2021-ci ilin yanvar-fevral ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 7,1 milyard manatlıq məhsul istehal edib.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az sənaye məhsulu istehsal edilib.

Təkcə fevral ayı ərzində isə təxminən 3,5 milyard manatlıq sənaye məhsulu hasil olunub. 

Bildirilib ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,3 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,1 faiz artıb.

Sənaye məhsulunun 64,1 faizi mədənçıxarma sektorunda, 29,1 faizi emal sektorunda, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 9,6 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,3 faiz, kağız və karton istehsalı 26,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,5 faiz, tikinti materiallarının istehsalı 13,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,5 faiz, elektrik avadanlıqlarının istehsalı 6,2 faiz, qida məhsullarının istehsalı 2,5 faiz artıb.

Geyim istehsalı 4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 6,1 faiz, neft məhsullarının istehsalı 17,9 faiz, içkilərin istehsalı 18,6 faiz, hazır metal məmulatlarının istehsalı 20,2 faiz, mebel istehsalı 59,6 faiz, poliqrafiya məhsullarının istehsalı 67,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 74,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 95,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,6 faiz azalıb.

Piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün paytaxtın daha bir rayonunda yenilik tətbiq edildi.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib. 

Nəticədə hərəkət növbəliliyi təmin edilib. Eyni zamanda təhlükəsizlik səviyyəsi artırılıb. Bununla yanaşı əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

 

 
 
 
 
 
 
 
Əgər aşağıdakı əlamətlər sizdə varsa, mütləq həkimə müraciət edin, çünki sizdə...
Nitqdə qüsur.
Qəfildən baş verən kəkələmə beyində patoloji halın meydana çıxmasını bildirir.
Qəfildən nitqin tutulması və sinədə ağrı hissi baş verərsə, bu ciddi ürək xəstəliyinin olmasının əlamətidir.
Barmaqlar.
Barmaqların başının şişkinləşməsi nəfəs yollarında xəstəliklərin olmasını bildirir.
Barmaq falanqalarının sonunun uc hissələrində dərin cizgilərin olması hipertrioz və ya şəkərli diabet xəstəliyinin əlamətidir.
Oynaqlar.
Oynaqların əyilməsi artroz və ya podaqranın əlaməti hesab edilir. Oynaqlarda qızartıların olması isə poliartritin və ya revmatizmanın əlamətləri sayılır.
Dırnaqlar.
Dırnaqların yetərincə uzana bilməməsi və ya sınması orqanizmdə vitamin çatışmazlığının əlamətidir.
Göyərmiş dırnaqlar ürək xəstəliklərinin əlaməti hesab edilir. Sarı dırnaqlar isə qara ciyər və öd kisəsində xəstəliklərin olmasının göstəricisidir. Dırnaqların açıq yaşıl rəngdə olması infeksiya xəstəliklərinin əlamətidir.
Rəngsiz, sığallı və parlaq dırnaqlar qan xəstəliklərinin əlamətləri hesab edilir. Bir barmaqda bir-neçə ağ ləkənin olması ürək xəstəliyinin göstəricisidir.
Dırnaqlarda uzun cizgilərin olması orqanizmdə sink və dəmirin çatışmazlığının göstəricisidir. Dırnaqlarda eninə zolaqların olması isə əqli və ya fiziki cəhətdən zəif olmanın əlaməti hesab edilir. Qalın və quru dırnaqlar kalsium çatışmazlığının, parlaq çəhrayı rəng isə B12 vitamininin çatışmazlığını bildirir.
Mütəxəssislər yuxarıda sadalanan əlamətlərdən birinin belə sizdə olduğu halda mütləq həkimə müraciət etmənizi məsləhət bilir. Çünki bu sizə gələcəkdə baş verəcək ciddi xəstəliklərin qarşısını almaqda kömək edər.
12 Martda ölkəmizdə və dünyada baş verən vacib məlumatları sizinlə paylaşırıq.

Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır. (Əbu Turxan)

12 Mart tarixi ilin 71-ci günüdür. (4 ildən bir 72-ci gün)

Ölkə.Az 12 Mart tarixində ölkəmizdə və dünyada baş verən məlumatları oxuyuculara çatdırır.

1.  12 Mart 1881-ci il — Fransa Tunisi işğal etdi.

2.  12 Mart 1918-ci il — Moskva Rusiyanın paytaxtı elan edildi.

3.  12 Mart 1922-ci il — Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu ZSFSR (Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası) təşkil edildi.

4.  12 Mart 1986-cı il — İspanlar referendumda ölkənin NATO-da qalmasına səs verdi.

5.  12 Mart 1999-cu il — Çexiya, Polşa və Macarıstan NATO-ya qəbul edildi.

 

12 Mart tarixində doğum günü olan Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımız:

 

12.03.1992-ci il — Cəfərov Tehran Nadir oğlu (MAHHXHQ əsgər)

 

12.03.2002-ci il — Əhmədli Aydın Mustafa oğlu (Əsgər)

 

12.03.1996-cı il — Əhmədli Qardaşxan Elxan oğlu (Əsgər)

 

12.03.2002-ci il — Əhmədov Abdulla Əhməd oğlu (Əsgər)

 

12.03.2000-ci il — Hüseynov Elxan Maarif oğlu (MAHHXHQ əsgər)

 

12.03.1993-cü il — İsayev Təbriz İsabala oğlu (Kiçik Gizir)

 

12.03.2002-ci il — Muradov Habil Tahir oğlu (Əsgər)

 

12.03.1996-cı il — Mustafayev Rüfət Zöhrab oğlu (Əsgər)

 

12.03.1993-cü il — Rüstəmov Vüsal Valeh oğlu (Gizir)

 

12.03.1997-ci il — Şirinov Elvin Elsevən oğlu (Gizir)

 

Allah şəhidlərimizə rəhmət eləsin

DİN Baş DYP İdarəsi sürücülərə müraciət edib.

Müraciətdə deyilir:

"Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir".

Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 11-də arabir yağan yağışın martın 12-də sulu qara, gündüz qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enərək martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.

Azərbaycanın rayonlarında martın 11-i gündüz şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 11-də 15-20 m/s, martın12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Birlikdən verilən məlumata əsasən, qurumun baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlərlə Fariz Rza oğlu Məmmədov digər işə keçməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Bu vəzifəyə Zaur Ləyaqət oğlu Məmmədov təyin edilib. Z.Məmmədov bu təyinata qədər Bakı Regional Qazın Satışı Departamentinin rəisinin Xəzər rayonu Xidmət Sahəsi üzrə müavini vəzifəsində çalışıb.

11 mart tarixində Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 11 447 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 436 849 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

“Space” TV-nin yeni rəhbəri Kamil Şahverdiyev kanalın sabiq rəhbəri Vaqif Mustafayevin yaxın kadrını işdən çıxarıb.
Unikal.org məlumatına görə, K.Şahverdiyevin əmri ilə, adıçəkilən televiziyanın Proqram Departamentinin rəhbəri Tamara Məmmədova tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edir.

Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə toy məclislərinin keçirilməsinə qadağa qoyulmasından bir il ötür. Bu müddət ərzində dəfələrlə koronavirus infeksiyasının yayılma dairəsinin minimuma enməsi nəticəsində hökumət müəyyən açılımlara getsə də, toy məclislərinin keçirilməsinə icazə verməməkdə davam edib.

Qeyd edək ki, koronavirus infeksiyası yayılmağa başladığı ilkin mərhələdə bütün dünyada toy, yas, kütləvi bayram tədbirləri, idman yarışları, hətta beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi belə qadağan edildi. Lakin zaman keçdikcə əksər ölkələrdə kütləvi bayram tədbirləri, yarışlar istisna olmaqla, digər tədbirlərin keçirilməsi bərpa olundu. Bu təcrübədən çıxış edərək, Azərbaycanda da bir çox ekspertlər yoluxma təhlükəsinin qarşısını alacaq öntədbirlərə riayət olunması şərtilə toy məclisləsinə qoyulan qadağanın aradan qaldırılmasını zəruri sayırlar.

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, təhlükəsizlik tədbirlərinə, epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə digər sektorlarda da iqtisadi fəaliyyətin bərpası mümkündür: “Xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədəuyğun olardı. Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılıma gedilmir. Daha yaxşı olardı ki, bəlli standartlarla bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur”.

Millət vəkili deyir ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir: “Buna görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda toy biznesi yalnız şadlıq evləri və restoranlardan ibarət deyil: “Toy biznesi böyük multiplikativ effekti olan bir sahədir. Bura fotoqraflardan tutmuş, şadlıq evləri və restoranlara ərzaq, işçilər satanlara, gözəllik salonlarına qədər böyük bir biznes şəbəkəsi aiddir. Bir çoxları qeydiyyatsız olsa da, toy biznesi ölkədə məşğulluğun təminatında da mühüm rol oynayır, çünki minlərlə iş yeri təmin edirdi. Bu baxımdan biz toy biznesinin dayanmasının rəsmi iqtisadi zərərləri ilə yanaşı, qeyri-rəsmi zərərini də nəzərə almalıyıq. Tam əminliklə deyə bilərik ki, toy biznesi Azərbaycanda iqtisadi canlanmanın təmin olunmasında mühüm rola malikdir”.

Ekspert hesab edir ki, Azərbaycanda toylara yanaşmanın dəyişməsi zəruridir: “Hamımız bilirik ki, toylarda israfçılıq geniş yayılmışdı. Bu baxımdan, pandemiyadan sonra bu yanaşmanın dəyişməsinə ümidlər var”.

Toy biznesinin aktiv iştirakçısı, “Xəmsə” şadlıq evinin sahibi Mürvət Həsənli “Yeni Müsavat”a bildirir ki, pandemiyaya görə toyların qadağan edildiyi bir il ərzində 1 milyon manatdan yuxarı zərərə uğrayıb: “Biz adətən il ərzində may ayı, Ramazan ayı, Məhərrəm ayında toyların olmamasına alışmışdıq. Fəaliyyətimizi elə tənzimləyirdik ki, boş dayandığımız müddətdə işçilərin əmək haqqını ödəyə bilirdik. Amma son bir ildə toyların tamamilə qadağan olunması nəticəsində 1 milyon manatdan yuxarı zərərlə üzləşmişik. Və deyim ki, bu, yalnız toy biznesinin bir həlqəsinin - şadlıq sarayı olaraq bizim zərərimizdir. Bu biznesin digər həlqələri də var və onların da zərəri böyükdür. Azərbaycanın bir çox dünya ölkələrində olduğu kimi, özünəməxsus toy adətləri var. İsraildən tutmuş, Şərqi Avropa ölkələrinə qədər geniş bir ərazidə toy məclislərinin təntənəli keçirilməsi müşahidə olunur”.

İş adamı qeyd edir ki, toy biznesi iqtisadiyyatı hərəkətə gətirən əsas amillərdən biridir: “Baxın, toy varsa, demək, proses evlənənlərin yaşaması üçün ev alınması, yaxud olan evlərin təmirindən başlayır. Bu, tikinti, alqı-satqı sahəsində hərəkətlilik deməkdir. Daha sonra gəlinə qızıl-bəzək əşyalarının, geyimlərin alınması, qız valideynləri tərəfindən isə cehizlik əşyaların - mebeldən tutmuş, çini qablara, elektronik əşyalara qədər - alınması gəlir. Bundan əlavə, toylarda iştirak edəcək şəxslərin geyim alması da nəzərə alınmalıdır. Bu, qeyri-ərzaq pərakəndə ticarətində, mebel, zərgərlik məmulatları istehsalında tələbatın yaranması, hərəkətlilik deməkdir. Daha sonra gəlir fotostudiya, gözəllik salonları kimi sahələrdə tələbin yaranması. Toy günü üçün şadlıq saraylarını, restoranları meyvə, içki, ət, digər məhsullarla təmin edən sahibkarlar da biznesin bir həlqəsini təşkil edir. Toyların yaratdığı tələbat kənd təsərrüfatı məhsullarının satış həcmlərini artırmaqla bu sahənin də inkişafına təkan vermiş olur. Həmçinin toya gəlib-gedənlərin istifadə etdiyi taksi xidmətləri var. Toy məclisində çıxış edən müğənnilər, tamadalar, rəqs qrupları və sairi də əlavə etdikdə, görün, toy nə qədər böyük biznes şəbəkəsi üçün iş, gəlir deməkdir. Bir ildir Azərbaycanda belə böyük biznes şəbəkəsinin fəaliyyəti dayandırılıb. Əlbəttə, biz sahibkar olaraq heç bir halda yoluxma riskini artırmağın tərəfdarı ola bilmərik. Lakin son ayların dünya təcrübəsi də göstərir ki, pandemiyanın yayılmasında məhdudiyyətlərdən daha çox, qaydalara əməl olunmasına nəzarət mexanizminin düzgün qurulması müsbət rol oynayır. Yəni biz toyun keçirilməsini qadağan etməklə deyil, toyların təhlükəsizlik tədbirləri alınmaqla keçirilməsini təmin etməklə daha böyük nailiyyət əldə edə bilərik”.

M.Həsənli bildirir ki, toyların 50-60 nəfərlə keçirilməsi şərtilə bərpa olunması nə şadlıq sarayları və restoran sahiblərinə, nə də toy edənlərə iqtisadi baxımdan sərf edən variantdır: “Bir misalla izah edim. Tutalım ki, toy məclisində iştirak edən musiqiçi və xanəndəyə min manat verilir. 50 nəfər qonaq olarsa, bu, hər adama 20 manat xərc deməkdir. Qonaqların sayı 300 olduqda isə bu, adambaşına 3 manat xərcdir. Şadlıq saraylarına gəlincə, bir zalın isidilməsi (yaxud soyudulması), təmizlənməsi xərci qonaqların sayından asılı deyil. Üstəlik, az sayda qonaq üçün ərzağı da az almaq lazım gəlir ki, bu da qiymətdə fərqə səbəb olur: ərzağı nə qədər çox alsan, bir o qədər qiymətdə endirim əldə edirsən. Yəni şadlıq saraylarının gəlir marjası kəskin azalacaq. Toy sahiblərinə gəlincə,  50 nəfərlə toy edən ailə şadlıq sarayına adambaşına 100-200 nəfərlik toydan az qala ikiqat artıq pul ödəməli olacaq. Buna görə də təhlükəsizlik tədbirlərinə riayət və nəzarət edilməsi şərtilə, toyların əvvəlki qaydada keçirilməsinə icazə verilməsi daha məqsədəuyğun olardı. Bu, postpandemiya dövründə iqtisadiyyatın bərpası prosesinin sürətlənməsinə ciddi bir təkan olar”.

Azərbaycanda toyların keçirilməsi ilə bağlı suallara CAVAB

Koronavirusun yayılma sürətinin artdığı indiki məqamda toyların bərpası məsələsinin gündəmə gətirilməsi yəqin ki, çoxlarına təəccüblü gələcək. Amma nəzərə alsaq ki, toy biznesi iqtisadiyyatın canlanmasına təkan verə bilər, eyni zamanda Azərbaycanda toysuz evlənmə təcrübəsi yox səviyyəsində olduğuna görə toyların dayanması demoqrafik problem də yaradır, o zaman bu adətimizin bərpa olunmasının vacibliyini anlamaq olar. Toyların bərpası ona yaxın iqtisadi fəaliyyət sahəsində işin canlanması, büdcəyə vergi və sosial ödənişlərin artması deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda  ictimai iaşə xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 2,2 dəfə azalaraq 759,6 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 2 dəfə azalaraq 350,4 milyon manat, fiziki şəxslər üzrə dövriyyə isə iki dəfədən də çox azalmaqla 403 milyon 608,9 min manat təşkil edib.

Cari ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,2 dəfə azalaraq 35,5 milyon manat, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 25,1 faiz azalaraq 620,3 milyon manat olub.

Komitənin hesablamalarına görə, 2020-ci ildə Azərbaycanda yeni doğulan uşaqların sayı 2019-cu illə müqayisədə 11,2 faiz(14 608 nəfər) azalmaqla 126 571  nəfər təşkil edib.

Xəbər lenti