![]() |
|
Dini kadrların hazırlanması üçün kollecə ehtiyac var idi. Bu təhsil dövlət hesabınadır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bütün xərcləri dövlət ödəyir.
"Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək. Ölkəmizdə din sahəsində kadr hazırlığımızı özümüz keçirmək niyyətindəyik. Öz siyasətimizi, dövlət modelimizi nəzərə alaraq, islami dəyərlərimizi xalqımıza çatdırırıq. İşğaldan azad edilən ərazilərdə dini abidələr bərpa olunub. Bu yaxınlarda Şuşaya imam təyin etdik. Digər məscidlərdə təmir bitdikdən sonra həmin ərazilərə müvafiq qurumların müraciəti ilə din xadimləri təyin ediləcək. Xankəndidə məscidə din xadimi təyinatı ilə bağlı məsələyə baxılır", - deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçən ermənilər bu ölkəni tərk edirlər.
Bunu Demokratik Konsolidasiya Partiyasının sədri Suren Petrosyan deyib.
“Rəsmi statistikaya görə, Qarabağdan Ermənistana köçən 17 mindən çox insan artıq ölkəni tərk edib”, - o bildirib.
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.
Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.
Bundan əvvəl bu müddət 2024-cü il 2 yanvar saat 06:00-dək olan dövrü əhatə edib.
Azərbaycanda sosial müavinətlərin təyin olunması və verilməsi hüquqi əsaslarla tənzimlənir.
Müavinət almaq hüquqi yaranan hər bir şəxs müəyyən proseduru keçməklə dövlət tərəfindən ayrılan aylıq və ya birdəfəlik ödənişləri ala bilərlər.
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə və “DOST” mərkəzlərinə müraciət edə bilər.
Müavinət almaq hüququ olan şəxslər kimlərdir?
Azərbaycan Respublikasının vətəndaşları
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (Dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla).
Uşağa görə hansı hallarda aylıq müavinətlər verilir?
Bu sualın və digər bütün suallarınızın cavabını rəsmi məlumatlar əsasında təqdim edirik:
Ailə başçısını itirməyə görə müavinət: https://bit.ly/416WfNo
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət: https://bit.ly/46MBjfT
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət: https://bit.ly/3GvdRt2
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət: https://bit.ly/3t9FfcH
Beşdən çox uşağı olan qadınlara müavinət: https://bit.ly/46IVnQj
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlər: https://bit.ly/4a60Jrx
Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər: https://bit.ly/3NebyxU
3 yaşınadək uşağa qulluğa görə müavinət: https://bit.ly/4a7XmAm
BAKU.WS