![]() |
|
Baku.ws xəbər verir ki, Humay Quliyeva 13 mart şənbə günü dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Humay Quliyeva BP, Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib və Azərbaycandan Amerikaya, Afrikaya qədər bir çox ölkədə misilsiz xidmətlər göstərib.
O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri idi.
Allah rəhmət eləsin!
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə bayram ərəfəsində qurumun karantin rejimini sərtləşdirəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Qurum karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulunun birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ olmadığını açıqlayıb.
Qeyd olunub ki, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir: "Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinəylə bağlı tövsiyələr verir. Bütün bunlarla bərabər, vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insanların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir. TƏBİB pandemiya ilə mübarizədə NK yanında Operativ Qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir".
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Qıraq Müşlan kəndindən videogörüntülər yayıb.
Həmin görüntüləri təqdim edirik.
“Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əsassız olaraq kimsənin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”.
“Report xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.
O bildirib ki, əgər şəxsin pensiyanı əsassız şəkildə alması müəyyən olunubsa bu halda pensiya dayandırılır: “Bu halda vətəndaş sərbəst şəkildə Fondun yerli bölmələrinə, yaxud məhkəməyə müraciət edə bilər. Onu da qeyd edə bilərəm ki, bu günə qədər dayandırılmış pensiya işlərindən heç biri ilə bağlı əsassız şikayət daxil olmayıb. Son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb. Təbii ki, bu da şəffaflanmanın göstəricisidir”.
44 günlük davam Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Bu gün təklif olunan məsələlərdən biri də şəhid və qazi ailələrinin kommunl xidmətdən pulsuz yararlanmasıdır. Müharibədən sonra kommunl xidmətlər şəhid və qazi ailələri üçün pulsuz ola bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, şəhid ailələrin və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət dəstəyi günü-gündən artmaqdadır:
"Bu kateqoriyadan olan insanların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2025-ci ilə qədər mənzillə təmin olunması üçün xüsusi dövlət proqramı qəbul olunubdur. Qaziləri avtomobillərlə təmin edilməsi, müalicəsi , müasir protezlərlə təmin olunması, reabilitasiya tədbirlərinin həyata keçirilməsi, məşğulluğun təşkili, aylıq müavinətlərin artırılması və digər istiqamətlərdə dövlət qayğısı davam etdirilir. Şəhid ailələri və qazilər vətən yolunda öz canları qoymuş şəxlərdir. Dövlət başçımızın da qeyd etdiyi kimi bu şəxslərin yanında həmişə olmalıyıq və mütəmadi olaraq sosial vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək dəstəkləyici dövlət proqramların əhatə dairəsi genişləndirləcəkdir".
“Report” xəbərinə görə, gecə saatlarından etibarən yağan qar yolda avtomobillərin hərəkətini çətinləşdirib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar yolda qalan sürücülərə yol polisinin əməkdaşları kömək göstərirlər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib. Müraciətdə deyilir:
"Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir".
Məşhur “Veysəloğlu” Şirkətlər Qrupunun satış təmsilçilərinin xeyli miqdarda pul mənimsədiyi aşkar olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, şirkət özü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili yoxlama zamanı müəyyən olunub ki, satış təmsilçisi Amur Məmmədov 2018-ci ilin yanvarında 8300 manat, Sərxan Tağıyev 2020-ci ilin mayında 10 min manatdan çox, Röyal Hüseynov isə ötən ilin avqustunda 18 min manatdan çox pulu mənimsəyib.
Şirkət rəhbərliyi bu iddia ilə hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxslər barəsində zəruri addımların atılmasını tələb edib. Hazırda bu müraciətlə bağlı araşdırma aparılır.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirusla mübarizə tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir:
“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.
Qeyd edək ki, koronavirusla mübarizə tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Belə ki, xəstə sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir”.
“Qərara uyğun olaraq müddətli əlavələr iş vaxtına/saatına mütənasib olaraq ödənilir. Belə ki, müddətli əlavələr tibb və qeyri-tibb işçilərinin koronavirusla mübarizə tədbirlərinə cəlb olunduqları iş vaxtına/saatına görə hesablanır.
Məlumat üçün bildirək ki, yanvar ayı ərzində ölkədə koronavirusa yoluxan şəxslərin sayı az olduğu üçün tibb və qeyri-tibb işçilərinə ödənilən müddətli əlavənin məbləğində də azalma müşahidə olunub”, - deyə qurumda qeyd edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var.
Həmin küçə və prospektlər aşağıdakıdır:
- Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti);
- Ziya Bünyadov prospekti - Əsas yol - (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq,Bakı Polad Zavodunun qarşısı da daxil,eyni zamanda,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqamətində);
- Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən,Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində);
- Afiyəddin Cəlilov küçəsi - (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti);
- Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən;
- A.Nobel prospekti - (Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqamətində);
- Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində);
- Heydər Əliyev prospekti – Əsas yol və Kənar yol - (Koroğlu metro stansiyasının qarşısından,Şəhər mərkəzi istiqamətində);
- 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər);
- Tbilisi prospekti - (Hər iki istiqamətdə,şəhər mərkəzi və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, 20 Yanvar dairəsi istiqamətində);
-Yusif Səfərov küçəsi - (Cavanşir körpüsü istiqamətində);
-Həsən bəy Zərdabi prospekti (20 Yanvar dairəsinə düşən hissə).