyri-yaşayış binası - 1 047, qeyri-yaşayış sahəsi - 2 470, əmlak kompleksi - 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Rəqəmlərdən də göründüyü kimi, əmlakların qeydiyyatı prosesində azalma müşahidə edilir. Bəs bunun səbəbi nədir?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Qiymətlər qalxıb, bazarda durğunluqdur

Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının azalması əsasən bazarda alqı-satqı əməliyyatlarının azalması ilə əlaqədardır: "Rəqəmlərdən də görünür ki, bu ilin birinci rübü ərzində həm ilkin, həm də təkrar mənzil bazarında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında azalmalar müşahidə edilib. Bunun əsas səbəblərindən biri mənzil bazarındakı qiymətlərdir. Keçən il mənzillərin qiymətində xeyli yüksəliş müşahidə edildi. Demək olar ki, 30 faizə qədər artım olduğunu söyləyə bilərik. Amma bu ildən başlayaraq qiymətlər o dərəcədə qalxdı ki, bu, alqı-satqı prosesinə də təsir göstərdi. Hazırda daşınmaz əmlak bazarında alıcı qıtlığı yaşanır. Bu da notarial qaydada alqı-satqı əməliyyatlarının azalmasına təsir edib".

Yaxın zamanda qeydiyyat məsələsi həllini tapacaq

R.Qasımzadə bildirdi ki, yaxın zamanda əmlakların qeydiyyat məsələsi öz həllini tapacaq: "Mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı sənədsiz evlərin qeydiyyatının bu il ərzində başa çatdırılması planlaşdırılır. Ölkədə, xüsusilə də Bakı şəhərində mənzillərin qeydiyyata alınması ilə bağlı son tamamlanma işləri gedir. Bunun üçün xüsusi portal üzərindən fəaliyyət həyata keçirilir. Həmin portala qeydiyyatı olmayan evlərlə bağlı müraciətlər də qəbul ediləcək".

Sənədləşmə prosesi tədricən aparılır

"Azərbaycan Rieltorlar Assosiasiyası"nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə düşünür ki, rəqəmlər əvvəlki illərdə də bu səviyyədə idi. Əksinə, əvvəlki illərdən fərqli olaraq bu il təkrar qeydiyyat daha çox gündəmdədir: "Əmlak bazarı aktivdir. Deməzdim ki, keçən illə hansısa fərq var. Amma onu da nəzərə almalıyıq ki, bu il qiymət artımı əvvəlki illərlə müqayisədə daha durğundur. Mülkiyyət hüququnun qeydiyyatı məsələsi dayanmayan prosesdir. Nəzərə almalıyıq ki, ölkəmizdə 600-700 min arası mülkiyyəti tanınmayan, sənədsiz əmlaklar mövcuddur. Onların sənədləşmə prosesi hökumət tərəfindən tədricən aparılır. Bir çox hallarda sənədləşmənin təkrar qeydiyyatıdır. Məsələn, torpağı bir çox vətəndaş alır, amma bölərək sənədləşdirir. Bu, həyətyanı sahələrə də aiddir. Bir çox ərazilər olub ki, bələdiyyə torpaqlarından verilib, yaxud onların üzərində evlər tikilib. Müəyyən qəsəbələr salınıb ki, onların da sənədləşmə prosesi gedib. Bu o demək deyil ki, alqı-satqı çox olub. Bu o deməkdir ki, daha çox sənəd verilib".

Vətəndaş məcbur qalıb əmlakın dəyərinin 40 faizini ödəyir

Rieltor Mülkədar Rüstəmov isə azalmanı iki səbəblə əlaqələndirir: "Birincisi, son zamanlar qiymətlərin süni şəkildə artırılmasıdır. Xüsusilə ötən ilin sentyabr və oktyabr aylarından mənzil sahibləri satışa çıxardıqları əmlaklara dəyərindən 15-20 faiz artıq qiymət təyin edərək mənzil bazarını şişirdilmiş həddə çatdırdılar. Onlar elə düşünürdülər ki, ipotekaya tələbat çoxdur, mənzilləri satılacaq. İpoteka fondu isə müştəri mənzil tapdığı zaman dərhal pul ayırmır. Qiymətləndirmə şirkəti göndərir, evin real dəyərini monitorinq edir. Bundan sonra mənzilin bazar dəyərinə uyğun qiymət çıxarılır. Satıcılar mənzilin qiymətini baha qoyduqda istədiklərinə nail ola bilmirlər. Belə olduqda da yük müştərinin üzərinə düşür. 20-30 faiz ilkin ödəniş edilməlidir, amma vətəndaş məcbur 40 faiz ödəyir. Amma bank da limit qoyur. Evin qiyməti bazar dəyərindən yüksək olduqda bank ev almaq istəyən şəxsi məcbur edir ki, ilkin ödənişi artırsın. Çünki mənzil sahibinin pulu ödənilməlidir. Cəmi 40-45 gün vaxt verilir. Alıcı çatdırıb pulu ödəyə bilmədikdə vaxt bitir. Belə olduqda müştəri fikrindən daşınır. Böyük rəqəmlərlə bazara daxil olan mənzil sahiblərinin bəziləri artıq fikrindən daşınıb və daha uyğun qiymətlər qoyur. Çünki alıcılıq qüvvəsi aşağıdır".

Payızda qeydiyyat artacaq

M.Rüstəmov qeyd etdi ki, gələcəkdə torpaq sahələri üzrə qeydiyyat daha da artacaq: "Sənədsiz evlər məsələsinin köklü şəkildə həll ediləcəyi gözlənilir. Əmlak Məsələləri Dövlət Xidmətində siyahıyaalma işləri həyata keçirilir. Çox güman ki sentyabr-oktyabr ayları ərəfəsində bu məsələ yekunlaşacaq. Bakının müxtəlif rayonlarında mövcud tikili həyət evləri kənd təsərrüfatı torpaqları üzərində tikilib. Bu torpaqlar yaşayış məntəqəsi torpağı statusu ilə əvəzlənəcək. Torpaq sahələri, sənədsiz evlər özəlləşəndən sonra statistikada kütləvi artım baş verəcək. Bu zaman vətəndaşların evini satması da asanlaşacaq, bank əməliyyatları apara biləcək, girov qoyacaq, sənədli evlər ipoteka predmetinə çevriləcək. Bu da bazarda rəqabətin çoxalmasına səbəb olacaq. Qarşıdakı aylarda bazar aktivləşəcək".

Xəbər lenti