|
"Yol-xeber.az" xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində (92-95 km, Bakı şəhəri istiqamətində) gecə saatlarında başlayan güclü külək nəticəsində yolun hərəkət hissəsi tamamilə qar ilə örtülmüşdür. Qısa müddət ərzində küləyin təsirindən hərəkət tam olaraq məhdudlaşmışdı.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat daxil olan kimi dərhal əraziyə xüsusi təyinatlı texnikalar cəlb olunaraq yolun qardan təmizlənməsinə start verilmişdir. Çətin hava şəraitinə baxmayaraq yol qısa müddət ərzində qardan təmizlənmiş və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunmuşdur.
Güclü külək gecədən səhər saatlarınadək davam etdiyi üçün ərazi boyunca xüsusi təyinatlı texnikaların köməyi ilə yolun hərəkət hissəsinin təmizlənməsi istiqamətində işlər faziləsiz olaraq aparılmışdır. Gecə boyunca və səhər saatlarında görülmüş tədbirlər nəticəsində yol boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunmuşdur.
Hazırda ərazi agentliyin əməkdaşları tərəfindən nəzarət altında saxlanılır. Hər-hansı problem yarandıqda qısa müddət ərzində onun həlli istiqamətində müvafiq addımlar atılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 777 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Gecə şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillər satışa çıxarılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov məlumat yayıb.
O bildirib ki, mənzillərin satışı yanvarın 22-də saat 10:00-da başlayacaq.
Bakıda Yasamal rayonu ərazisində 8 hektara yaxın ərazidə fərdi evlər sökülərək yerində hündürmərtəbəli binalar inşa edilib.
Baku.ws-in əldə etdiyi məlumata görə, söhbət I Alatava adlanan ərazidəki evlərdən gedir.
Belə ki, sakinlərə söküləcək evləri müqabilində kompensasiyalar da təklif olunur. Evlərini tərk edəcək vətəndaşlara yeni 12 mərtəbəli binalarda öz evlərinin sahəsindən əlavə 20 kvadrat çox mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara 500 manat kirayə pulu verilir.
Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadratı 1500 AZN-dən pul təklif olnunur.
Qeyd edək ki, ərazidə yaşayış binasını özəl tikinti şirkəti həyata keçirir. Sakinlərlə şirkət arasında qarşılıqlı razılıq əsasənda 1500-2000 fərdi yaşayış evinin sökülməsi və yerində hündürmərtəbəli binaların inşası nəzərdə tutulub.
Respublika üzrə pensiyalar yanvar ayının 16-da tam ödəniləcək.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov bildirib.
F.Talıbov qeyd edib ki, ötən il nəzərdə tutulmuş maddi yardımlar da pensiyalara əlavə edilməklə ödəniləcək.
“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.
Bu barədə Bank xəbər verir.
Məlumata görə, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.
Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyət barədə açıqlama yayıb.
“ZƏFƏR yolu”nda yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Toğanalı - Kəlbəcər - İstisu yolunda qar yağmır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-20 dərəcə şaxta müşahidə olunur. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər davam etdirilir.
Bakı - Quba yolunda yağıntı yoxdur, yolun Siyəzən və Şabran rayonları ərazisindən keçən hissəsində 4-5, Quba və Qusa rayonları ərzisindən keçən hissəsində 8-10 dərəcə şaxta var. Yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində (92-95 km, Bakı istiqamətində) güclü külək yolun hərəkət hissəsində qar yığıntıları əmələ gətirmişdir ki, bu da nəqliyyatın hərəkətində çətinlik yaradıb. Cəlb olunmuş xüsusi təyinatlı texnika vasitəsilə yol qardan təmizlənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur, yol boyu qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 16 dərəcə şaxta var.
Giləzi - Xızı yolunda yağntı yoxdur. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Xızı rayonu ərazisində 8-10 dərəcə şaxta var. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı-Qobustan yolunda zəif qar yağır, yol qardan təmizlənir, bununla yanaşı duz-qum səpilir. Qobustan rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı yolunda zəif qar yağır, yol qardan təmizlənir, bununla yanaşı duz-qum səpilir. Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu-Yevlax: Muğanlı ərazisində zəif qar yağır, buzlaşmanın aradan qaldırılması ilə əlaqədar yola qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Muğanlı - İsmayıllı: Muğanlı ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun mailliyi cox olan hissələrindədə, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolun İsmayıllı-Qəbələ hissəsində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
10 Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, hava dumanlıdır, Gədəbəy rayonu ərazisində 8-10 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Gəncə - Daşkəsən yolunda yağıntı yoxdur, marşrut üzrə 13-17 dərəcə şaxta müşahidə olunur. Daşkəsən rayonu ərazisində hava dumanlıdır. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Ələt - Astara yolunda yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Hərəkət təmin olunub.
Lənkəran – Lerik: Lerik rayonu ərazisində yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz: Hacıqabul rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Son günlər sosial şəbəkələrdə rayondan Bakıya gələn və 2 həftədən çox qalan şəxslərin yaşadıqları yerə yaxın polis bölməsində qeydiyyata düşməli olduqları ilə bağlı məlumatlar yayılıb. Əks halda onların cərimələnəcəyi iddia edilir.
Məsələ ilə Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumatın doğru olduğunu bildirib.
"Yaşayış yerindən kənarda 60 gün müddətində yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.
Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə olunur".
Bakıda və Abşeron yarımadasında yanvarın 11-dən 12-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 784 mm civə sütunundan 781 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Yanvarın 11-dən 12-nə keçən gecə şəhərətrafı yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.