![]() |
|
Biləsuvar Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, E.Mustafayev bundan əvvəldə həmin şöbədə çalışıb.
Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz əsasən dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.
Dəmiryolu keçərkən mobil telefondan və (və ya) qulaqcıqdan istifadə etmək qadağan edilib.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları”nda əksini tapıb.
Qərara əsasən, yüksək təhlükəli zonalarda olan vətəndaşlar tərəfindən dəmir yolunu keçərkən mobil telefondan və (və ya) qulaqcıqdan istifadə etmək, dəmiryol relslərinin üzərində olmaq (oturmaq, hərəkət etmək və s.), tiyə və rama relsi arasında dayanma hərəkətlərinə yol verilməməlidir.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov Prezident İlham Əliyevin 3 yeni hərbi kollecin yaradılması barədə fərmanından sonra Azərbaycanın tədricən müqavilə əsaslı ordu quruculuğuna keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
O, Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda 3 kollecin yaradılması ilə bağlı qərar zərurətdən irəli gələn məsələdir:
“Bu kolleclər daha çox komando və xüsusi təyinatlı hərbi mütəxəssislərin peşə hazırlığı ilə məşğul olacaq. Təbii ki, istər komando, istərsə də xüsusi təyinatlılarda yüksək peşə hazırlığı olan, ixtisaslaşmış hərbçilər müqavilə əsasında xidmət etməlidirlər. Sənəddə müəyyən şərtlər öz əksini tapıb. Biz bu istiqaməti çoxdan, hələ Vətən müharibəsinə qədər götürmüşük. Azərbaycanda əsas döyüş qabiliyyətini təyin edən ixtisaslar müqavilə əsasında xidmət edir. Azərbaycan Ordusunun, təxminən, 70%-ə yaxını məhz müqavilə əsasında xidmət edən peşəkarlardır. Vətən müharibəsindən sonra xüsusi təyinatlıların hazırlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə hərbi hissələrin sayı artırıldı, yeni komando hərbi hissələri yaradıldı. İndi də həmin prosesin davamı Azərbaycanda hərbi kolleclərin yaradılması ilə nəticələndi. Azərbaycan Ordusu peşəkar Ordu sayıla bilər. Müqavilə əsasında xidmət etməyə qərar verən vətəndaşlar müqavilənin şərtləri ilə tanış olurlar, şərtlər uyğun gəlirsə, qəbul və buraxılış zamanı lazım olan tələblərə cavab verə, müsahibədən keçə bilirlərsə, həmin peşə istiqamətində hazırlıq keçirlər. Sonda sertifikat alırlar. Bir müqavilənin müddəti bitəndə yeni müqavilə bağlanır. Müqavilənin müddətinin uzadılması isə hərbi hissə komandanlığının razılığı, müqaviləni uzatmaq istəyənin müraciəti əsasında mümkündür. Müqavilənin vaxtından əvvəl ləğv edilməsi kimi hallar da var. Bütün bunlar müqavilə ilə tanış olanda sənəddə qeyd edilir. Bu gün Azərbaycanda müqavilə ilə hərbi xidmət edənlərin, o cümlədən müddətli hərbi xidmətdən sonra, yəni ordudan təxris olunandan sonra müqavilə əsasında xidmət etmək üçün müraciət edənlərin sayı yetərincə çoxdur. Düşünürəm, bu da gələcək üçün çox yaxşı potensialdır. Bunu əsas döyüş qabiliyyətlərinə malik, peşəkar hərbçilərin nisbətən böyük peşəkarlıq tələb etməyən hərbi vəzifələrdə müddətli hərbi xidmətinin davamı kimi qəbul etmək lazımdır. Çünki hərbi xidmətin gənclərin müəyyən xüsusiyyətlərinin formalaşmasında rolu danılmazdır. Gələcəkdə hərbi vəzifəlilər olaraq səfərbərliklə gələ biləcək heyət artıq “ordu xidməti nə deməkdir” biləcəklər. Xidməti görmüş, səfərbərliklə gələn hərbi vəzifəlilərin hazırlıq səviyyəsi, onların təyinatı üzrə gələcəkdə məqsədyönlü istifadəsi, müharibə zamanı sıraya salınmaları zamanı bu faktorlar böyük rol oynayır. Azərbaycan qarşıda qoyulan tapşırıqlara, məqsədlərə, hədəflərə uyğun öz ordusunu qurur və bundan sonra da təhlillər apararaq ordunun inkişafını təmin edəcək”.
Azad edilmiş ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, AzQAC-ın "Böyük Qayıdış" layihəsi çərçivəsində üç şəhərdə ofis inşa etməsi gözlənilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Belə ki, müştəri məmnuniyyətinin təmin edilməsi və artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub.
31 dekabr 2023-cü il, 01, 02, 05, 06 yanvar 2024-cü il tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilib. Qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək.
Marşrut üzrə əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01– 06 yanvar 2024-cü il tarixlərində hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.
Abşeron dairəvi dəmir yolu xəttində isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz.
Seçkilərlə bağlı prokurorluq orqanlarının vəzifələri, əsasən, daxil olmuş şikayətlərə baxılması ilə bağlıdır.
Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
"Bildirim ki, 2002, 2009, 2016-ci illərdə referendumla bağlı bizə ümumiyyətlə müraciətlər daxil olmayıb. 2008, 2018-ci ildə prezident seçkiləri ilə bağlı da bu kimi heç bir məlumat prokurorluq orqanlarına daxil olmayıb. Seçki komissiyalarının işinə mane və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək”, - o qeyd edib.
Elçin Məmmədovun sözlərinə görə, seçki komissiyalarından şikayətlər məhkəməyə verilə bilər.
“Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrində 3 gün müddətində baxılmalıdır. Seçki komissiyalarının işinə müdaxilə etməyə, seçki sənədlərini saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub”.