![]() |
|
Zəlzələ baş verir və Xəzərin dibi öz quruluşunu dəyişir. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir ki, bu da, xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq.
Bəlkə də elə bunun nəticəsidir ki, son bir neçə il ərzində yay fəslində dənizdə batanların sayı xeyli artıb. Çimdiyi ərazidən 1 metr kənarda batma təhlükəsi ilə üzləşənlər də az olmayıb.
Onu sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro - meqa bloklar var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir.
Qulam Babayev bildirir ki, bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cü ildə də müşahidə olunacaq.
Daha ətraflı videomaterialı təqdim edirik:
Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir.
APA xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:
"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır".
Dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə cərimə müəyyənləşir.
“Bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Yol-xeber.az" xəbər verir ki, Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.
Agentliyin mütəxəssisləri tərəfindən yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Yoxlamalar zamanı yol infrastrukturunda heç bir ziyan müşahidə edilməyib.
Yoxlamaların günün sonunadək davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, zəlzələ ilə əlaqədar agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət daha da gücləndirilib.
YOLUNUZ AÇIQ OLSUN…
Bir neçə istiqamət üzrə yaşayış binalarında əhalinin təşvişə düşüb tərk etməsi halı nəzərə alınaraq əraziyə xidmət qrupları cəlb edilib.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, əhalinin təşviş içərisində evlərini tərk etməsi nəticəsində yanğın təhlükəsizliyi və s. neqativ halların baş verməməsi üçün nəzarət tədbirləri görülüb.
"Oğurluq və xoşagəlməz hallarla bağlı bir dənə də olsa, fakt daxil olmayıb.
Bütün zəruri tədbirlər davam etdirilir"- o deyib.
Seysmik rayonlaşdırılma xəritəsinin hazırlanması üçün FHN-lə birlikdə yapon mütəxəssislərinin iştirakı ilə gələn il işə başlayacaq.
Bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib.
"Bundan əlavə, şəhərsalma, yerli icra orqanları , Ekologiya və Təbii Sərvətlər Nazirıiyi ilə razılıq əldə olunub və bu barədə işlər gedir",- deyə o söyləyib.
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə əlavə edib ki, seysmik rayonlaşdırma xəritəsi əsasən, Bakı şəhəri Abşeron yarmadasını əhatə edəcək.
FHN rəsmisi bildirib ki, sözügedən xəritədə Bakıda, məsələn, 7-8 bal gücündə zəlzələ baş verdiyi təqdirdə ola biləcək seysmik risklər də əhatə olunacaq.