"Cəlilabad Müalicə Diaqnostika Mərkəzi" və "Cəlilabad rayon Təsərrüfat hesablı Stomatoloji poliklinikası" "Cəlilabad Rayon Mərkəzi Xəstəxanası"na qoşulur.

"Bununla da "Cəlilabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi yenidən təşkil edilir.

Eləcə də, "Şirvan Şəhər Mərkəzi Xəstəxanası” "Şirvan Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edildiyi bildirilib.

Kamaləddin Qafarov: “VII qurultay YAP-ın tarixində    yeni inkişafın başlanğıcını qoydu”

“Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Partiyanın VII qurultayını əlamətdar edən mühüm amillərdən biri də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. YAP-ın VII qurultayında müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu, eləcə də yeni Nizamnaməyə əsasən İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı kimi vacib strukturlar yaradıldı. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olduğunu diqqət mərkəzinə çəkərək bildirib ki, Partiyada birinci müavin postunun təsis olunmasını və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsini idarəetmə prosesinin daha təkmil formada həyata keçməsinə yol açmış oldu. “Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir”.

Millət vəkili bildirmişdir ki, ötən il sentyabr 10-da və cari ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatında sədr vəzifəsinə təyinat olmuşdur. Diqqətəlayiq haldır ki, 76 yerli təşkilatın 48-də yeni sədr seçilmiş və bununla da sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir .

Kamaləddin Qafarov YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramının böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Millət vəkilinin sözlərinə görə, yeni proqram demokratik dəyərlərə və milli maraqlara əsaslanaraq, özündə müasir yanaşma üsullarını ehtiva edərək, siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir. YAP-ın VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış müvafiq işçi qrup tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, Partiyanın Sədri İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir.

Millət vəkili açıqlamasının sonunda demişdir:” Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilmişdir. Yeni proqram isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən çox mühüm strateji sənəddir. 5 fəsildən ibarət olan proqramda Azərbaycanın qarşısında dayanan yeni hədəflər öz əksini tapmışdır və bu proqram uğurla reallaşdırılır.”


"Yol-xeber.az"un xəbərinə görə, 01 mart 2022-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kəndində Biləsuvar Regional Mədəniyyət İdarəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Od çərşənbəsinə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak etdilər.Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin “Nənələr” və Rəfti"xalq folklor kollektivi, Masallı Regional Mədəniyyət İdarəsinin “Halay” rəqs qrupu, Salyan rayon Mədəniyyət Mərkəzinin “Cəngi” qrupu və Biləsuvar rayon Mədəniyyət Mərkəzinin musiqiçilərinin hazırladıqları geniş konsert proqramı təqdim olundu, kənd sakinləri və gənclər arasında Novruz bayramı ənənələrinə uyğun olaraq bir çox maraqlı oyunlar keçirildi, müxtəlif bayram təamları hazırlandı, peşəkar və həvəskar rəssamların əl işlərindən ibarət sərgi təşkil olundu.Tədbirdə iştirak edən şəhid ailələri və qazilər çıxış edərək bütün biləsuvarlıları təbrik etdi, elimizə, obamıza əmin-amanlıq, sülh və firavalıq arzuladılar.


ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Mart ayının qeyri-iş günləri açıqlanıb.

Yol-xeber.az xəbər verir ki, bu ilin mart ayındakı bayramlarla əlaqədar qeyri-iş günü olacaq.

Martın 8-i Beynəlxalq qadınlar günü qeyri-iş günü hesab ediləcək.

Azərbaycanda pensiyalar artırılırBu hərbçilərə də “Müharibə veteranı” adı verildi

2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Beləliklə, mart ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq

“Əvvəlcə Moldovaya gəldik, sonra Ruminiyaya keçdik və oradan isə Bakıya gəldik”.

Bunu “Report”a açıqlamasında Ukraynadan təxliyə olunaraq Bakıya gətirilən Azərbaycan vətəndaşı Məhəbbət İlyasova deyib.

“Vətənimizə rahat gəlib çatdıq. Bizim qayıdışımızı təşkil edənlər sağ olsunlar, var olsunlar”, - o bildirib.

Fatimə Əhmədova isə bildirib ki, 14 ildir ailəsi ilə birgə Kiyevdə yaşayır: “Biz gəldik, amma atam orada qaldı. O, Kiyevi qorumağa hazır olduğunu dedi. İndi Azərbaycanda özümü təhlükəsiz və rahat hiss edirəm. Sadəcə olaraq, atam üçün narahatam və darıxıram”.

“Səfirliyimiz çox sağ olsun ki, Ukraynada qalan Azərbaycan vətəndaşlarının təxliyəsi üçün əlində gələni edir. Ümid edirəm ki, bundan sonra təxliyəsi həyata keçiriləcək digər vətəndaşlarımız da sağ-salamat Vətənə çatacaqlar”, - Bakıya təxliyə olunan Azərbaycan vətəndaşlarından biri deyib.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyaya təxliyə olunmuş 176 Azərbaycan vətəndaşı AZAL-ın təyyarəsi ilə Bakıya gətirilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında onları yaxınları və qohumları qarşılayıb.

Qeyd edək ki, Rumıniya ilə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.

Müdafiə Nazirliyinin general-mayoru Hilal Nəcəfov nazirliyin Kəşfiyyat Baş İdarəsinin ehtiyatda olan mayoru Mansur Məmmədovu məhkəməyə verib.

 “Kriminalqafqaz” verdiyi məlumata görə, general sabiq həmkarını ona böhtan atmaqda günahlandırıb və Cinayət Məcəlləsinin 147.1 (böhtan), 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş edib.

Şikayətdə göstərilib ki, M.Məmmədov xəstəliyə görə ehtiyata buraxılıb və bundan sonra özünə məxsus “Facebook” səhifəsində H.Nəcəfov barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb və onu dövlətə xəyanət etməkdə, qatil olmaqda ittiham edib. Bundan başqa şikayətçi göstərib ki, barəsində “eşşək”, “telepuzik general” və s. kimi ifadələrə işlətməklə ona qarşı təhqirlər səsləndirilib.

Binəqədi rayon məhkəməsi şikayəti aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərib.

Qeyd edək ki, Hilal Nəcəfov 2017-ci ildə general-mayor ali rütbəsi alıb. O, həmin il düşmənin diversiya-təxribat qrupunu zərərsizləşdirilməsi və qrupun bir üzvünün ələ keçirilməsində müstəsna rol oynayıb.

Məhkəmədə Mansur Məmmədovun təqsiri sübuta yetirilərsə, onu 6 aydan 3 ilədək həbs cəzası gözləyir.

Fotoda: general-mayor Hilal Nəcəfov
297510

Bu gün Od çərşənbəsidir.

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Qeyd edək ki, martın 8-də Yel (Hava), 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Kamaləddin Qafarov: “Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni tarixi reallıqlar yaradıb”

“BMT Baş Assambleyasının 76-cı sessiyasında dövlət və hökumət başçıları səviyyəsində keçirilən yüksək səviyyəli tematik müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda etdiyi çıxış mahiyyət etibarı ilə Azərbaycanın siyasi-diplomatik müstəvidə apardığı mübarizənin mühüm tərkib hissəsidir. Ermənistanın işğal dövründə Azərbaycan ərazisində törətdiyi ağır cinayətlər və bu əməllərdən yaranan ciddi fəsadlar barədə məlumatlar, bütün bunlara görə Ermənistanın məsuliyyətə cəlb olunmasına dair tələblə yanaşı, dövlət başçımızın bu çıxışında Azərbaycanın bir çox istiqamətlərdə, o cümlədən pandemiya ilə mübarizə sahəsində qlobal təşəbbüsləri, həçmçinin ölkəmizin post-müharibə dövrü üçün artıq reallaşdırmağa başladığı daxili və beynəlxalq layihələr və bir çox başqa vacib məsələlər barədə ətraflı məlumatlar təqdim olunmuşdur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin öz çıxışına məhz COVİD-19 pandemiyası ilə qlobal mübarizə tədbirlərinin müzakirəsi ilə başlaması bir daha onu göstərir ki, Azərbaycan təkcə öz problemlərini deyil, eyni zamanda, bütün dünya ölkələrini narahat edən ciddi problemləri düşünür və onların həlli istiqamətində effektiv addımların atılması məqsədilə hər zaman konkret, rasional təkliflərlə çıxış edir: “Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri ilə Azərbaycan bu dövr ərzində bir çox iqtisadi baxımdan zəif ölkələrə çox dəyərli yardımlar göstərmişdir. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib. Ölkəmiz pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin yaranması üçün vacib təşəbbüslərlə çıxış edib.”

K. Qafarov Ermənistanın işğal dövründə Azərbaycan ərazisində törətdiyi ağır cinayətlər, bu əməllərdən yaranan fəsadlar və bütün bunlara görə Ermənistanın məsuliyyətə cəlb olunmasının vacibliyi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından Prezident İlham Əliyevin çıxışının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “Prezident İlham Əliyev öz çıxışında 30 il ərzində Ermənistanın işğal etdiyi ərazilərdə yerləşən bütün şəhər və kəndləri qəsdən dağıtması, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirməsi barədə ətraflı məlumat vermişdir. Dövlətimizin başçısı xüsusi olaraq qeyd etmişdir ki, II Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir.”

Miilər vəkili qeyd edib ki, Prezident İlham Əliyev bu dəfə də öz çıxışında Cənubi Qafqaz regionunda dayanıqlı sülhə və davamlı inkişafa aparan yeganə yolu Ermənistana yenidən göstərmiş və eyni zamanda da bu ölkədə revanşist əhval-ruhiyyələrini qızışdırmaq məqsədi güdən qüvvələrə öz sərt mesajını çatdırmışdır: “Prezident İlham Əliyev öz çıxışında beynəlxalq ictimaiyyətin də müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana müvafiq çağırış etməli olduğunu vurğulamışdır. Dövlətimizin başçısı Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulması tələbi ilə dünyada hələ də Azərbaycanın Qələbəsini həzm edə bilməyən qüvvələrə öz mesajını bir daha çatdırmışdır. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Artıq hər kəs bunu qəbul etməli və öz gələcək fəaliyyətini də məhz bu reallıqları nəzərə almaqla planlamalıdır.”

Bu gün Ukraynadakı vəziyyətlə əlaqədar 174 vətəndaşımız Moldovadan Rumıniyaya keçiriləcək, oradan isə Azərbaycana gətiriləcək.

Oxu.az məlumatına görə, Moldovada 500-ə yaxın azərbaycanlının ölkəmizə təxliyə olunması gözlənilir.

Vətəndaşlarımız avtomobilləri ilə ölkəmizə yola salınacaqlar.

Azərbaycanın Moldovadakı səfirliyindən bildirilib ki, Rumıniya və Bolqarıstan arasında viza rejiminin olmasına baxmayaraq, mövcud vəziyyətlə bağlı vizaya ehtiyac yoxdur:

“Artıq Ukraynada yaşayan vətəndaşlarımız oradan öz avtomobilləri ilə Moldovaya keçə bilərlər”.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Ukraynadan çıxmaq istəyən vətəndaşlarımıza müraciət edib:

“Maşını olan şəxslər öz avtomobilləri ilə sərhədə yaxınlaşsınlar. Onlar ailələri ilə birlikdə öz maşınları ilə Ukrayna, Moldova, Bolqarıstan, Türkiyə, Gürcüstan sonra isə Azərbaycana gedə bilərlər”.

Xəbər lenti