|
Xankəndi-Şuşa yolunda proseslər dekabrın 3-dən başlayıb.Bu aksiya erməni icmasının ekoloji mühiti istismara başlaması ilə bağlıdır.
Bu sözləri Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bugünkü mətbuat konfransında deyib. O bildirib ki, aksiya davam etsə də, hər hansı nəticə hələlik yoxdur.
7 saylı Birləşmiş Şəhər Xəstəxanası nəzdində olan polikinikada yeni təyinat olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Məmmədova Günel Fikrət qızı adıçəkilən polikinikada Baş həkimin müavini təyin edilib. O, bu təyinata qədər 3 saylı Şəhər Klinik. Xəstəxanada çalışıb.
Qeyd edək ki, G.Məmmədova 3 saylı Şəhər Klinik. Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun qızı, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.
“Baku TV”nin efirində yayımlanan verilişdən sonra qısa zamanda izləyicilərin diqqətini çəkən, böyük marağa səbəb olan Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev verilib.
Sözügedən kanalda efirə gedən “Arzunun vaxtı” verilişinin aparıcısı E.Əfəndiyevin evində olub.
Qazinin xanımı sosial şəbəkələrdə ona qarşı təzyiqlərin olduğunu bildirib:
“Deyirlər, şikəstdən istifadə edirsən”.
Daha ətraflı süjetdə:
Anormal soyuq hava şəraiti nəticəsində Xəzər dənizinin Qazaxıstan hissəsi qismən donub.
Donmuş Xəzərin görüntülərini bloqer Azamat Sarsenbayev öz “Instagram” səhifəsində paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
Yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yanvar ayının 18-də Xızı rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Xızı rayonu “1 №-li Yol İstismarı”, Siyəzən rayonu “2 №-li Yol İstismarı”, Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Elm və təhsil naziri Emin Əmrullayev “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.
“Əmrə əsasən yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.
Eyni zamanda, məktəblərdə faciəyə həsr olunan kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii komozisiyaların təşkil edilməsi də planlaşdırılıb.
Yanvarın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 63 yaşı tamam oldu. Keçmiş sədr əvvəlki illərdən fərqli olaraq, bu dəfə doğum gününü təntənə ilə qeyd etmədi.
Yenisabah.az Naxçıvandakı mənbələrə istinadla xəbər verir ki, V.Talıbov 63-cü doğum günündə ağlasığmaz addım atıb. O, malikanəsinin qapılarını onu təbrik etməyə gələn insanların üzünə bağlayıb.
Mənbə deyib ki, ötən şənbə keçmiş sədri təbrik etmək istəyən insanlar olub. V.Talıbovun doğum günündə həm yaxın qohumları, həm də onun sayəsində vəzifə tutmuş, var-dövlət qazanmış adamlar öz sadiqliklərini nümayiş etdirmək istəyiblər. V.Talıbovu təbrik etməyə gələnlərin arasında hazırda Naxçıvanda vəzifə tutan bir neçə orta ranqlı məmurun olduğu da bildirilir.
Amma V.Talıbovun orta əsr feodalların qəsrlərini xatırladan malikanəsi hamının üzünə bağlı olub. Mühafizəçilər onun göstərişinə uyğun, “Müəllim Bakıya gedib” deyərək, gələnlərin hamısını geri qaytarıblar. Onlar V.Talıbov üçün gətirilən hədiyyələri də qəbul etməyiblər.
Mənbə deyib ki, V.Talıbov 27 il sonra doğum gününü ilk dəfə oğlu, qızı və nəvələrinin əhatəsində sadə bir məclislə qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə Şahbuz rayonun Kolanı kəndində yol kənarında tikilən hasar sökülür.
Bu barədə “Naxçıvan” televiziyasında süjet hazırlanıb.
Həmin süjeti təqdim edirik: