Şuşa şəhərinə 270 məcburi köçkün ailəsi köçürüləcək.

Daşınma işlərini “Evakuator.AZ” MMC həyata keçirəcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamenti köçürülmə ilə bağlı şirkətə 264,6 min manat ödəniş edəcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırıb.

AQTA-dan verilən məlumata görə, istehlakçılar tərkibində şəkər olan qida məhsullarını alarkən üzərindəki etiket məlumatlarını nəzərdən keçirməlidirlər.

Belə ki, bu zaman ilk növbədə məhsulların tərkibindəki şəkərin miqdarına diqqət yetirilməlidir. Yadda saxlamaq lazımdır ki, etiketin üzərindəki miqdar məhsulun hər 100 mq və ya 100 ml-dəki miqdarı göstərir. Bunu nəzərə alaraq, istehlakçılar həmin qidadan qəbul edəcəkləri miqdara uyğun şəkər istehlakını hesablaya bilərlər.

Həmçinin məhsulların tərkibindəki inqrediyentlər onların həmin qidadakı miqdarının azalması istiqamətində yazılır. Əgər inqrediyent siyahının əvvəlindədirsə, deməli, onun məhsulda miqdarı digər inqridiyentlərə nisbətən daha çoxdur. Bəzən məhsulların üzərində şəkər sözü yazılmaya bilər, lakin əvəzində qlükoza, fruktoza, dekstroza, maltoza, sirop yazıla bilər. Bunlar da şəkərin növləridir. Bundan əlavə, eyni növ qida məhsullarını müqayisə edərək tərkibində daha az şəkər olanı almaq tövsiyə edilir.

Qeyd edək ki, şəkərin normadan artıq istehlak edilməsi insan orqanizmində piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yaradır, bəzi xərçəng xəstəlikləri riskini artırır. Mövcud təhlükələr nəzərə alınaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik sərbəst şəkər qəbulunun təxminən 25 qrama (6 çay qaşığı) qədər azaldılması tövsiyə olunur. Bu miqdar tək şəkər tozuna, qəndə deyil, həm də qidaların tərkibindəki şəkərə aid edilir.

2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtları açıqlanıb.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilir ki, yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən şimal yarımkürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yay fəsli isə 21 iyun saat 00:50-də başlayacaq. Həmin gün gündüzün uzunluğu 15s 03d 23san və gecə 08s 56d 37san olacaq. Bu andan etibarən şimal yarımkürəsində yay fəsli, cənub yarımkürəsində isə qış fəsli hökm sürəcək.

Payız fəsli Azərbaycana 22 sentyabr saat 16:43-də daxil olacaq. Bu andan etibarən şimal yarımkürəsində payız fəsli, cənub yarımkürəsində isə yaz fəsli başlayacaq.

Qış fəsli 21 dekabr saat 13:20-də başlayacaq. Bu zaman şimal yarımkürəsində ən qısa gündüz (9s 17d 22san) və ən uzun gecə (14s 42d 38san) müşahidə olunacaq.

Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır.

Bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir.  00:4

Bəs, rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, həmin şəxslərə müəyyən yaşa çatdıqda yaşa görə müavinət müəyyən olunur:

“2023-cü il üçün həmin müavinətin miqdarı 220 manat təşkil edirdi. Minimum əmək pensiyasının həcmi isə 280 manatdır. Amma burada bir güzəşt var ki, 2006-cı ildən 2018-ci ilə kimi ən azından bir gün sığorta stajı olanlara 25 il sığorta stajı hədiyyə olunur və onlara minimum həcmdə əmək pensiyası təyin olunur”.

Bu halda şəxsə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın birinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.

Yaşa görə müavinətə gəlincə, onun məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Pensiyalar isə hər il orta əmək haqqının illik artımına uyğun həyata keçirilir. Bundan başqa, şəxsin pensiya hüququ yarandığı və ya işə daxil olduğu halda ona yaşa görə müavinətin ödənişi dayandırılır.

Ətraflı Baku TV-nin süjetində:

Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır.

Bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir.

 
 
 
Ad - 00:24

Bəs, rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, həmin şəxslərə müəyyən yaşa çatdıqda yaşa görə müavinət müəyyən olunur:

“2023-cü il üçün həmin müavinətin miqdarı 220 manat təşkil edirdi. Minimum əmək pensiyasının həcmi isə 280 manatdır. Amma burada bir güzəşt var ki, 2006-cı ildən 2018-ci ilə kimi ən azından bir gün sığorta stajı olanlara 25 il sığorta stajı hədiyyə olunur və onlara minimum həcmdə əmək pensiyası təyin olunur”.

Bu halda şəxsə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın birinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.

Yaşa görə müavinətə gəlincə, onun məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Pensiyalar isə hər il orta əmək haqqının illik artımına uyğun həyata keçirilir. Bundan başqa, şəxsin pensiya hüququ yarandığı və ya işə daxil olduğu halda ona yaşa görə müavinətin ödənişi dayandırılır.

Ətraflı Baku TV-nin süjetində:

“Hökumət növbəti ildə də vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atmağı düşünür. Gələn ilin baş maliyyə sənədi olan dövlət büdcəsində bu sahənin xərclərinin üstün artımları proqnozlaşdırılıb”. Pravda.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov yanvar ayından pensiya, maaş və müavinətlərin artırılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, 2024-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 15 milyard 772,9 milyon manat məbləğində və ya ümumi xərclərin 43%-i səviyyəsində olacaqdır:

“Bu da 2023-cü illə müqayisədə 1034,5 milyon manat və ya 7,0 faiz çoxdur. Gələn il də dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 542,2 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 78 milyon manat və ya 31,1 faiz çoxdur. Eyni qayda ilə növbəti ildə əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrinin müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2024-cü ilin dövlət büdcəsində 2 milyard 630,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2023-cü illə müqaisədə 649,6 milyon manat və ya 32,8% çoxdur”.

Sabiq nazir deyib ki, bütün bu faktlar dövlətin sosial mahiyyətini tam şəkildə ortaya qoyur:

“Növbəti ilin əvvəlindən büdcə təşkilatlarında çalışan insanların əmək haqlarının və təqaüdçülərin təqaüdlərinin 12 faizə qədər artırılması nəzərdə tutulur”.

Xəbər verdiyimiz kimi, dekabrın 21-də Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” - MOİK matçı keçirilib.

Tarixi matçı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid övladları ilə birgə izləyiblər.

Oyun zamanı dövlət başçısı və birinci xanımın şəhid övladları ilə səmimi görüntüləri rəğbətlə qarşılanmışdı.

Maraqla qarşılanan məqamlardan biri də Prezidentin şəhid övladlarını qucağına alaraq onlarla selfi etməsi idi. 

Matç zamanı Prezidentin qucağında oturub selfi edən azyaşlı oğlan antiterror tədbirlərində şəhid olan Əli Babazadənin oğlu Yaqubdur.

Ə.Bababzadə 1990-cı ildə Astara rayonunun Kələdəhnə kəndində doğulub. 2008-2009-cu illərdə Ağdamda hərbi xidmətdə olub. O, daha sonra müddətdən artıq hərbi xidmət qulluqçusuna çevrilib. 44 günlük müharibə zamanı da qəhrəmanlıq göstərən Ə.Bababzadə medallarla təltif edilib və leytenant rütbəsi alaraq xidmətini davam etdirib.

O, antiterror əməliyyatında yüksək peşəkarlıqla döyüşüb və qəhrəmancasına şəhid olub. 

Ölümündən sonra onun biri qız, biri oğlan olmaqla 2 övladı yadigar qalıb.

 

 

 

Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də qəzada iştirak edən nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır.

BAKU.WS-in məlumatına görə, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb.

Fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqının məbləği nə qədər olacağı maraqla gözlənilir. Artıq ekspertlər bununla bağlı ilkin fikilərini açıqlayıb və qiymətin 10-30 AZN arasında dəyişəcəyini bəyan edib. Məsələ ilə bağlı rəsmi münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, məbləğlə son sözü Nazirlər Kabineti deyəcək:

"İlk növbədə qanunvericilik aktlarında, o cümlədən “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda, eləcə də İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilib.

Utilizasiya proqramına əsasən, avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödəniş nəqliyyat vasitələrinin utilizasiyası fondu hesabına həyata keçiriləcək. Bu məqsədlə, ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək.

Utilizasiya haqqının məbləği və ödənilmə dövriliyi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək".

Qeyd edək ki utilizasiya haqqını yalnız minik avtomobillərinin sahibləri ödəyəcəklər. Yük maşınları, avtobus və digər qeyri-minik avtomobillərinə görə utilizasiya haqqının ödənilməsi nəzərdə tutulmur.

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri, spesifikasiyası, nümunəsi və verilməsi qaydası;

- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydası;

- dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı, onların geyim forması, fərqlənmə nişanlarının təsviri və daşınması qaydası;

ADY isə dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini təmin etməlidir.

Yanvarın 3-nə keçən gecə Quadrantids kimi tanınan 2024-cü ilin ilk meteor yağışı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə TASS Moskva Planetariumunun mətbuat xidmətinə istinadla məlumat yayıb.

Astronomlar bir saat ərzində 120-yə qədər meteorun görünə biləcəyini proqnozlaşdırırlar.

Ulduzların düşməsi dekabrın 28-dən yanvarın 12-dək müşahidə oluna bilər. Meteorların buraxıldığı yer Boötes bürcündə Ursa Major vedrəsinin qulpunun altında yerləşir.

Astronomlar bildiriblər ki, Beynəlxalq Meteor Təşkilatının proqnozlarına əsasən, aktivliyin pik olduğu gecə saatda 120-yə qədər meteor müşahidə oluna bilər ki, bu da açıq səmada dəqiqədə təxminən 1-2 meteor təşkil edir.

Ulduzların düşməsini müşahidə etmək üçün ən uyğun vaxt gecənin ikinci yarısı, leysan şüasının şimal-şərq üfüqündən yuxarı qalxdığı vaxt hesab olunur.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

"Report" xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin edilib.

 

 

 

 

Xəbər lenti