Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.

“ZƏFƏR” yolu: Yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Toğanalı - Kəlbəcər - İstisu: Yağıntı yoxdur, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 8-13 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.

Bakı - Quba: Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində qar yağır. Quba-Qusar rayonları ərazisində 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 14-16 dərəcə şaxta var.

Giləzi - Xızı: Xızı rayonu ərazisində yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan: Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yol açıqdır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı: Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 3-4 dərəcə dərəcə şaxta var. Geçə saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu-Yevlax: Yağıntı yoxdur, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı: Zəif qar yağır, 8-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Zəif qar yağır, Qəbələ və İsmayıllı rayonları ərazisində 8-9 şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Yolun Oğuz - Şəki hissəsində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy: Marşrut boyu yağıntı yoxdur. 7-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən: Marşrut boyu yağıntı yoxdur. 11 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt - Astara: Yağıntı yoxdur, yola qum-duz səpilib. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Hərəkəti təmin olunur.

Lənkəran – Lerik: Lerik rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var,qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı - Ələt – Hacıqabul - Ucar – Yevlax: Yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax- Gəncə - Qazax: Yağıntı yoxdur, yola qum-duz səpilib. 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

s

"Yol-xeber.az" xəbər verir ki, Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışır.

Bakı şəhərində agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

Gecə boyu və səhər saatlarında qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. 

Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə olunur

YOLUNUZ AÇIQ OLSUN...

 

s
s
s
s
s
s

Ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, Bakı və Abşeron yarımadasının, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Qorağan-Qax-Zaqatala, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Ağdərə, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Hacıqabul-Şirvan, Masallı-Yardımlı, Lənkəran-Lerik avtomobil yollarının buz bağlayacağı ehtimal olunur: "Bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 100-600 metrədək məhdudlaşacağı gözlənilir".

G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə bağlı sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Respublikanın müxtəlif bölgələrində qar yar yağışı müşahidə olunur.

Qar sevincini yaşayanlar arasında işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində məktəbliləri də var.

2022-ci ildə 29 ildən sonra ilk dəfə Ağalı məktəbinin həyətində qartopu oynayıblar.

Həmin anları təqdim edirik:

 

 

 

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın anım günüdür.

Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 

O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.

Elə həmin il müqavilə ilə “Bakı” qəzetində, dörd il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. Salatın tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. 

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub.

1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçular tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub, Salatın Əsgərova amansızca qətlə yetirilib.

Salatın Əsgərova Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilib. 6 noyabr 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qeyd edək ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

Fövqəladə Hallar Nazirliyi ölkə ərazidində müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Müraciətdə qeyd olunub ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, əksər ərazilərdə yağıntı, o cümlədən sulu qar və qar yağıb, bəzi yerlərdə intensiv olub, temperatur ötən günlərlə müqayisədə xeyli enib, yollar buz bağlayıb.

"Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti yaxın günlər ərzində davam edəcək.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Bununla yanaşı, səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Həmçinin, piyadalar buz bağlamış yollarda hərəkət edərkən:

- ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq addımlayın. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;

- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!", - nazirlikdən bildirilib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY)“Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planına uyğun olaraq, 2022-ci ilin payız mövsümündən başlayaraq bütün təsərrüfatlar üzrə baxışlar həyata keçirilib.

Bu barədə Yol-xeber.az-a ADY-dən bildirilib. Qeyd edilib ki, müvafiq texnikalar saz vəziyyətinə gətirilib, dəmir yollarında hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dekabrın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumatı ilə əlaqədar ADY-nin aidiyyəti müəssisələrinə xəbərdarlıq teleqramı göndərilib və əlavə tədbirlər planı həyata keçirilməkdədir.

Qatarların fasiləsiz iş rejimini təmin etmək, yollarda və yoldəyişən qurğularda qarın təmizlənməsi üçün növbəli qrafik tutulur, işlərə 24 saat nəzarət olunur.

Sərnişinlərin təhlükəsizlik qaydalarına riayət etməsi ilə bağlı müvafiq təlimatlar platformalarda yerləşdirilir və əlavə anonslar verilir.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) gördüyü tədbirlər nəticəsində səhər saatlarında bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxışı təmin edilib.

Bu barədə Agentli xəbər verir.

Məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 54 müntəzəm marşrut xətti üzrə 188 avtobusun hərəkət intervalında gecikmələr var.

Paytaxtın Yeni Yasamal Əsəd Əhmədov küçəsi, “Günəşli” qəsəbəsi D massivi, Biləcəri dairəsi, Xocahəsən dairəsindən Moskva prospekti istiqamətində, 9-cu mikrorayon ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində müəyyən çətinliklə müşahidə olunur.

Dünən gecə saatlarından yağmağa başlayan qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirib. 

Bakı, Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında qarlı hava şəraiti bir sıra çətinliklər yaradıb. Küçədə nəqliyyat vasitələri toqquşublar. 

Piyada səkiləri sürüşkən olduğundan yıxılanlar var. 

Onu da qeyd edək ki, Bakı-Sumqayıt yolunda da vəziyyət acınacaqlıdır. Sürücülər iddia edirlər ki, yola nə qum, nə də duz səpilib. 

Bakıda dünəndən bəri qarın yağması şəhəri iflic vəziyyətinə gətirib.

Paytaxtı ağ örpəyə bürünüb xoş təbiət mənzərəsi yaratsa da, səhər saatlarında yola çıxan Bakı sakinlərinin işini xeyli çətinləşdirib.

Belə ki, piyadalar və nəqliyyat vəsitələrinin belə hava şəraitində hərəkəti məhdudlaşıb. İnsanların əksəriyyəti iş yerlərinə, gedəcəyi ünvanlara ya gecikir, ya da çata bilmir.

Əksər hallarda marşrut xətlərinin gecikməsi, taksi şirkətlərinin sifarişləri qəbul etməməsi paytaxt Bakıda gündəlik hərəkət qrafikini iflic duruma gətirib. Avtobus dayanacaqlarında gözü yolda qalanlar, həmçinin ümidini taksi şirkətinin mobil tətbiqinə dikənlər... Hər iki vasitədən əlini üzənlər isə piyada getməyi üstün tutsalar da, bir çoxları Bakı küçələrində sürüşüb yıxılmaqla günə başlayırlar.

Görünür, tıxaclar səbəbindən onsuz da çətinlik yaşayan şəhər sakinləri bir neçə gün mövcud vəziyyətlə barışmalı olacaq. 

Bir sözlə, uşaqlar sevinir, böyüklər isə öz hayındadır...

Sinoptiklər qeyri-sabit hava şəraitinin həftə sonuna qədər davam edəcəyini bildirir.

 

 

 

 

Xəbər lenti