![]() |
|
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.
Bildirilib ki, Bakının Sabunçu rayonu Ramana qəsəbəsində tikilən mənzillər öz sahiblərinə verilib.
Bu barədə "Ölkə.Az" Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.
Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.
"Ölkə.Az"ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, onlardan 1 347 nəfər şəhidin vərəsələri (təxmini ödəniş həcmi 14 milyon 817 min manat), 4 763 nəfər xəsarət alanlardır.
Qanuna müvafiq olaraq şəhid olmuş hərbçilərin vərəsələrinə 11 min manat, I qrup əlillərə 8 800 manat, II qrup əlillərə 6 600 manat, III qrup əlillərə 4 400 manat, ağır və yüngül xəsarət alanlara müvafiq olaraq 2 750 manat və 550 manat məbləğində sığorta ödənişi verilir.
Müvafiq sığorta ödənişlərinin operativliyinin təmin olunması məqsədilə Mərkəzi Bankda işçi qrup yaradılıb. İşçi qrup hərbi qulluqçulara və onların vərəsələrinə Qanunla müəyyən edilmiş təsdiqedici sənədlərin sürətli qaydada təqdim olunması üçün müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir.
Oxu.az məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən, Aysel Soltanova “Baktelekom” MMC-nin baş direktorunun müavini təyin edilib.
O, martın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, A.Soltanova bu təyinata qədər “Azərkosmos” ASC-nin Marketinq Departamentinin rəhbəri vəzifəsində çalışıb.
Məlumatı Oxu.Az-a Nazirlikdən təsdiq ediblər.
Xatırladaq ki, bu barədə ilk məlumatı report yayıb.
Bu gün Real TV-nin 3 yaşı tamam olur.
Kanala tanınmış telejurnalist Mirşahin Ağayev rəhbərlik edir. Televiziya Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşıb.
Burada çalışanların əksəriyyəti fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşlarıdır.
Azərbaycanda daha iki məktəb koronavirus səbəbindən distant təhsilə keçib.
Trend məlumatına görə, Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb yoluxmaya görə bağlanıb.
Distant təhsilə keçən digər məktəb isə Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsidir. Məktəbdən məlumatı təsdiqləyiblər.
Bildirilib ki, məktəb bu gündən etibarən fəaliyyətini dayandırıb.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb.
"Report" məlumatına görə, komissiyanın növbəti toplantısı martın 17-də keçiriləcək.
Bu, komissiyanın sonuncu iclası olacaq.
Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.
Sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların da hərəkətində çətinliklər var. Hərəkət intervallarında gecikmələr yaranıb.
- Babək prospekti H.Əliyev prospekti istiqamətində sıxlıq
- Moskva prospektində şəhər istiqamətində sıxlıq
- Abbasqulu ağa Bakıxanov küçəsi Türkiyə səfirliyi istiqamətində sıxlıq
- Qara Qarayev prospektində hər iki istiqamətdə sıxlıq
- Mikayıl Əliyev küçəsi Heydər Əliyev prospekti istiqamətində sıxlıq
- Ziya Bünyadov hər iki istiqamətdə sıxlıq
- Abdulvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
- Heydər Əliyev prospekti şəhər istiqamətində.