|
Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və faziləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, “Zəfər Yolu”nda hərəkətin tənzimlənməsi üçün duz-qum qarışığının səpilməsi…
YOLUNUZ AÇIQ OLSUN…
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Ukraynada yaşayan azərbaycanlılar ölkənin Xerson vilayətinin sakinlərinə ərzaq məhsulları paylayıblar.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
Dekabrın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Azərbaycanda dekabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Milli Məclisin iclasında yeni medallar təsis edilib.
İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə bağlı sənəd üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Parlament üzvləri medalların təsis edilməsinin lehinə səs veriblər.
“Azərbaycanda COVID-19 virusunun müalicəsi məqsədi ilə inşa edilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar fəaliyyətini tibb müəssisələri kimi davam etdirəcək”.
Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, TƏBİB bununla bağlı layihə hazırlayıb.
“Virus ölkədə yayılanda Prezidentin tapşırığı ilə ölkədə modul tipli xəstəxanalar inşa olundu. Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım müşahidə olundu. Hazırda cəmi bir müəssisə bu virusa yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul tipli xəstəxanalar ilə bağlı layihələrimiz hazırdır. Həmin müəssisələrin digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu da səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Artıq yerlərdə vətəndaşlar daha yaxın tibb müəssisəsinə müraciət edəcək. Modul xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək”.
Bakı Metropolitenində yenə sıxlıq müşahidə edilir.
Bu dəfəki görüntülər "Koroğlu" stansiyasının girişində qeydə alınıb.
Qeyd edək ki, sıxlıqla bağlı ötən gün metropoliten rəsmisinin verdiyi açıqlamada bildirilmişdi ki, iş günlərində gur saatlarda Bakı metropoliteninin bir sıra stansiyalarında xüsusi sıxlıq müşahidə olunur. Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır.
Həmin videonu təqdim edirik: