![]() |
|
Gələn il Azərbaycanda minimum əməkhaqqının artırılıb-artırılmayacağı sual doğuran məsələlərdən biridir.
İqtisadçı deputat Vüqar Bayramov açıqlamasında bildirdi ki, bu artım büdcə paketi ilə deyil, prezidentin sərəncamı ilə reallaşır:
“Bir sıra qanunvericiliklə təsbit olunmuş artımlar öncədən büdcə paketində öz əksini tapır. Məsələn, pensiyadakı artımlar 2023-cü ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğunlaşdırıldığı üçün bu artımı öncədən müəyyənləşdirmək mümkündür. İlkin qiymətləndirmələrə görə, yanvar ayında pensiyalar təqribən 11% artacaq. Eyni zamanda ünvanlı sosial yardımlarda da artım olacaq. Bu, ehtiyac meyarının 270 manata çatdırılması ilə bağlıdır ki, bu da təqribən 10%-lik artım deməkdir. Minimum əməkhaqqındakı artımlar isə büdcə paketi ilə deyil, il başladıqdan sonra prezidentin imzaladığı sərəncamlarla reallaşır. Son illər minimum əməkhaqqıda artımlar həyata keçirilir. Bunlar isə vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacib addımlardır”.
Millət vəkilinin sözlərinə görə, 2024-cü ildə minimum əməkhaqqı ilə bağlı qərar fiskal gəlirlərimiz ilə bağlı olaraq veriləcək:
“Buna görə də, növbəti ilin əvvəllərində fiskal gəlirlərimizdən asılı olaraq minimum əməkhaqqının artırılması ilə bağlı qərarın veriləcəyi gözlənilir. Gələn ilin büdcəsində ümumi xərclərin 45%-ni sosial xərclər təşkil edir”.
Xankəndi şəhərində yaxın günlərdə bir neçə binanın yenidən qurulması işlərinə start veriləcək.
Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.
Ətraflı AzTV-nin reportajında:
Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır.
Bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin küləkli hava ilə bağlı moped sürücülərinə müraciətində deyilir.
Qeyd olunub ki, belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi cətinliklər yaradır. Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.
DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb.
Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olmuşdur. Hətta bu istiqamətdə praktiki addımlar atılmış, tərəflər arasında qarşılıqlı səfərlər baş tutmuşdur.
Əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərdə “Azərbaycan bağı”nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi keçirilmişdir.
Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilmişdir
İsmayıllının qədim yaşayış məskənlərindən biri olması və çoxsaylı xarici turistlərin diqqətini çəkməsi, həmçinin rayondakı Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi şəhərlərarası əməkdaşlıq üçün əlavə stimul yaratmışdır.
“Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır.
2023-cü il dekabrın 18-də Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi Şuranın üzvləri Evian şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşı səsləndirilən qərəzli və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edir və “Azərbaycan Bağı” ilə bağlı qərarı pisləyir.
Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilsin.
Həmçinin İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adını daşısın”.
Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təminat yolları qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə saxlanılır, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur.
Mühəndis təminatı üzrə tədbirlər plana uyğun olaraq növbəti ildə də davam etdiriləcəkdir.
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
“Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər”.
DİN-in mətbuat xidmətindən bildirilib ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.
Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir.
Qeyd edək ki, daxili işlər naziri Vilayət Eyvazov bu gün keçirilən müşavirədə seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib.
Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı Qaydaları”nı təsdiqləyib.
Bu qaydalar dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasına məxsus dəmiryol hərəkət tərkibi ilə ölkə ərazisindən kənarda baş vermiş hadisənin araşdırılması MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının 2020-ci il 27 noyabr tarixli 73 nömrəli iclas protokolu ilə təsdiq edilmiş “Qatarların hərəkəti və manevr işində təhlükəsizliyin pozulması üzrə xidməti araşdırma zamanı dəmiryol administrasiyalarının birgə fəaliyyəti qaydası barədə Təlimat”a müvafiq aparılır.
Hadisənin araşdırılması və qeydiyyata alınması ilə əlaqədar işçilərin qarşılıqlı fəaliyyətinə dair vəzifə təlimatı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
Aşağıdakı hadisələr barədə mövcud əlaqə vasitələrindən, o cümlədən telefondan, teleqrafdan istifadə etməklə dəmiryol nəqliyyatının aidiyyəti işçilərinə, ərazi üzrə dəmiryol nəqliyyatında
polis orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, əlaqəli dəmiryol hərəkət tərkibinin sahiblərinə, o cümlədən daşıyıcıya, həmçinin hadisənin xarakteri, onların səbəb olduğu nəticələrə uyğun digər aidiyyəti qurumlara dərhal məlumat verilir:
- qəza;
- ağır qəza;
- təhlükəli yükün dağılması (axması).
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dekabrın 27-si və 28-də müşahidə olunacaq hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhər DYP İdarəsi verilən proqnozla əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edərək küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmağı, qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.
Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.
Bununla yanaşı, piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, inşaat işləri aparılan ərazilərin, köhnə tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçməli, ehtiyat tədbirləri görməlidirlər.
Qeyd edək ki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə Bakıda və Abşeron yarımadasında qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.