Bakının daha bir ünvanında söküntü - Sakinlərə 700 manat kirayə pulu və mənzillər veriləcəkBakıda Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Behbud Şaxtaxtinski küçəsində yerləşən fərdi yaşayış evlərindən gedir.

BAKU.WS-in əldə etdiyi məlumata görə, gələn ilin yanvar ayından söküntüsünə başlanacaq evlərin sahibləri ilə demək olar ki, razılıq əldə olunub.

Belə ki, fərdi evlərin söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmətəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 700 manat kirayə pulu da veriləcək.
Qeyd edək ki, adıçəkilən ünvanın yaxınlığındakı bir çox fərdi yaşayış evləri artıq bir müddətdir ki, sökülmüşdü.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz va Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə agentliyi xəbər verir.

Məlumata görə, xəbərdarlıqda deyilir ki, bu gündən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s, açıq dənizdə arabir: 33 m/s dalğanın hündürlüyü 30-0 metr, sonrakı inkişafda 4-6 metr olacaq.

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

11 8 Noyabr - Zəfər Günüdür!

 

2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsi əsarət altındakı torpaqlarımızın azad olunması ilə nəticələnərək tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.

Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, Güclü Ordumuzun şücaəti sayəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu, sübuta yetirdik ki, Qarabağ Azərbaycandır! Zəfər bizimdir!

Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

Zəfər Günümüz mübarək olsun!

8 Noyabr - Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanı ziyarət edilir.

Azərbaycan xalqı İkinci Şəhidlər Xiyabanına axın edir, torpaqlarımızın qorunması uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları ziyarət olunur.

Xalq şəhidlərin məzarları önünə tər güllər düzür, onların əziz xatirəsini yad edirlər.

Bakı metrosunda qatar gecikib.

Bu gün səhər saat 8:08-də “Bakı Metropoliteni”nin “Azadlıq Prospekti” stansiyasında sərnişin sıxlığı yaranıb.

Sıxlığa səbəb qatarın stansiyaya yeddi dəqiqəyə çatması olub. Metropoliten işçiləri gecikmənin səbəbi ilə bağlı sərnişinlərin suallarını cavablandırmayıblar.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sentyabrın 15-də yeni qrafikə keçəndə elan olunub ki, sərnişin sıxlığını tənzimləmək üçün səhər pik saatlarda ehtiyat qatarların xəttə buraxılması imkanları çox məhdud olacaq:

“Bu səbəbdən metronun “Neftçilər” və “Memar Əcəmi” stansiyaları istiqamətlərindən qatarlar geri qaytarılır. Həmin vaxt ehtiyat qatarların xəttə verilməsi texniki cəhətdən mümkün deyil. Siz hər gün səhər saatlarında metronun “Nəsimi”, “Azadlıq” və “Dərnəgül” stansiyalarında olsanız, bu sıxlığı görəcəksiniz.
Sərnişin sıxlığı səhər pik saatlarda “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” istiqamətində olduğu üçün qatar “Memar Əcəmi” stansiyasında geri qaytarılır. Günün bütün gur saatlarında qatarlar ciddi nəzarətdə saxlanılır. Amma bu o demək deyil ki, “Azadlıq Prospekti" stansiyasından “Həzi Aslanov” istiqamətinə hərəkətdə olan qatarlara nəzarət edilmir. Lakin günün pik saatlarında bu cür tənzimləmələr pandemiya dövründə də tətbiq edilirdi, indi də edilir. Effekt də var”.

“Metroda qatarlar öz qrafiki ilə hərəkət edir, hər hansı nasazlıq, texniki problem yoxdur”, - deyə mətbuat katibi qeyd edib.

Sabahdan-noyabrın 8-dən Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günləri olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq.

Qeyd edək ki, noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.

Sabahdan-noyabrın 8-dən Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günləri olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq.

Qeyd edək ki, noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.

Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli məlumat verib.

O bildirib ki, tədbirlər bir neçə marşrutlar üzrə nəzərdə tutulub: “Birinci marşrut Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “Amay” Ticarət Mərkəzi, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, Qala Qapısı, Azərbaycan Dövlət Kukla teatrı, “Azneft” dairəsi, “Bəhram Gur” heykəli, üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər Xiyabanı, dördüncü marşrut “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq”.

A.Əsgərli vurğulayıb ki, sözügedən küçə prospektlərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü müddətində yollar bağlı olacaq: “Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər Günü münasibətilə hər bir hərəkət iştirakçısını, vətəndaşlarımızı təbrik edir, onlardan qeyd olunan istiqamətlər üzrə qalib ordumuzun orkestrlə nümunəvi yürüşünə dəstək olmalarını, yəni tədbirin yüksək səviyyədə təhlükəsiz şəraitdə keçirilməsi üçün həmin istiqamətlərdə avtomobillə yola çıxmamalarını xahiş edirik”.

Nazrilər Kabinetinin qərarı ilə 8-12 noyabr tarixləri qeyri-iş günləri olduğundan “Bakı “Metropoliteni” QSC-nin iş rejimində də müvafiq dəyişikliklər edilib.

Bunu Ölkə.Az-ın sualına cavab olaraq səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.

Bununla belə, onun sözlərinə görə, 8 Noyabr - Zəfər Günündə qatarların hərəkət intervalı 2 dəqiqə olacaq:

“Həmin gün şəhərimizdə keçiriləcək kütləvi-mədəni tədbirlər nəzərə alınmaqla, qatarların hərəkəti “Həzi Aslanov - 28 May” istiqamətində və əksinə olmaqla 2 dəqiqəlik intervalla tənzimlənəcək. Noyabrın 9-12-də isə həmin sahədə qatarların hərəkət intervalı 3 dəqiqə təşkil edəcək. Bununla belə hər gün sərnişin hərəkətinin intensivliyinin artması halında ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Bütün stansiyalarda sərnişinə xidmət qurğu və avadanlıqlarının iş rejimi istirahət günlərinin qrafikinə uyğun tənzimlənəcək. Həmçinin “Bakmil” stansiyasına və əks istiqamətdə qatarlar noyabrın 8-də şənbə günü, qalan qeyri-iş günlərində isə bazar günü qrafikinə uyğun hərəkət edəcək”.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günləri olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günü idi.

Xəbər lenti