8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində tədbir keçirilib. 

Tədbirdə çıxış edən İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev bütün qadınları İdarə Heyətinin sədri Saleh Məmmədov başda olmaqla agentliyin kişi kollektivi adından 8 - Mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edib. 

Bildirib ki, bu gün Azərbaycan qadını həm gözəl Ana, həm də fəal ictimai xadimdir. Azərbaycan Qadını bütün dövrlərdə ən ağır sınaqlardan üzü ağ çıxaraq, taleyüklü məsələlərin həllinə layiqli töhvə verib. 

Qadınların fədakar əməyinə, cəmiyyətdəki roluna hər zaman çox böyük qiymət verildiyi, onlara daim qayğı ilə yanaşıldığı vurğulanıb. 

Bayramınız mübarək olsun! 

11 8 mart – Beynəlxalq Qadınlar günü

 

Əziz xanımlar! 

Sizi, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirik, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. 

Bayramınız mübarək olsun! 

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.

Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayının 1-də Azərbaycan əhalisinin sayı 10 156 366 nəfər olub, onların 50 faizini qadınlar təşkil edir. Ötən il doğulan 112,3 min körpədən 46,4 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,5 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,6 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 49,3 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5 faiz, fərdi sahibkarlar arasında isə 21,4 faizdir. Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,5 faizə çatıb.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2021-ci ildə 10,5 faizədək artıb. Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 118 qadın məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində durur.

Xəzərin suyu Kür çayına qarışdığından Neftçala rayonunda ekoloji və aqrar problemlər yaranıb.
 
Report məlumatına görə, xeyli müddətdir ki, Kür çayının Neftçala rayonu ərazisindən küçən hissəsində suyun səviyyəsi kəskin azaldığından Xəzər dənizinin şor suyu çaya qarışıb. Dəniz suyu rayonun Ərəbqardaşbəyli kəndinə çatıb.
 
Kürün suyu şorlaşdığından rayonun yaşayış məntəqələrində əkin sahələrinin suvarılmasında çətinliklər ortaya çıxıb. Rayonun 20 min nəfərdən çox əhalisi olan Xol zonası adlanan yaşayış məntəqəsində vəziyyət xüsusən ağırdır. Əhali həm içməli su sarıdan, həm də əkin sahələrinin suvarılmasında ciddi çətinliklərlə üzləşib.
 
Bu il rayonda 8 500 hektarda pambıq əkilməsi proqnozlaşdırılıb. Hazırda yaz aratının olmasına baxmayaraq, Kür çayının suyu şor olduğundan təsərrüfat sahibləri arat ( toxum səpinindən əvvəl əkin sahəsinin şumlanması-red) aparılmasından imtina ediblər.
 
Bir sözlə, Xəzərin suyu Kürə qarışdığından rayonda vəziyyət kritik həddə çatıb.
 
Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Bürcəli Ağayevin verdiyi məlumata görə, Kür çayında yaranmış suyun şorlaşması ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış müvafiq komissiya məsələni ciddi şəkildə araşdırır. Bununla əlaqədar olaraq Kür çayından ötürülən suyun əldə olunması, suyun saxlanılaraq əhaliyə verilməsi üçün hansı zəruri tədbirlərin həyata keçirilməsi mütəxəssislər tərəfindən araşdırılır.
 
Xüsusən ETSN-nin mütəxəssisləri tərəfindən bununla əlaqədar araşdırmalar aparılır və Kür çayının Xəzər dənizinə tökülən hissəsində - deltada suyu yığmaq və limitini müəyyənləşdirib əhaliyə verilməsi ilə əlaqədar mütəxəssis rəyi formalaşdırılır.
h

"Yol-xeber.az"un xəbərinə görə, Bu gün Cəbrayıl şəhər Uşaq musiqi məktəbində və Cəbrayıl şəhər Uşaq musiqi məktəbinin Sumqayıt bölməsində 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi cənab Əlisultan Sadıxov iştirak edib qadınları bayram münasibətilə təbrik etdi.onlara işlərində uğurlar arzuladı.

h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h

Şənbə gününə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 12-16° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımov dəfn edilib.

Şəhid əsgər İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

Report verdiyii məlumata görə, qanunvericiliyə əsasən, V.Kazımova şəhid statusu verilib.

Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.

Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Baş Prokurorluğun rəhbərliyi Səlim Müslümovla bağlı məhkəməyə müraciət etdi

Baş Prokurorluğun rəhbərliyi həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə istintaqın uzadılması üçün məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Müslümov 13 aydır həbsdə saxlanılsa da, onun cinayət əməlləri ilə bağlı istintaq yekunlaşmayıb. Baş prokurorluğun rəhbərliyi Səbail Rayon Məhkəməsinə müraciət edərək istintaqın daha 5 ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib və S.Müslümovun daha 5 ay həbsdə qalmasına qərar verilib.

Qanunvericiliyə görə istintaq 13 ay ərzində yekunlaşmasa, iş materialları çox olarsa, Baş prokuror Kamran Əliyev və ya onun birinci müavini Elçin Məmmədov istintaqın daha 6 ay uzadılması üçün təqdimat verə bilər. Daha sonra isə iş ya sübutlarla birgə məhkəməyə göndərilməli, ya da cinayət işinə xitam verilərək S.Müslümov azadlığa buraxılmalıdır.

Qeyd edək ki, Səlim Müslümov 13 aydır ki, həbsdədir. O, ötən ilin fevralın 2-də DTX tərəfindən saxlanılıb. Sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda rüşvət almaqda ittiham edilir.

Xəbər lenti