Keçmiş məcburi köçkünlərə verilən aylıq müavinətin artırılmaması müzakirələrə səbəb olub. İddia edilir ki, Qarabağ probleminin həlli bu məsələni gündəmdən kənarlaşdırıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov isə Pravda.az-a açıqlamasında deyib ki, məcburi köçkünlərə verilən vahid aylıq müavinətin hazırda artırılmaması ilə bağlı səslənən fikirlər əsassızdır. Deputat bildirib ki, narahatlığa əsas yoxdur:

"Bu məsələyə baxıla da bilər, baxılmaya da. Müəyyən məsələlər var ki, bunları ardıcıllıqla, mərhələli şəkildə həyata keçirmək lazımdır. Birdən-birə desək ki, bütün sahələr üzrə artımlar edin, bir az uyğun gəlməzdi. Keçmiş məcburi köçkünlərin aylıq müavinətlərinin artırılıb-artırılmaması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Ola bilər, cənab Prezident, bəlkə də, bir-iki ay sonra bu məsələyə toxunsun. Əvvəllər də bu barədə müzakirələr olmuşdu ki, məcburi köçkünlər ata-baba yurdlarına qayıtdıqdan sonra da bir neçə il vahid aylıq müavinətlərini alacaqlar. Ölkə başçısı artıq bununla bağlı anons verib. Yəni vahid aylıq müavinətin dərhal kəsilmə ehtimalı hələlik yoxdur. Düzdür, müəyyən məqamlar bunu göstərir ki, ola bilsin, torpaqlarımızın işğaldan azad edilməsi müavinətin artırılmamasına təsir edib. Amma bunu biz fikirləşirik. Ölkə rəhbəri sabah hansısa dəyişiklik edə bilər”.

Kamaləddin Qafarov: “Azərbaycan enerji sahəsində geniş imkanlara malikdir”
“Bu gün Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, siyasi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları arasında yanvarın 15-də keçirilmiş görüşdə bu fikir bir daha təsdiq olunmuşdur. Yanvarın 16-da Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin enerji ixracatı sahəsində perspektiv planlarına dair maraqlı açıqlamalar vermişdir. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycanın əsas iqtisadi inkişaf göstəricilərindən biri ölkəmizin özünün enerji təhlükəsizliyini bir neçə il bundan əvvəl təmin etməsi və bu gün xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini digər ölkələrə ixrac etməsidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Azərbaycan enerji sahəsində nəhəng potensilala malikdir. Ölkəmizin bərpaolunan enerji ilə bağlı proqramı enerji ixracının daha da şaxələnməsinə xidmət edəcək. Nəticə etibarı ilə ölkə iqtisadiyyatının yeni ekoloji təmiz sektorunun yaranması da böyük əhəmiyyət kəsb etmiş olacaq. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan cəmi iki il əvvəl Cənubi Avropaya inteqrasiya edilmiş boru kəmərləri sistemini qurmaqla Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb. Bu nəhəng layihə cari ildə təbii qaz ixracını 24 milyard kubmetrə çatdırmağa imkan yaradacaq. Lakin Azərbaycanın mövcud enerji potensialı bundan qat-qat böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin bu günə olan bərpaolunan enerji imkanları quruda 27 qiqavatlıq külək və günəş enerjisi, azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi kimi qiymətləndirilir. Bu potensilaın reallaşdırılması üçün kifayət qədər ixrac marşrutları lazımdır və Azərbaycan bu layihələri mərhələli şəkildə icra edir.”

K.Qafarov “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış razılaşmanın əhəmiyyətini qeyd edərək deyib: “Artıq neçə müddətdir ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq edir. Yanvarın 15-də isə “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanıb. Prezident İlham Əliyev bildirib ki, bu, hələlik qısamüddətli bir layihədir və növbəti, ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bütövlükdə isə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişləri ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Təbii ki, bu məqsədləri həyata keçirmək, həmçinin yeni enerji ixracı üçün marşrutlar da tələb olunacaq. Bu baxımdan 2022-ci ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş xüsusi əhəmiyyət kəsb edir. Bu Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabelin çəkilməsini nəzərdə tutur. Göründüyü kimi, Azərbaycanın enerji sahəsində planları kifayət qədər böyükdür və ölkəmiz bu işlərin öhdəsindən gəlmək üçün bütün imkanlara malikdir.”

Xankəndi-Şuşa yolunda proseslər dekabrın 3-dən başlayıb.Bu aksiya erməni icmasının ekoloji mühiti istismara başlaması ilə bağlıdır.

Bu sözləri Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bugünkü mətbuat konfransında deyib. O bildirib ki, aksiya davam etsə də, hər hansı nəticə hələlik yoxdur.

7 saylı Birləşmiş Şəhər Xəstəxanası nəzdində olan polikinikada yeni təyinat olub.

Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədova Günel Fikrət qızı adıçəkilən polikinikada Baş həkimin müavini təyin edilib. O, bu təyinata qədər 3 saylı Şəhər Klinik. Xəstəxanada çalışıb.

Qeyd edək ki, G.Məmmədova 3 saylı Şəhər Klinik. Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun qızı, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.

“Baku TV”nin efirində yayımlanan verilişdən sonra qısa zamanda izləyicilərin diqqətini çəkən, böyük marağa səbəb olan Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev verilib.

Sözügedən kanalda efirə gedən “Arzunun vaxtı” verilişinin aparıcısı E.Əfəndiyevin evində olub.

Qeyd edək ki, E.Əfəndiyevin xanımının fiziki məhdudiyyətli həyat yoldaşını qucağında gəzdirdiyi görüntüsü ilə gündəm olmuşdu.

Qazinin xanımı sosial şəbəkələrdə ona qarşı təzyiqlərin olduğunu bildirib:

“Deyirlər, şikəstdən istifadə edirsən”.


Daha ətraflı süjetdə:

Anormal soyuq hava şəraiti nəticəsində Xəzər dənizinin Qazaxıstan hissəsi qismən donub.

Donmuş Xəzərin görüntülərini bloqer Azamat Sarsenbayev öz “Instagram” səhifəsində paylaşıb.

Dəniz kənarında yaşayan sakinlər buz üzərində gəzintiyə çıxıb, nadir mənzərəni heyranlıqla müşahidə ediblər. 

Həmin görüntüləri təqdim edirik:

Yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.

11 Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yanvar ayının 18-də  Xızı rayonunda vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da Xızı rayonu  Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər. 

Qəbula yazılmaq istəyənlərin  Xızı rayonu “1 №-li Yol İstismarı”, Siyəzən rayonu “2 №-li Yol İstismarı”, Şabran rayonu “3 №-li Yol İstismarı”  MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq. 

Elm və təhsil naziri Emin Əmrullayev “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

“Əmrə əsasən yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Eyni zamanda, məktəblərdə faciəyə həsr olunan kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii komozisiyaların təşkil edilməsi də planlaşdırılıb.

Yanvarın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 63 yaşı tamam oldu. Keçmiş sədr əvvəlki illərdən fərqli olaraq, bu dəfə doğum gününü təntənə ilə qeyd etmədi. 

Yenisabah.az Naxçıvandakı mənbələrə istinadla xəbər verir ki, V.Talıbov 63-cü doğum günündə ağlasığmaz addım atıb. O, malikanəsinin qapılarını onu təbrik etməyə gələn insanların üzünə bağlayıb. 

Mənbə deyib ki, ötən şənbə keçmiş sədri təbrik etmək istəyən insanlar olub. V.Talıbovun doğum günündə həm yaxın qohumları, həm də onun sayəsində vəzifə tutmuş, var-dövlət qazanmış adamlar öz sadiqliklərini nümayiş etdirmək istəyiblər. V.Talıbovu təbrik etməyə gələnlərin arasında hazırda Naxçıvanda vəzifə tutan bir neçə orta ranqlı məmurun olduğu da bildirilir. 

Amma V.Talıbovun orta əsr feodalların qəsrlərini xatırladan malikanəsi hamının üzünə bağlı olub. Mühafizəçilər onun göstərişinə uyğun, “Müəllim Bakıya gedib” deyərək, gələnlərin hamısını geri qaytarıblar. Onlar V.Talıbov üçün gətirilən hədiyyələri də qəbul etməyiblər. 

Mənbə deyib ki, V.Talıbov 27 il sonra doğum gününü ilk dəfə oğlu, qızı və nəvələrinin əhatəsində sadə bir məclislə qeyd edib.

Xəbər lenti