|
"Meymunçiçəyi virusunun koronavirus kimi pandemiya yaratmaq reallığını görmürəm. Çünki bu virus hava damcı yolu ilə sürətlə yayılmır. Meymunçiçəyi əsasən yaxın təmaslar zamanı yayılır. Lakin buna baxmayaraq müəyyən arialları əhatə edərək epidemiya törədə bilər".
Bu sözləri baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə, Azərbaycanda meymunçiçəyi virusu yayıldığı təqdirdə mütləq şöbələr ayrılmalı, insanlar arasında təbliğat işi genişləndirilməlidir: "Xəstələrin vaxtında aşkar olunması olduqca vacib məsələdir. İnsanlar bilməlidirlər ki, hansı hallarda həkimə müraciət etməlidirlər.
Eyni zamanda biz düşünməliyik ki, insanları qorumaq üçün nə qədər vaksin gərəkdir. Burada vaksinasiya məsələsi də aktuallaşa bilər. Çünki suçiçəyi vaksini 1980-ci illərdən dayandırılıb. Təcrübə göstərir ki, vaksinasiya olunmuş şəxslər ya xəstələnmir, ya da xəstələndiyi halda bunu yüngül keçirirlər.
Bu dəqiq məsələdir ki, 42 yaşdan aşağı şəxslər vasinasiyasızdır. Əgər meymunçiçəyi geniş yayılsa, vaksinasiya aktuallaşa bilər. Bu məsələdə kompels tədbirlər var ki, onlar görülməlidir".
"Yol-xeber.az" xəbər verir ki, Daşkəsən rayonu ərazisində güclü leysan yağışları və sel suları nəticəsində Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinə tökülən qaya parçaları və palçıq kütləsinin təmizlənməsi işləri yekunlaşıb.
Hazırda sözügedən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpası istiqamətində işlərə başlanılıb.
Xatırladaq ki, Daşkəsən rayonunda təbii fəlakət nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən yollarına ziyan dəymiş, bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanmışdı.
Dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olundu.
Aparılan təzirəsalınmaz tədbirlər nəticəsində Çanaxçı-Alaxançallı avtomobil yolunda dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənərək rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olundu.
YOLUNUZ AÇIQ OLSUN…
"Yol-xeber.az" xəbər verir ki, Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda artan sel suları nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən avtomobil yollarına ziyan dəyib, bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb. Bundan başqa sel suları nəticəsində çayın məcrası dəyişdiyi üçün Çanaxçı-Zivlən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün yanaşma yolunu yuyulub.
Dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Çanaxçı-Alaxançallı avtomobil yolunun təqribən 4 km-lik məsafədə dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində işlər aparılıb. Agentlik tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yolun hərəkət hissəsi təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkəti rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində tam bərpa olunub. Hazırda Alaxançallı kəndi daxilində bələdiyyə yollarının təmizlənməsi istiqamətində işlər aparılır və yaxın saatlarında bu işlər də tam yekunlaşacaq.
Bundan başqa Daşkəsən rayonunun Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinin iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində də işlərə başlanılıb. Həmçinin sözügedən yol üzərində yerləşən və 12 metr uzunluğa malik metal körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpasının da qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
YOLUNUZ AÇIQ OLSUN…
Təhsil naziri Emin Əmrullayev "Son zəng" tədbiri ilə bağlı qatıldığı 234 nömrəli məktəbdə məzunları təbrik edib.
Təbrikdə deyilir:
"Məktəbi bitirməyiniz münasibəti ilə bütün məzunları "Son zəng"lə bağlı təbrik edirəm. Bu gün elə günlərdən biridir ki, hər zaman yadda qalacaq. Bu gün həm də məsuliyyətli gündür. Artıq 11 illik böyük məktəb ili geridə qalıb. Bu müddət ərzində öyrəndikləri sinif yoldaşlarından, dostlarından, müəllimlərdən, məktəbdən ayrılıb yeni dünyaya atılırsınız. Yəqin ki, əksəriyyət yay aylarında qəbul imtahanları gözləyir. Bir qismi başqa təhsil, yaxud hərbi xidmət gözləyir. Həyatın sizə hazırladığı hansı hekayədən asılı olmayaraq hər birinizə uğurlar arzulayıram.
Builki "Son zəng" gözəl ilə təsadüf edir. Belə ki, bu il ölkədə başçısının sərəncamı ilə Azərbaycanda 2022-ci il "Şuşa ili" elan olunub. Şuşa ilinin məzunları olmaq hər kəs üçün qürurvericidir. Hər birimiz Azərbaycanın şanlı Qələbə tarixinin şahidi olmaqdan qürur duyuruq.
Eyni zamanda məzun olduğunuz dövrdən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi yəqin ki, hər birinizin həyatında əsaslı rol oynayacağını vurğulaya bilərəm. Bu il məktəbi bitirib müxtəlif ixtisaslara yiyələnəcəksiniz. Bir ixtisas mütləq olacaq. İnanıram ki, bir qisminizin işi, peşəsi məhz işğaldan azad olunmuş torpaqların bərpasına sərf ediləcək. Öz əmək fəaliyyətinizi şanlı və şərəfli işə yönəldəcəksiniz.
Müəllimləri də xüsusi təbrik edirəm, çünki bu gün siz öz əməyinizin bəhrəsini görürsünüz. Valideynlərə də təbrik düşür. Övladlarını 11 il hazırlayıb məktəbə göndərmək çətin dövrləri arxada qoyurlar.
Bu gün ölkədə 91 mindən artıq məzun məktəbi bitirir. Azərbaycan gənc ölkədir, əhalinin təxminən 2/3-sinin yaşı 40-dan aşağıdır. Gənc xalq olmağımızın üstünlüyü odur ki, ölkənin inkişafında, rifahında rolu böyükdür. Bu gün ən vacib arzum ondan ibarət olacaq ki, harada hansı peşədə olmalarından asılı olmayaraq daim Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar olasınız".
“Bakıda “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-də yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur”.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır:
"Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcək".
Daxili İşlər Nazirliyi "Son zəng"lə bağlı valideyn və məzunlara müraciət edib.
Müraciətdə deyilir:
"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.
Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarə Mərkəzi paytaxt yollarında sıxlıq olan küçə və prospektlərin siyahısını açıqlayıb.
Mərkəzdən verilən xəbərə görə, sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər əsas və kənar yol sıxlıq
3. Binəqədi şossesində - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq
4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
5. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
6. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq
7. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.
Bu gün Azərbaycanda 2021/2022-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.
“ “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır.
Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.
“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.