Kamaləddin Qafarov: “Ağdam  Azərbaycanın gözəl şəhərlərindən biri olacaq”“30 ilə yaxın müddət ərzində davam edən işğal dövründə ermənilərin Azərbaycan xalqına qarşı törətmədikləri vəhşiliklər qalmadı. Kütləvi qırğınlar, qətliamlar azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiyası, tariximizə, mədəniyyətimizə və dinimizə qarşı misli görünməmiş təcavüzkarlıq və dağıdıcılıq əməlləri ilə müşayiət olunurdu. İndiyədək Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarında etnik təmizləmələrə məruz qoyulub. Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması isə hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir”.

Bu sözləri mətbuata Ağdam şəhəri günü ilə bağlı verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, eyni dağıntılara Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının da şəhər və kəndləri məruz qoyulub. “Bütün binaların dağıdılmadığı nadir ərazilər isə Şuşa, Laçın və qismən Kəlbəcər şəhərləri idi. Bunun yeganə səbəbi də odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək məqsədilə qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Böyük təəssüf hissi ilə də olsa etiraf edilməlidir ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib.”
Rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terror siyasətinin bütün işğal dövründə davam etdiyini vurğulayan deputat bu təhlükəli tendensiyanın arxasında bəzi dünya güclərinin yürütdükləri ikili standartlar siyasətinin durduğunu qeyd edib: “Münaqişənin tənzimlənməsi məqsədilə vasitəçilik missiyasını həyata keçirmək üçün ATƏT-dən mandat alan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar. Lakin Ermənistan bir dəfə də olsun bu əməllərinə görə qınanmayıb. Bu isə öz növbəsində erməniləri daha da azğınlaşdırıb. 1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi işğal olunmuş Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi düşmənin əlinə keçmiş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, unikal Çörək muzeyi, 67 idarə və 99 klubu dağıdılmış və talan edilmişdir. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində xaricdən gətirilmiş 360 nəfər etnik ermənini qanunsuz olaraq məskunlaşdırmışdılar.”

K.Qafarov Azərbaycanın müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandığını qeyd edərək deyib: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiya nəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatik müstəvilərdə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən, həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsində Azərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Çox yaxın gələcəkdə Ağdam yenidən bərpa edilərək Azərbaycanın gözəl şəhərləri sırasında öz layiqli yerini tutacaq. Möhtərəm dövlət başçımızın dediyi kimi, indi Ağdam üçün yeni dövr başlayır. Tezliklə Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının inkişaf etdiyi rayonlarından birinə çevriləcək”.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Baş Dövlət Yol Polis İdarəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Müraciətdə deyilir:

Son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən tez-tez yol-nəqliyyat hadisələrinin törədildiyinin şahidi oluruq Təsadüfi deyil ki, təkcə cari ilin 9 ayı ərzində respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1806 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər hayatını itirib, 25 nəfər isə xəsarət alıb. Bu statistikanın yekun hüquqi qiymətini almış yol-nəqliyyat hadisələrini ifadə etdiyini və hələ onlarla icraatın ibtidai araşdırma mərhələsində olduğunu nəzərə alsaq, görərik ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.

Təhlillər göstərir ki, ölkəmizdə avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıca amillərdən biri də qəzada iştirak edən ictimai nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır.

Araşdırmalar zamanı qeyri-qanuni yollarla texniki baxışdan yayındırılan, nasaz halda istismar edilən avtobusların əsasən mərkəzdən kənarda, Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, eləcə də avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Lakin, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də, dövlət qeydiyyat nişanını müxtəlif üsullarla gizlədərək inzibati məsuliyyətdən yayınmağa çalışan, nasaz vəziyyətdə olan avtobus və mikroavtobuslarla sərnişin daşıyan, alkoqoldan, naktotik vasitələrdən istifadə edərək sərxoş vəziyyətdə sərnişinlə dolu avtobus idarə edən sürücülərə rast gəlinir ki, bu da sonda böyük faciələrin yaşanmasına gətirib çıxarır.

Bir daha texniki standartlara cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan avtomobillərlə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcəkdir".



1. Bayram günlərində paytaxt Bakının bir-neçə ərazisində təmir işləri icra olunub - 13 Noyabr

2. Qudyalçay üzərində inşa olunan yeni körpünün aşırım tirləri montaj olunub - 13 Noyabr

3. Masallıda 51 min əhalinin istifadə etdiyi yol yenidən qurulub - 14 Noyabr

4. Xaçmaz rayonunda 10 yaşayış məntəqəsinin yolu yenidən qurulub - 15 Noyabr

5. Piyada keçidində aparılan təmir-bərpa işləri yekunlaşıb - 16 Noyabr

6. 9 ay ərzində 571.8 km avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir olunub -17 Noyabr

 

YOLUNUZ AÇIQ OLSUN... 

“De Byazinin jurnalistlər barəsində işlətdiyi ifadələr etik çərçivəyə sığmır və qınanmalıdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Canni De Byazinin dünən jurnalistlərə qarşı işlətdiyi fikirlərinə münasibət bildirərkən deyib.

Sədr, eyni zamanda, Baş katibin onun əvəzindən üzr istəməsini yüksək qiymətləndirdiyini əlavə edib: “Amma bu addımı De Byazi özü də atmalıdır”.

Xatırladaq ki, millimizin baş məşqçisi dünən Belçika-Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib.

“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “FIAT 500” ilə “Ferrari” komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.

Kamaləddin Qafarov: “YAP Azərbaycan dövlətçiliyinin inkişafında  önəmli rol oynayıb”
“1980-ci illərin sonlarında Azərbaycanda böyük vüsət alan xalq hərəkatının fonunda ölkədə bir sıra siyasi partiya və təşkilatların yaranması üçün əlverişli zəmin yarandı. Lakin növbəti illərdə cərəyan edən hadisələr göstərdi ki, mahiyyət etibarı ilə xalq hərəkatının dalğalarında yaradılmış bu təsisatlardan heç biri nə xalqı, nə də ölkəni düşdüyü ağır iqtisadi-siyasi böhrandan qurtarmaq iqtidarında deyil. Məhz belə bir dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin ətrafında birləşdilər.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda, ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. YAP təsis konfransının o zaman Bakıda deyil, məhz Naxçıvanda keçirilməsi də səbəbsiz olmamışdır. Bir tərəfdən həmin illərdə iqtidarda bir-birini əvəz edən qüvvələr ölkədə demokratik mühitin formalaşması, ictimai-siyasi sabitliyin təmin olunması barədə demək olar ki, düşünmürdülər. Digər tərəfdən isə, bütün separatçı, anti-milli qüvvələr yaxşı başa düşürdülər ki, onların bütün bu özbaşınalıqlarına məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə son qoyulacaq. Buna görə də, həmin qüvvələr bu anı mümkün qədər uzaqlaşdırmağa çalışırdılar. Lakin tarixin gedişini geri çevirmək heç kimə müyəssər olmayıb. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildilər. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.”

K.Qafarov Azərbaycanda dövlətçiliyin möhkəm əsaslarının qurulmasında və inkişaf yoluna keçid edilməsində Yeni Azərbaycan Partiyasının önəmli rol oynadığını qeyd edərək deyib: “Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilmişdir. Həmin tarixi qurultayda çıxış edən möhtərəm dövlət başçımız demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.”

Millət vəkilinin fikrincə, bu gün cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.” YAP öz təşəbbüsləri sayəsində dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən olan partiyalararası siyasi dialoqu stimullaşdırır. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə getdikcə daha da zənginləşir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəyliyimiz Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq indiyə qədər müşahidə olumayan bir səviyyəyə yüksəlmişdir. Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdən oldu” .
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 91 nəfərin köçü başlayıb.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.

Qeyd edək ki, noyabrın 18-də Zabuxa daha 25 ailə - 103 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.

Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

 
 

Bu gün ümumi təhsil müəssisələrində payız tətilinin son günüdür.

“Beşgünlük payız tətili 16-20 noyabr tarixlərini əhatə edib.

Qeyd edək ki, bu, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən həyata keçirilir.

Zabuxa növbəti köç karvanı yola salınıb

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Noyabrın 18-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 103 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, taksi xidməti ilə bağlı xüsusi hazırlığın təşkili və keçirilməsi nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA), Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə həvalə olunub. Həmçinin, dəyişikliklə bu işi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla həyata keçirə biləcək.

Bundan başqa, xüsusi hazırlıq prosesinin keyfiyyətini yüksəltmək məqsədi ilə qrupların maksimum say həddi 20-dən 25-ə, mühazirələrin müddəti 31,5 saatdan 18 saata, praktiki məşğələlər 8,5 saatdan 6 saata endirilib, bununla da, yeni əlavə edilən yekun qiymətləndirmə (2 saat) müddəti ilə birliktə ümumi müddət 42 saatdan 24 saata endirilib.

Bundan başqa, tədris proqramında istifadə olunan materialların həcmi artırılıb. Tədris zamanı sürücülərə inzibati ərazi vahidlərinin sərhədləri, dislokasiyası, tarixi mədəniyyət abidələri, sosial əhəmiyyətli obyektlər, ali təhsil müəssisələri, ticarət obyektləri və xəstəxanaların yerləşdiyi ərazilər öyrədiləcək, avtomagistrallar, giriş-çıxış istiqamətləri, məsafələr, küçə və prospektlərin adları barədə ətraflı məlumatlar verilməsi tələbi isə ləğv edilib.

Həmçinin sürücülərin hazırlıq kurslarında iştirak etməsi üçün təqdim etməli olduğu sənədlər müəyyənləşdirilib. Belə ki, sürücülər şəxsiyyəti təsdiq edən sənədin surətini, bir ədəd fotoşəkil (3x4 sm ölçüsündə) və sürücülük vəsiqəsinin surətini tədim etməli olacaqlar.

Sürücü haqqında sənədləri Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda, həmin sənədlər sürücülərdən tələb edilməyəcək.

Sənədlərini təqdim etmiş sürücülərə hazırlığın başlanılmasına azı 5 gün qalmış məlumat veriləcək, onlar tədris müddətində kağız və yaxud elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunacaqlar.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Xəbər lenti