![]() |
|
Son günlər sosial şəbəkələrdə rayondan Bakıya gələn və 2 həftədən çox qalan şəxslərin yaşadıqları yerə yaxın polis bölməsində qeydiyyata düşməli olduqları ilə bağlı məlumatlar yayılıb. Əks halda onların cərimələnəcəyi iddia edilir.
Məsələ ilə Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumatın doğru olduğunu bildirib.
"Yaşayış yerindən kənarda 60 gün müddətində yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.
Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə olunur".
Bakıda və Abşeron yarımadasında yanvarın 11-dən 12-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 784 mm civə sütunundan 781 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Yanvarın 11-dən 12-nə keçən gecə şəhərətrafı yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
“Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu bir qədər də yüksələrək gündüz 3-5 dərəcə isti olacaq”.
Bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O xatırladıb ki, Bakıda və Abşeron yarımadasında bu gün axşama doğru qarın tədricən kəsiləcəyi gözlənilir:
“Sabah gün ərzində hava əsasən yağmursuz olacaq, cənub-şərq küəyi əsəcək, havanın temperaturu gündüz 1-3 dərəcə isti olacaq. Rayonlara gəldikdə, bölgələrdə də yanvarın 12-dən başlayaraq qərb rayonlarında yağıntılar tədricən kəsiləcək”.
A.Verdiyev vurğulayıb ki, yanvarın 14-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir:
“Havanın temperaturu yanvarın 12-si gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda isə 5-10 dərəcə şaxta olacaq. Ayın 13-14-də isə rayonlarda gündüz 0-5 dərəcə isti, dağlarda isə gündüz 5-10 dərəcə şaxta olacaq”.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.
APA xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad olunub.
Xatırladaq ki, H.Rüstəmov 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Qeyd edək ki, bu gün Naxçıvan MR-in maliyyə naziri Rafael Rza oğlu Əliyev də vəzifəsindən azad edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:30-a olan vəziyyət barədə yeni açıqlama yayıb.
Açıqlamada deyilir ki, “ZƏFƏR yolu”nda zəif qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yol qardan təmizlənib, əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-20 dərəcə şaxta müşahidə olunur.
Bakı - Quba: Qar yağır, Quba və Qusar rayonları ərazisində 5-8 dərəcə şaxta var. Gecə boyu yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var.
Giləzi - Xızı: Xızı rayonu ərazisində qar yağır. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülür. Xızı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı-Qobustan: Qar yağır, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yol qardan təmizlənib, buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı: Qar yağır, Şamaxı rayonu ərazisində 3-4 dərəcə dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, buz bağlamış sahələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu-Yevlax: Qar yağır, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Yolun-Ağsu hissəsində yol qardan təmizlənib, buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Muğanlı - İsmayıllı: Qar yağır, 5-7 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi, mailliyi cox olan hissələrdə, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Marşrut boyu qar yağır, İsmayıllı rayonu ərazisində 4-5, Qəbələ rayonu ərazisində 3-4 və Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Gecə boyu yolun qardan təmizlənməsi, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Yevlax - Şəki - Qax - Zaqatala: Şəki rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub
Şəmkir - Gədəbəy: Yağıntı yoxdur, hava dumanlıdır, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə, Şəmkir rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Gəncə - Daşkəsən: Qar yağır, marşrut üzrə 13-17 dərəcə şaxta müşahidə olunur. Yol qardan təmizlənib, buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Ələt - Astara: Yolun Ələt-Masallı hissəsində zəif qar, Lənkəran-Astara hissəsində güclü qar yağır. 1-2 dərəcə şaxta var. Yol qardan təmizlənib, sürüşkənliyə qarşı qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində güclü qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənib, sürüşkənliyə qarşı qum-duz səpilib. Hərəkət təmin olunub.
Lənkəran – Lerik: Qar yağır, Lerik rayonu ərazisində 8-9 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı - Ələt – Hacıqabul: Qar yağır, gecə saatlarından başlayaraq yol qardan təmizlənib, yolun sürüşkən sahələrinə, əsasəndə körpülərin hərəkət hissəsinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul - Ucar – Yevlax: Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax- Gəncə - Qazax: Zəif qar yağır, 0-5 dərəcə şaxta var, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz: Hacıqabul rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Son sentyabr toqquşmalarından sonra Ermənistanın Azərbaycanla sərhəddə yerləşən 4 kəndinin əhalisi yaşadıqları yeri tərk ediblər. JAMAZ.İNFO xəbər verir ki, erməni mətbuatı həmin kəndlərdə əhalinin yaşamadığı barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin kəndlərdən ikisi Basarkeçər rayonunun Yyuxarı və Aşağı Şorca kəndləridir. Ötən ilin 13-14 sentyabr döyüşlərindən sonra kəndin yaxınlığındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu dəyişiklik nəticəsində əsas su hövzələri, habelə yüksəkliklər də nəzarətə alınıb. Nəticədə, həmin kəndlərdə yaşamaqdan imtina edən erməni əhalisi evlərini tərk edərək, rayon mərkəzinə və İrəvana köçüblər.
Əhalisi tərk edən kəndlərdən biri də Zəngəzur mahalında yerləşən Kut kəndidir. 4-cü kənd isə Zod kəndidir ki, oradan əhalinin köçü son döyüşlərdən sonra intensiv şəkil alıb. Və bir neçə gün bundan əvvəl isə tamamilə boşalıb. Ərazidə yalnız mədəndə işləyən fəhlələr gözə dəyir ki, onların da çoxu kənddə deyil, Cermuxda yaşamağa üstünlük verirlər.
Bundan başqa, Ayrik, Cağatsadzor, Kutakan, Pokr Masrik və daha bir neçə kənddə də əhalinin köçü sürətlənib.
Su hövzələrinə nəzarəti itirən ermənilər Yuxarı Şorca-Ayrik yolunda işləyən SES-in də imkanlarından məhrum olublar. Çünki həmin stansiya fəaliyyətini tamam dayandırıb.
Səudiyyə Ərəbistanı Həcc ziyarətində getmək istəyən şəxslərlə bağlı yeni qərar qəbul edib.
"Star" qəzeti xəbər verir ki, koronavirus pandemiyasına görə tətbiq edilən yaş və say məhdudiyyəti aradan qaldırılıb.
Qeyd edək ki, 2020-ci ildən Həcc ziyarətində yaş və say məhdudiyyətləri tətbiq edilməyə başlanmışdı.
Əgər 2019-cu ildə Səudiyyə Ərəbistanında 2.5 milyon zəvvar getmişdisə, məhdudiyyətlərdən sonra bu rəqəm 2020-ci ildə 10 min, 2021-ci ildə 60 min, 2022-ci ildə isə 899 min nəfər təşkil etmişdi.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.
İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.
Onun sözlərinə görə, qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır: "Mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar".
"Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkar edildiyi təqdirdə barələrində İnzibati Xətalar Məcəlləsinin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların suyla islanması xoşagəlməz bir hal yaradır. Bütün sürücülər yollarda hərəkət edərkən piyadalarıda nəzərə almalıdırlar. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan qarşıya keçməyi tövsiyyə edirik" - R.Tağıyev əlavə edib.