Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasında aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Belə ki:

- yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;

- obyektin bəzi sahələrində elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatı və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməyib;

- yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verilir;

- binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkapon üzlük materiallarından istifadə edilib;

- insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

- obyek ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;

- yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir;

- təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb;
 

lüləyə birləşdirilməyib, təzyiqyüksəldici nasoslarla əlaqələndirilməyib və hazırda nasaz vəziyyətdədir;

- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, balans dəyərinə uyğun olaraq icbari qaydada sığorta olunmayıb.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasının cərrahiyyə, təsərrüfat otaqlarında, habelə yeməkxanada işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə Qərar qəbul olunub", - nazirliyin məlumatında bildirilib.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

FHN-dən bildirilib ki, bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

Kamaləddin Qafarov: “Heydər Əliyev Azərbaycanın  parlamentarizm ənənələrinə yeni nəfəs gətirdi”

“ İyunun 15-də Azərbaycan xalqı Milli Qurtuluş Gününü bayram etdi. Ölkəmizdə vətəndaş müharibəsi və müstəqilliyin itirilmə təhlükəsinin yarandığı 1993-cü ilin may-iyun aylarında baş verən gərgin olaylar xatırlandı, Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsi, Azərbaycan Respublikası Ali Sovetinə (Milli Məclis) sədr seçilməsi və parlamentin 1993-cü il 15 iyun tarixli iclasında çıxışı yada salındı, həyata keçirdiyi xilaskarlıq missiyası bir daha xatırlandı. Qədirbilən Azərbaycan vətəndaşları parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərarının böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyirlər”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirib.

Millət vəkilinin sözlərinə görə, mürəkkəb bir şəraitdə Milli Məclisin qəbul etdiyi bu vacib qərar artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi: “Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə  aldı. Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi”.

Ulu Öndər Heydər Əliyevin Ali Sovetə sədrlik etdiyi 4 ay ərzində parlamentin çox mühüm qərarlar qəbul etdiyini xatırladan K.Qafarov ordu quruculuğu sahəsində verilən qərarların, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında ”Azərbaycan Respublikası Qanununun qəbul olunmasının, Konstitusiyada  və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edilməsinin, separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısının alınması üçün görülən işlərin əhəmiyyətindən danışıb: “Avqustun 7-də cənub  bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu.  Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla  görüşüb vəziyyəti  müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına  siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu  bədnam iddiaya  son qoyuldu”.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmiş, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin Azərbaycan reallıqlarına adaptasiyasına, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuş, demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. ““Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – deyən Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübarizə aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoru kimi tanındı”.

K.Qafarov deyib: “Fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etmiş Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. O, öz nəhəng fəaliyyətində həmişə xalqa birlikdə olmuş, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, idarəetmə işinin ustadı və siyasətin kamil bilicisi Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir”.
d

"Yol-xeber.az" xəbər verir ki, 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Faiq Qürbətov Biləsuvar Regional Mədəniyyət İdarəsinin Rəisi Alisultan Sadixov Müəllimi Fəxri Fərmanla Təbrik Etmişdir. Bu münasibətlə bizde öz adımızdan Biləsuvar Regional Mədəniyyət İdarəsinin Rəisi Alisultan Sadixov Müəllimi Təbrik edir, işlərində uğurlar arzulayırıq.
d
Sabahın hava proqnozu açıqlandı

İyunun 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

İşğaldan azad edilmiş rayonlardan birinin sakini tərəfindən çəkilmiş video sosial şəbəkələrdə viral olub.

Yol-xeber.az xəbər verir ki, videonu çəkən şəxs işğaldan azad olunmuş ərazidə qonşularının, uşaqlıq dostlarının dağılmış evlərinə yaxın gedərək onları çağırıb.

 O, ağlayaraq uşaqlıq dostlarının hara getdiyini sual edib.

Qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılan video böyük maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:

 

Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililərin sökülməsi barədə məlumat vermişdik. Artıq söküntü işlərinin bir qismi yekunlaşmaq üzrədir.

“Global Photo Stock”un əməkdaşı sökülmə prosesinin son mərhələsini lentə alıb.

Qeyd edək ki, ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilib ki, dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə inventarizasiya aparılıb.

Vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarının hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib. Bu da haqlı narazılıqlara səbəb olur. Bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib.

Bildirilib ki, təmizlənən torpaq sahələri çimərlik ərazilərinə birləşdiriləcək və əraziyə nəzarət artırılacaq. Eyni zamanda neqativ hallara yol verilməsinin, ərazinin zibillənməsinin qarşısının alınması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və pozuntulara yol verənlərin qanunamüvafiq qaydada cəzalandırılması nəzərdə tutulub. 

 

 

 

Son vaxtlar çoxmərtəbəli binalarda tez-tez yanğın hadisələri baş verir. Qəribə burasıdır ki, yanğınlar ən çox da yeni inşa edilmiş çoxmərtəbəli binalarda qeydə alınıb.

Məsələn, son bir həftədə paytaxtda yerləşən 2 çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Tikinti üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı Bizim.Media-ya bildirib ki, yeni istifadəyə verilən çoxmərtəbəli binalarda tez-tez baş verən yanğınlar əsasən elektrik xəttlərindəki qısa qapanma üzündən baş verir:

“Bu da ondan irəli gəlir ki, yeni tikilən bir çox binalar insanların istifadəsinə verilsə də hələ istismara tam hazır olmur. Xüsusilə də, istifadəyə verilən binalar təbii qaz xəttinə qoşulmur. Sakinlər də məcburən elektrik enerjisindən daha çox istifadə edirlər. Daha çox istifadə isə daha çox yüklənmə deməkdir. Təbii ki, çox yüklənən elektrik naqilləri də buna dözmür və yanğın baş verir”.

Ekspertin fikrincə binaya bütün kommunikasıya xətlərinin quraşdırılması başa çatana qədər məskunlaşma aparılması düzgün deyil.

“Vətəndaşla MTK arasında qabaqcadan müqavilə bağlanır ki, mənzilin bütün kommunal problemi məskunlaşmaya qədər həll olunacaq. Lakin bir çox MTK-lar öz vəzifələrini başa çatdırmır. Xüsusilə də binaya mavi yanacağın verilməsini həll etmir. Nəticədə, qazdan istifadə etmək imkanı olmayan sakin vəziyyətdən çıxış yolu kimi elektrik enerjisinə üz tutur. Bu da son nəticədə müəyyən fəsad və faciələrə yol açır”.

İyunun 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Laçın yoluna alternativ yol çəkildikdən sonra Ermənistan hökuməti bütün əhalini Zabux kəndindən çıxaracaq. Bundan sonra bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək.

Axar.az xəbər verir ki, bunu Zabux kənd bələdiyyəsinin “rəhbəri” Andranik Çauşyan deyib.

“Amma əhali buranı tərk etmək istəmir. Bakının nəzarəti altında yaşamaq daha yaxşıdır. Biz siyasəti başa düşmürük, televizora da baxmırıq. Biz dinc cəmiyyətdə yaşamalıyıq. İrəvan hətta bizə pul təklif edir, evlərimizə qiymət deyir, amma biz kənddə qalacağıq”, - o bildirib.

Xəbər lenti