Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

 Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə (72 nəfər) köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.

 

 

 

 

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi son 12 ildə yaxşılaşmayıb, nisbətən pisləşib.

“Trend” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.

“Hələ də işsizliklə bağlı çağırışlarımız gündəmdədir. Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər arasında işsizlik 15,8 faizdir. Bu da qarşıdakı dövrlərdə qarşımızda olan növbəti çağırışlardan biridir”,- deyə nazir bildirib.
O, həmçinin əlavə edib ki, İƏT dövlətləri arasında əməkdaşlığı artırmaqla ölkələrimizdə inkişafa töhfə verə bilərik.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.

Binəqədidə YAP fəalları ilə növbəti görüş keçirilmişdirYeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov Binəqədi rayonunun S.S.Axundov küçəsində partiya fəalları ilə görüşüb.Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılıov Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfərlərdən danışaraq bildirib ki, 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu tarix bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik torpaq həsrətinə 44 gün ərzində son qoydu.
Millət vəkili Kəmaləddin Qafarov bildirdii ki, xalq-iqtidar birliyindən güc alan, ona güvənən Azərbaycan ordusu bu qələbəyə inam və rəşadətlə nail oldu. Azərbaycanın qüdrəti onun birliyindədir. 44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir. Tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcəkdir.
Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, ərazi partiya təşkilatının sədri Natiq Cavadov Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirlərində rəhbərlik etdiyi müəssisənin də partiya üzvülərinin fəal şəkildə iştirak etdiklərini bildirmişdir. Görüşdə iştirak edən partiya fəalları və sakinlər belə görüşlərin təşkil olunmasını razılıqla qarşılamış və yüksək qiymətləndirmişlər.




























 
 
 

Madeinazerbaijan.gov.az portalının yaradılması nəzərdə tutulur.

“Report” bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, portalda istifadəçilər üçün şəxsi kabinet, müraciət və bldiriş modulları olacaq.

Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Belə ki, evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi, eləcə də qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına müvafiq maddədə nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Sözügedən dəyişiklik oktyabrın 1-də qəbul edilib. Mətbuatda yayılan məlumatlara görə, qərarın qəbulundan sonra Bakı ətrafı qəsəbələrdə və Abşeronda fərdi yaşayış evlərinin tikintisi dayandırılıb.

Ümumiyyətlə bu dəyişikliyin mənzil bazarında bahalaşmaya səbəb olacağı deyilir.

Məsələ ilə bağlı Modern.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, sənədsiz evlərlə bağlı yeni qərar bu ilin oktyabrından əvvələ aid deyil:

E.Fərzəliyev sözügedən qərarın çıxarışlı evlərin qiymətini artıracağını söyləyib:

“Çıxarışsız evləri təxminən 25 min manatdan başlayan qiymətlərlə almaq mümkün idi. Fərdi həyət evləri almaq olurdu. Sənədsiz evlərlə bağlı yeni qərar birmənalı olaraq çıxarışlı torpaqların və əmlakların satış qiymətini artıracaq. Digər yandan belə çıxarışsız torpaqların satış qiymətində ciddi şəkildə azalma müşahidə olunacaq. Vətəndaş kommunal xidmətlərlə təchiz olunmayan evi almayacaq”.

“İndiyə qədər çıxarışı olmayan fərdi həyət evləri kommunikasiya xətləri ilə təmin olunub. Söhbət 2023-cü ilin oktyabr ayının 1-dən etibarən tikiləcək sənədsiz evlərdən gedir. Bu qərar ona hesablanıb ki, artıq vətəndaş məcbur qalıb belə evlər tikməsin. Yeri gəlmişkən sənədsiz evlər daha çox Bakı və Abşeron ərazisindədir”.

Ekspert ümumi olaraq mənzil bazarında qiymətlərin baha olduğunu vurğulayıb:

“Mənzil bazarında onsuz da qiymətlər illərdir ki, artan xətt üzrə inkişaf edir. Son üç ildə qiymətlərdə artım daha kəskindir. Bunun da bir sıra səbəbləri var. Tikinti üçün torpaq sahələrinin olmaması və ya məhdud olması, sənədləşdirmədə çətinliklər mənzil bazarında qiymət artımlarına səbəb olur”.

Əmlak eksperti Nüsrət İbrahimov da qərarın yeni tikiləcək evlərə aid olduğunu, lakin bunun mənzil bazarında qiymətlərə heç bir təsir göstərməyəcəyini söyləyib:

“İndiyə qədər sənədsiz tikilən evlərin hamısı artıq kommunal xidmətlərlə təchiz olunub. Sözügedən qərar yeni tikilən sənədsiz evlərə şamil olunacaq. Bu isə daha sənədsiz binaların tikilməyəcəyinə əsas verir. Çünki vətəndaş başa düşəcək ki, sənədsiz ev tiksə, heç bir kommunal xidmətlə onu təchiz edə bilməyəcək. Mən bunun mənzil bazarında qiymətlərə elə də təsir edəcəyini düşnümürəm. Çünki sənədsiz evləri əsasən imkansız ailələr tikirlər. Çünki bu şəxslər açıq bazardan mənzil almaq iqtidarında deyillər. Onsuz da onlar bazar iştirakçıları deyillər və qiymət artımlarına təsir etməyəcək”.

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev, yağışların intensiv olması ilə əlaqədar sürüşmə zonalarında aktivləşmənin yaranacağı təhlükəsi ilə bağlı həyacan təbili çalıb. O, mətbuata açıqlamasında bildirib ki, Abşeron yarımadasında müşahidəyə cəlb edilmiş yeddi sürüşmə sahəsindən yalnız Masazır və Nübar qəsəbəsində zəif aktiv-dinamiklik müşahidə olunur.

Təhlükə nə qədər böyükdür?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev, Abşeron yarımadasının sürüşmələrə məruz qalan əsas ərazilərdən biri olduğunu təsdiq edib.

Yarımada ərazisində infrastrukturun hər gün dəyişdiyini söyləyən şöbə müdiri, bunu ərazidə tikintilərin sayının artması ilə əlaqələndirib:

“Abşeron həm də seysmik sahənin əsas hissəsidir. Burada hər gün təkanlar və silkələnmələr olur ki, bunlar təbii komponentlərdir. Əslində, bu problem insan amili ilə bağlıdır. Yasamal dağını misal göstərə bilərəm. Belə ki, Abşeronun digər ərazilərinə nisbətən burada sürüşmə daha zəifdir. Bu da antropogen dayanıqlılıqla bağlıdır. Halbuki, burada da binalar, yollar və digərləri var”.

Müsahibimiz, digər ərazilərdəki problemlərin su-kanalizasiya sistemlərinin olmaması ilə əlaqələndirib:

“Bakı şəhəri 1-1.5 milyon əhali üçün planlaşdırılsa da, hazırda paytaxtda normadan 3 dəfədən çox əhali yaşayır. Buna görə də şəhərin yeraltı və yerüstü strukturunda ciddi problemlər yaranıb. Buna da ciddi şəkildə əncam çəkilməli və dəyişikliklər edilməlidir. Vəziyyətdən çıxış yolu tapmaq üçün paytaxtın infrastrukturunu kiçiltmək, əvəzində rayonları böyütmək, insanların iş qabiliyyətini gücləndirmək lazımdır”.

Onun sözlərinə görə, ilk növbədə iş və yaşamaq üçün Bakıya toplanmış əhalini mərhələli şəkildə bölgələrə qaytarmaq lazımdır:

“Daxili miqrasiyanı dayandırmaq üçün bölgələrdə hansı sahələr qurulmalı və işlər hansı istiqamətdə həyata keçirilməlidirsə, bu barədə səmərəli layihələr işləyərək təqdim etmək lazımdır. Amma heç kim bunun üzərində düşünmək və həyata keçirmək istəmir. Əgər rayonlarda kənd təsərrüfatı sistemini klassik formada qura bilsək, əhalini geri qaytara bilərik”.

Bəs yarımadadakı mövcud sürüşmələrin qarşısını necə almaq olar?

Şöbə müdiri düşünür ki, həmin ərazilərdə dayanlılığın təmin olunması üçün əvvəlcədən planlaşdırma aparılmalıdır:

“Hazırda Bakı ərazisində çöküntü süxurları həddindən çoxdur. Bundan başqa, şəhərimiz, ümumilikdə isə Abşeron yarımadası və Qafqaz ildə 2 sm-ə yaxın qalxır və bu da ümumi vəziyyətə təsir edir. Təəssüf ki, bunun qarşısını almaq mümkün deyil.

Tutaq ki, 15-20 il əvvəl bir məhəllənin infrastrukturu və kanalizasiya sistemi 10 min nəfər üçün nəzər tutulmuşdusa, hazırda orada əhalinin sayı 2 qat artıb. Plansız qazıntılar və su-kanalizasiya sistemləri, eləcə də sənayenin 85-90 faizinin Abşeronda yerləşməsi sürüşməyə meyilli sahələrdəki problemləri daha da qabardır. Bu da Abşeron yarımadasının klassik ərazisinin böyük hissəsinin antropogen təzyiqlərə məruz qalması ilə nəticələnir”.

Ə.Əliyev, həm Abşeron yarımadasının, həm də Bakı şəhərinin 2200 kv.km-lik ərazisi haqqında problemlərin çox qabarıq olduğunu diqqətə çatdırıb:

“Pərakəndəlik, özbaşınalıq və digər hallar vəziyyəti daha da gərginləşdirir. Əgər bu gün paytaxtda 1 milyona yaxın qanunsuz və sənədsiz ev varsa, burada heç bir düzgün bölgüdən söhbət gedə bilməz”.

Noyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 8-13° isti olacaq.

Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydası dəyişib

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçulara 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı qanunda qaydada əlavələr müəyyən edilərkən 20 ildən və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanacaq.

Həmçinin, qərara əsasən, həmin şəxslərə əmək pensiyalarının hansı hallarda yenidən hesablanacağı da müəyyənləşib. Həmin şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda yenidən hesablanacaq.

"Vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk".

Bu barədə Daxili İşlər Nazirliyindən vətəndaşlara göndərilən xəbərdarlıq mesajında bildirilib.

Vətəndaşlara bu cür hallarla rastlaşdıqda, linklərə daxil olmamaq, saxta veb-səhifələrdə ödəniş etməmək tövsiyə edilib.

Elektron Təhlükəsizlik Xidmətindən də “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən mütəmadi olaraq sosial media hesabları və media vasitəsilə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir: “Belə ki, kiberdələduzlar tərəfindən böyük şirkətlərin və qurumların adından asan qazanc əldə etməyi vəd edən iş təklifi, saxta investisiya layihələri, saxta lotereyalar və kampaniyalar barədə mesajlar göndərilir. Bununla bağlı ETX vətəndaşlara diqqətli olmağı, şübhəli linklərə daxil olaraq öz fərdi və bank kartı məlumatlarını təqdim etməməyi tövsiyə edir”.

“Həmçinin, hər hansı qurum adından bu cür mesajlar aldıqda həmin məlumatın dəqiqliyini mesajda adıçəkilən qurumla dəqiqləşdirmək tövsiyə olunur”, - deyə bildirilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

“Bu gün də növbəti köç baş tutub.

Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti