|
Bir neçə gün əvvəl Sumqayıtda qadına təpik vuraraq avtobusdan çıxaran sürücü Aqil Kosayev işinə bərpa edilib.
"ARB Xəbər"ə açıqlama verən sürücü məsələyə hüquqi qiymət verildiyini deyib və baş verənlər haqda danışıb:
"İşıqforda düşməyi tələb edirdi. Mən də ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdim. Ona görə də, qapını açmaq imkanı olmadı. Bir-birimizi başa düşmədik, hadisə baş verdi. İşimiz elə bir işdir ki, birinci növbədə səbirli olmaq lazımdır. Belə bir şey olmamalıydı. Çalışarıq bir də olmasın".
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib. Qadının avtobusdan yıxılıb xəsarət almasına görə, sürücü A.Kosayev işindən uzaqlaşdırılmışdı.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzin məlumatını təqdim edir:
1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
2. Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq
3. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər kənar yolda sıxlıq
4. Tbilisi prospektində, 20 yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində Salamzadə körpüsü ilə kəsişməyədək sıxlıq
5. Rövşən Cəfərov küçəsində, 20 yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yolda sıxlıq
6. Ziya Bünyadov prospektində - Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
7. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas yolda sıxlıq
8. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
Populyar mesajlaşma proqramı “WhatsApp” yeni funksiyalar təqdim etməyə davam edir.
Azxəbər.com xəbər verir ki, platformaya gələn yeni güncəlləmələrdən biri daha çox diqqət çəkəcək.
Mesajlaşma platforması daha əvvəl iOS cihazlarına təqdim etdiyi bulanıqlaşdırma alətini bu il Android istifadəçiləri üçün hazırlamağa başlayıb. Beta proqramında “WhatsApp”a blur aləti buraxılıb.
Bu alət sayəsində istifadəçilər başqa bir tətbiqə ehtiyac duymadan şəkillərinin müəyyən hissələrini bulandıra biləcəklər. Məsələn, kiməsə hər hansı bir şəkil atdıqda onun müəyyən yerlərini bulanıqlaşdırmaq istəsəniz, bunu elə tətbiqdə etmək mümkün olacaq.
Bulanıqlaşdırma aləti yoxlanış mərhələsində olduğu üçün onun bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı məlum deyil.
Azərbaycanda iyul ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə bir qədər az olacağı ehtimal olunur.
Birinci ongünlüyün birinci yarısında əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsada şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti , gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 2-3 mm).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-16 mm).
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 19-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 36-73 mm).
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 38-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-32 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 9-118 mm).
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüzlər 32-37 dərəcə isti, bəzi günlərdə 40-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 3-22 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 7-33 mm).
İyul ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.
ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyulun 9-10-u Qurban bayramıdır.
İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq.
Qeyd edək ki, iyulda həftəsonları ilə birgə 12 gün iş olmayacaq.
Novxanı çimərliyində gəzintisi üçün ayrılan 50 metrlik yol kəsilib.
Bu barədə sabiq maliyyə naziri, professor Saleh Məmmədov paylaşım edib. O bildirib ki, videodakı görüntülər Novxanı çimərliyində, birbaşa Bakıdan Sumqayıt istiqamətinə dönəndə ilk yabanı çimərlikdə qeydə alınıb:
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı, III qrup Qarabağ əlili Qazi Həşim Mədətovun “Qalibiyyətin səkkiz anı” adlı kitabının təqdimat mərasimi keçirilib.
Kitab Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşən, bu yolda canından, qanından keçən övladlarımızın qəhrəmanlığına həsr edilib.
Xatırladaq ki, 21 sentyabr 2020-ci ildən ordu sıralarına qatılan Həşim Füzuli və Xocəvənd rayonlarının işgaldan azad olunmasında yaxından iştirak etmiş, oktyabr ayının 4-də düşmənlə döyüşdə 2 snayper gülləsinə tuş gələrək sağ çiyin və sağ kürək nayihəsindən yaralanmış, şücaətinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən “Füzuli və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Nəşrin müəllifi kitabı yazmaqda məqsədinin gördüyü, şahidi olduğu real hadisələri vərəqə köçürərək əbədiləşdirmək olduğunu diqqətə çatdırıb. “Hadisələr, əsasən 2020-ci il sentyabrın 21-dən oktyabrın 4-dək baş verənləri əhatə edir. Ümumilikdə, kitabda 44 günlük şanlı Zəfərimizdən bəhs olunur”, - deyə müəllif qeyd edib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini Vahid Abdurəhmanov, Birliyin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov, yazıçı-publisist Oktay Əliyev və digər çıxışçılar kitab haqqında fikirlərini bölüşüblər.
Sonra fəxri fərman və mükafatlar təqdim olunub.