“Bakı-Sumqayıt yolunda ictimai nəqliyyatın axınını yaxşılaşdırmaq məqsədilə salınan avtobus zolağına qanunsuz daxil olan digər nəqliyyat vasitələri üçün cəza tədbirləri sərtləşdiriləcək”. 

Oxu.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır:

“Bir sıra yeni nəzarət mexanizmi və müasir nəzarət cihazları tətbiq edilə bilər. Lakin bu məsələ hələ danışıqlar ərəfəsindədir, yekun razılıq alındıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Hazırkı vəziyyətdə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələri qanunla 40 manat məbləğində cərimə olunur. Ola bilər ki, bu cərimə məbləği bəzi sürücülər üçün o qədər də böyük rəqəm deyil. Lakin biz bu problemin həlli üçün daha ağır cəza tədbirlərinin tətbiqini həyata keçirəcəyik”.

Azərbaycanın ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır.

"Report” xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlar vasitəsilə ödəniş etmək mümkün olacaq: “Gələn aydan bir neçə marşrutda ödənişin bank kartı ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”.

"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Heydər Əliyev Mərkəzinin, Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin və F.Əzimov adına Uşaq İncəsənət məktəbinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin dəstəyi ilə “2023-cü il Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq "Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Bədii qiraət müsabiqəsinin qalibləri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin fəxri fərman və hədiyyələr ilə mükafatlandırılmışdır."Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir
"Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir

Azərbaycanda 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi müəyyənləşib.

İqtisadiyyat.az-ın açıqlanan rəsmi mənbələrdən əldə etdiyi məlumatına görə, bələdiyyə seçkilərinin dekabrın 23-də keçiriləcəyi nəzərdə tutulub.

Qeyd olunan tarix bazar ertəsi gününə təsadüf edir və həmin gün qeyri-iş günüdür.

Bununla yanaşı bələdiyyə seçkilərinin keçiriləcəyi dəqiq tarix isə hələlik təsdiqlənməyib. Odur ki, tarixin dəyişəcəyi də mümkün ola bilər.

Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.

2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.

Bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report" xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtarmış rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.

 

 

 

 

Hər il Yeni il və Novruz bayramı, həmçinin yeni tədris ili ərəfəsində Bakıda metrostansiyaların çıxışlarında qurulan çadırlar bu il gözə dəymir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq rəsmi olaraq çadırların qurulmasına icazə verilməyib.

Buna səbəb kimi hər il çadırlarla bağlı müəyyən narazılıqların yaranması əsas gətirilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən (BŞİH) bayram ərəfələrində əksər metrostansiyaların çıxışlarında satış məqsədilə çadırlar qurulurdu. Orada istər ərzaq, istərsə də qeyri-ərzaq malları satışa çıxarılırdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

10, 11 aprel – Ramazan bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

28 may – Müstəqillik Günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

16, 17 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.

2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir.

2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

"Bakı Metropoliteni" QSC futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də iş rejimində dəyişiklik edəcək.

Bu barədə səhmdar cəmiyyəti xəbər verir.

Məlumata görə, Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, Bakı metropoliteninin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.

Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metrosunun həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq.

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Məlumata əsasən, aşağıdakı təhlükələr aşkarlanıb:

- obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;

- obyektlərdə su hovuzu inşa edilməyib və daxili yanğın su kranları, yanğın hidrant qurğuları quraşdırılmayıb;

- obyektlərdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektlərin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

- elektrik mühərrikləri, idarəetmə aparatları, işəsalma və nizamlama, nəzarət ölçü cihazları, mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmayıb, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib;

- taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;

- obyektlərdə təxliyənin müvəffəqiyyətlə idarə edilməsi istiqamətində tədbir görülməyib;

- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər planı hazırlanmayıb və əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib;

- obyektlərdə insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

- ticarət sıralarında taxta, karton, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;

- ticarət mərkəzinin sıraları küçə ticarəti ilə məşğul olanlar tərəfindən tutulduğundan yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı icrası məcburi olan qərar qəbul edilərək cavabdeh şəxslərə təqdim olunub.

Xəbər lenti