"Polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək".

Bunu "Yol-xeber.az"ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib.

O qeyd edib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb:

"Əmrə əsasən, polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimindəki xidmətini davam etdirəcək. Bildiyiniz kimi, polis və Daxili Qoşunların hərbi qulluqçuları pandemiya ilə əlaqədar olaraq, gücləndirilmiş iş rejimində xidmət aparır. Bayram günlərində də gücləndirilmiş iş rejimi davam etdiriləcək. Vətəndaşlarımız bayramını yüksək səviyyədə qeyd etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri gücləndiriləcək. Eyni zamanda, insanların sıx toplaşdığı yerlərdə də nəzarət gücləndiriləcək və nümunəvi xidmət təmin olunacaq".

“Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür”.

Bunu “Yol-xeber.az”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O qeyd edib ki, hazırda BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Basqal qəsəbəsi ərazisindəki yollar qar və buzdan təmizlənir: “Hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Hazırda yollar nəzarət altındadır, avtomobillərin hərəkəti davam edir”.

"Bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edirik", - İdarə rəsmisi bildirib.

Qeyd edək ki, ötən gün qarın yağması ilə əlaqədar Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində qar uçqunu baş vermişdi. Qar uçqunu səbəbindən avtomobillərin hərəkəti tamamilə iflic olmuşdu.

Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir” 
MÜSAHİBƏNİN ƏVVƏLLİ BURADA

AİA.Az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar nüəllim, ötən il ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının VII qurultayı oldu. Bu qurultayda qəbul olunan qərarları necə şərh edə bilərsiz?


- Həqiqətən də Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Partiyanın VII qurultayını əlamətdar edən mühüm amillərdən biri də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. YAP-ın VII qurultayında müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu, eləcə də yeni Nizamnaməyə əsasən İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı kimi vacib strukturlar yaradıldı. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir. VII qurultayın keçirilməsi Ölkə Prezidenti cənab İlham Əliyevin islahatlar siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Belə ki, partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsi idarəetmə prosesinin daha təkmil formada həyata keçməsinə yol açmış oldu. Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Həmçinin qeyd olunmalıdır ki, YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramı böyük əhəmiyyət kəsb etdən bir sənəddir. Yeni proqram demokratik dəyərlərə və milli maraqlara əsaslanaraq, özündə müasir yanaşma üsullarını ehtiva edərək, siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir. YAP-ın VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış müvafiq işçi qrup tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, Partiyanın Sədri İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir. Yeni proqram əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən çox mühüm strateji sənəddir və bu proqram hazırda uğurla reallaşdırılır.

- Eldar müəllim, söhbətimizin əvvəlində də qeyd etdiyimiz kimi, bu günlərdə xalqımız Novruz bayramını böyük coşqu ilə qeyd edir. Yəqin ki, Sizin də qədim tarixi olan Novruzun mahiyyəti, fəlsəfəsi barədə bölüşmək istədiyiniz fikirləriniz var.

- İlk növbədə bu fürsətdən yararlanıb mən də bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. Həqiqətən də artıq ikinci ildir ki, Azərbaycan xalqı bu qədim bayramı əvvəllər bəlkə də heç zaman müşahidə olunmamış ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də yerinə yetirdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını minilliklər boyunca qeyd edəcək. Məlum olduğu kimi, Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır. Belə bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Ümumiyyətlə Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri əvəzolunmazdır. Ölkənin birinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. Novruz bayramını Azərbaycan xalqının müqəddəs milli irs hesab edən Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq.” Məhz bu yanaşma müasir dövlətimizin mədəniyyət siyasətinin əsasını təşkil edir, Azərbaycanı bütün dünyaya qədim tarixə, zəngin mədəni irsə malik olan dövlət kimi təqdim olunmasında aparıcı rol oynayır.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirik. Sağ olun.

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Qeyd olunub ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu isə gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.

Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Bakının rayonlarında Novruz bayramı ilə konsert proqramları təşkil ediləcək.

Martın 19-da, saat 19:00-dan isə Nizami rayonu, Heydər Əliyev parkında geniş bayram konserti və atəşfəşanlıq olacaq.

Eyni zamanda, sabah Dəniz kənarı Milli Parkda, İçərişəhərdə və Fəvvarələr meydanında konsert olacaq.

Hər rayon bayramın ayrı-ayrı günlərində konsert proqramı təşkil edəcək.

Azərbaycanın Hərbi Prokurorluğunun nümayəndələri Novruz bayramı ərəfəsində işğaldan azad olunan ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olub, hərbi qulluqçularla görüşlər keçiriblər.

Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək əhval ruhiyyə, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.

Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

300542

Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edib.

Nazirlikdən verilən məlumata görə, bayram zamanı 2 gün vaksinasiya məntəqələri fəaliyyət göstərməyəcək:

"Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Əhalinin davamlı olaraq vaksinasiyasını təmin etmək üçün peyvənd məntəqələri fəaliyyət göstərəcək. Yalnız 20-21 mart tarixlərində peyvənd məntəqələrində qeyri-iş günü olacaq" - məlumatda qeyd edilib.

Baş Prokurorluqda kadr islahatı olub.

Yol-xeber.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, İlkin Mustafayev Ucar rayon prokuroru və İlqar Səadətov Laçın rayon prokuroru təyin edilib.

K.Əliyevin digər əmri ilə Asim Yusifov Baş prokurorluğun Dövlət Təhlükəsizliyi, Fövqəladə Hallar və Sərhəd Xidməti Orqanlarının İstintaq, Tədqiqat Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəis müavini təyin edilib. 

O, bundan əvvəl Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.

Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır.

"Report" xəbər verir ki, qeyri-iş günləri martın 19-da başlayacaq və martın 27-də isə son qeyri-iş günü olacaq.

Belə ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Ölkə.az xəbər verir ki, bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) qeyri-iş günləridir.

Növbəti iş günü martın 28-dir.

Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir” 

MÜSAHİBƏNİN ƏVVƏLLİ BURADA

Milli Məclisinin deputatı, professor Eldar Quliyevin müsahibəsi

AİA.Az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

Eldar müəllim, bu gün istər ölkəmizdə, istərsə də beynəlxalq səviyyədə çox müzakirə olunan aktual məsələlərdən biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində getdikcə artan rolu ilə bağlıdır. Düşnürəm ki, bu barədə də Sizin fikirlərinizi bilmək oxucularımız üçün maraqlı olardı


Bu məsələ ilə bağlı danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması xüsusilə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsindən sonra yeni dinamika aldı. Bilirsiniz ki, dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biri hesab olunur. Layihə dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. 2020-ci ilin dekabr ayımın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdi. Ölkəmiz artıq uzun illərdir ki, beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı kimi qəbul edilir. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb və aradan keçən uzun illər ərzində təchizatda heç bir fasilə olmayıb. Bu, əlbəttə ki, ölkəmizin bir tərəfdaş olaraq yüksək etibarlılığının göstəricisidir. Avropa ölkələrində qaza ehtiyacın getdikcə artması isə yeni bazarlar yaradır və bu tələbatın ödənilməsi üçün ölkəmizin zəngin resurslara sahib olması Azərbaycanın bundan sonra Avropanın enerji təhlükəsizliyində rolunun daha da artacağını deməyə əsas verir. Bu gün qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara görə, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər getdikcə artır. Buna görə Azərbaycan da hasilatı artırmalıdır və bizim bunun üçün tələb olunan potensialımız var. Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Əlbəttə ki, bu ənənə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. O cümlədən qurumun VIII toplantısı da fevralın 4-də Bakıda, “Gülüstan” sarayında keçirildi. Həmin toplantıda etdiyi çıxışında Prezident İlham Əliyevi qeyd etdi ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Hazırda bu ehtiyatın ən böyük hissəi - bir trilyon kubmetr yalnız “Şahdəniz” yatağına aiddir. Lakin yeni yataqların kəşfi davam edir və yeni texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatlarının daha da çox olacağını demək olar. Həmçinin gözlənilir ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatsa da, tərəfdaş ölkələrin işi hələ uzun müddət davam edəcək.

Amma bu gün Azərbaycanın özünün də enerji resurslarına olan tələbatı getdikcə artır. Fikrinizcə bu artan tələbat ölkəmizin məsələn, qaz ixracatçısı kimi imkanlarını müəyyən qədər məhdudlaşdıra bilərmi?

Tamamilə düz qeyd etdiniz ki, bu gün ölkəmizdə istər təbii qaza, istərsə də digər enerji resurslarına tələbat getdikcə artır. Həm də bu artıma səbəb olan amillər olduqca müsbətdir. Bu amillərdən biri Azərbaycanda demoqrafik vəziyyətin müsbət olmasıdır. Yəni əhalinin sayı getdikcə artır və bu da enerji tələbatını artırır. Həmçinin sənayenin inkişafı enerji tələbatının artmasını şərtləndirir. Dövlət başçımızn da qeyd etdiyi kimi, ötən il Azərbaycanda məhz qeyri-enerji sektorunda rekord göstərici, 20 faiz artım qeydə alınıb. Əlbəttə ki, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün də əlavə həcmdə qaza ehtiyac var. Bu ərazi 10 min kvadrat kilometrdən çox sahəni əhatə edir və cari ildən etibarən keçmiş qaçqınların öz doğma torpaqlarına qayıdışına başlanması ilə əlaqədar əlavə qaza ehtiyac bir qədər də artacaq. Bütün bunlar əlbəttə ki, bərpaolunan enerji növlərinin istehsalı məsələsini daha da aktual edir. Çünki məhz bərpaolunan enerji mənbələrinin çoxluği ixrac üçün daha çox qaza qənaət etməyə imkan verəcək. Buna görə də bu məqsədlər böyük həcmdə vəsait yatırılır, yeni elektrik stansiyaları tikilir. O cümlədən bir müddət əvvəl enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir və bu tədbirdə Ölkə Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir.

Məlumdur ki, ölkənin elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Bununla belə Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var...

Əlbəttə, bu gün Azərbaycandan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edilir və buna olan tələbat da getdikcə artır. Bu da bərpa olunan enerji növlərinin istehsalına marağı artıran bir amildir. Bu baxımdan ölkənin Energetika Nazirliyinin aparıcı beynəlxalq şirkətlərlə birlikdə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün hazırladıqları konseptual proqnoz xüsusi önəm kəsab edir. Artıq həmin ərazilərdə bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin olaraq külək enerjisində potensial təxminən 7200 meqavat, günəş enerjisində potensial isə 2000 meqavatdan çox müəyyən edilib. Həmçinin Xəzər dənizinin xüsusi proqram üzrə qiymətləndirilməyə görə texniki potensialı 150 min meqavatdan çoxdur və artıq Azərbaycan bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər də alıb. Beləliklə, bütün bu tədbirlər bir daha onu göstərir ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində öz rolunu getdikcə daha da artıracaq və bu tendensiya ölkəmizin beynəlxalq mövqeylərinin daha da güclənməsinə xidmət edəcək.

ardı var...

Xəbər lenti