![]() |
|
Bu günlərdə 44 günlük Vətən müharibəsinin daha iki qazisi - Şixizadə Natiq Əbülfət oğlu və Bağırov Ceyhun Taleh oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST İş Mərkəzinə işə qəbul olunublar.
N.Şixizadə Mərkəzin İnsan resursları departamentində baş mütəxəssis, C.Bağırov isə mütəxəssis vəzifələrində işə başlayıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul prosesində şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına üstünlük verilir. Ümumilikdə hazırda DOST İş Mərkəzinin Aparatında 7 nəfər Vətən müharibəsi qazisi, 1 nəfər şəhid ailəsi üzvü çalışır.
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin akademiyaya gəlməsi barədə xəbərlər yayılmışdı. Onun AMEA-da gizli şəkildə iclas keçirdiyi bildirilirdi. Lakin məlum olub ki, Ramiz Mehdiyev akademiyaya şəxsi əşyalarını götürmək üçün gəlib.
Bu barədə Modern.az -a AMEA-nın Rəyasət heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.
"Ramiz Mehdiyev dünən əşyalarını götürmək üçün akademiyaya gəlib", - deyə AMEA sözçüsü bildirib.
O, həmçinin qeyd edib ki, R. Mehdiyev AMEA-nın həqiqi üzvü və akademikdir. Digər üzvlər kimi o da AMEA-ya gəlib-gedə bilər.
Xatırladaq ki, amademik Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı. Onun ərizəsi AMEA Rəyasət Heyəti tərəfindən qəbul olunub. Bundan əlavə, AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezident Arif Həşimova həvalə edilib.
Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində bu gün axşam saat 22:00-dan sabah səhər saat 06:00-dək Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçələri Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən azərbaycanlıların nəşləri Gəncənin Gülüstan qəsəbəsinə gətirilib.
APA xəbərinə görə, onlar səhər Göygöldə dəfn olunacaqlar.
Xatırladaq ki, 27 fevral tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq həmyerlimiz 8 avtomobildə Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd-keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşları Nemət İsmayılov və Azər İsmayılov hadisə yerində həlak olublar, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandırlar və Gəncə şəhərində məskunlaşıblar.
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı əhaliyə müraciət edib.
"Müraciətdə deyilir:
"Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.
Belə ki, bu il də Novruz bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmalıdır.
Həmçinin, müxtəlif bayram mərasimləri ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:
- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rövşən Əhmədov işdən çıxarılıb.
“Unikal” verdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafil Hüseynov müvafiq əmr imzalayıb.
Hələlik birinci müavin vəzifəsinə təyinat yoxdur.
Azərbaycanın Xankəndi şəhərindən yeni görüntülər paylaşılıb.
Musavat.com xəbər verir ki, video erməni teleqram kanallarında yayımlanıb.
Qeyd edək ki, Xankəndidə 5 gündən çoxdur ki, təbii qaz, istilik və elektrik enerjisi yoxdur.
Həmin görüntüləri təqdim edirik: