Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndindən video yayıb. 

Həmin görüntüləri təqdim edirik:

Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri Naxçıvandan birbaşa Azərbaycana uzanan koridorun açılmasıdır.

Tarixi Azərbaycan torpağı Zəngəzurdan keçdiyinə görə Zəngəzur dəhlizi adlandırılan bu strateji yol bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. 

Eləcə də, fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni 400 kilometr qısaldacaq. Bu isə həm xərclərin azalması, həm də ticarətlə məşğul olanlar arasında rəqabət imkanlarının genişlənməsi deməkdir. 

Bu dəhliz enerji və ticarət yollarını kökündən dəyişməklə, Azərbaycana çoxlu sayda dividend qazandıracaq.

Ətraflı süjeti təqdim edirik:

“Bəzən vətəndaşların narazılıqları vaksin olunmağa gəldikləri zaman növbə gözləmələridir. Qeyd etmək istəyirəm ki, vaksindən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi bəzən vətəndaşların gözləməyinə səbəb ola bilir”.
Bunu Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib.

Nazirlik rəsmisi qeyd edib ki, əsas səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti ilə yaranır: “Onların bir-bir qeydiyyata alınması prosesi həqiqətən bəzən çətinliklərə səbəb olur və gözləmələrə gətirib çıxarır. Nəticədə müəyyən narazılıqlara səbəb olur. Bizim işə yardım məqsədi ilə vətəndaşlardan qeydiyyatdan keçmələrini və ya yaxınlarından bu prosesdə onlara yardımçı olmalarını xahiş edirik”.

S.Babazadə eyni zamanda vaksin olunduqdan sonra hər hansı bir şikayətlə müraciət edən vətəndaşlar olub-olmamasına da aydınlıq gətirib: “Təkcə COVID-19 vaksini yox bütün vaksinlərin vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq”.

Azərbaycanda pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.

Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Bu artımı əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin edib.

Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.

Son günlər Azərbaycanda yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Hamını narahat edən sual isə yenidən sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlıdır. Hazırda yoluxma sayının artmasına səbəb nədir?

Həkim-infeksionist Nilufər Məmmədovanın dediyinə görə, hazırda ölkədə epidemioloji vəziyyət narahat doğuracaq səviyyədə deyil: "Azərbaycanda mərhələli şəkildə sərt karantin rejimi tətbiq edilir. Mərhələli olaraq qapanmaların, yenidən açılmaların olacağını öncədən biz gözləyirdik. Təbii ki, tam qapanma ciddi sosial-iqtisadi böhrana səbəb ola biləcəyi üçün mərhələli şəkildə qapanma əksər ölkələr üçün daha uyğundur. Karantin rejiminin ləğv olunduğu zaman yoluxma sayında artımın olması gözləniləndir. Düşünürəm ki, son günlər müşahidə edilən yoluxma sayı stabil qalsa, yenidən tam qapanmaya ehtiyac qalmayacaq.

Əgər rəqəmlərdə ciddi bir artım müşahidə edilərsə, həkimlər, tibb işçiləri yüklənmiş formada çalışarlarsa, yenidən qapanmalar ola bilər".

İnfeksionistin sözlərinə görə, yoluxma sayının artmasında məktəblərin, universitetlərin, bağçaların açılmasının böyük rolu var: "İstər-istəməz ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb. İctimai nəqliyyatın yükləmə ilə işləməsi, təhsilin yenidən bərpa olunması yoluxma sayının artmasına təsir edib.

Yoluxmanın hansı həddə kimi təhlükəli olmasını əvvəlcədən demək də mümkün deyil. Xəstəxanaların, ayrılmış səhiyyə ocaqlarının tam dolması zamanı artıq yoluxma təhlükə yaradır. Bu zaman stasionar ehtiyacı olan xəstələri yerləşdirmək mümkün olmur. Ancaq o həddə biz hələ ki çatmamışıq".

Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Yoluxma sayının artmasını məktəblərlə əlaqələndirmək olar. Amma məktəblər bağlansa da, bu göstəricilər bəzən yüksək olur. Ola bilsin xarici ölkələrə gediş-gəlişin açılması da təsir göstərib. Eyni zamanda ilin soyuq, fəslin dəyişən vaxtıdır.

Bununla belə, son günlər yoluxma sayı elə də yüksək səviyyəyə qalxmayıb, bizə müraciət edənlər da əvvəlki dövrlə müqayisədə elə çox deyil. Təhsil müəssisələrinin də bağlanması üçün əsas yoxdur. Bizə heç hərarəti olan tələbə də müraciət etməyib. Amma qarşıdan Novruz bayramı gəlir, hər şey insanlardan asılıdır. Ara məsafəni gözləsinlər, adamlar çox olan yerə getməsinlər. Qaydalara əməl olunsa, sərt karantinə də ehtiyac qalmaz. Hazırda vaksinasiya aparılır. İlk olaraq 65, indi 50 yaşda olanlar peyvənd olunur, yavaş-yavaş yaş kateqoriyası aşağı düşəcək. Fikrimcə, müsbətə doğru gedirik".

İ.Bayramovun sözlərinə görə, yoluxma sayı 4-5 minə çatsa, təhlükəli sayılır: "Bu zaman sərt karantin təyin oluna bilər. 400-500 nəfərlik yoluxma təhlükəli rəqəm deyil, bundan da kəskin respirator infeksiyalarda daha çox adam yoluxurdu. Sadəcə, infeksiya epidemiya ərəfəsindədir, insanlarda da xəstəliyə qarşı fobiya yaranıb. Hazırda insanların daha çox maariflənməsinə ehtiyac var. Görürsən işi olmayan, yanaşı xəstəlikdən əziyyət çəkən insanlar maskasız gəzirlər. Bunlar çox təhlükəlidir.


Düşünürəm ki, indiki yoluxma sayı ilə sərt karantin tətbiq olunmaz. İndi bizə müraciət edənlərin sayı da azalıb. Bir çoxunda da koronavirus mədə-bağırsaq pozuntusu ilə başlayır, 37.1, 37.2 hərarət olur. Ağciyərlərdə hər hansı şikayət olduğunu deyən yoxdur. Əvvəlkinə nisbətən yüngül keçir. İnsanlarda koronavirus aşkarlansa da, kliniki gediş əvvəlki kimi deyil, daha yüngüldür. Bundan əvvəl hərarət düşmürdü, 2-3 antibiotik təyin olunurdu. İlkin gündən boğulmalar müşahidə olunurdu. İndi insanlar xəstəliyi adi bir qrip kimi keçirir".

Qeyd edək ki, bu gündən "Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Bu arada "Sinovac" şirkətinin istehsalı olan "CoronoVac" peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb. Vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.

Bundan başqa, sınağın nəticələrinə görə, "CoronoVac" peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100 faiz alır.

Nəticələrə əsasən, peyvənd vurulandan sonra yorğunluq, baş, əzələ ağrısı, temperatur və titrətmə kimi hallar müşahidə olunub.

Bakıda dayanma və durmanın qadağan edildiyi yerlərdə avtomobillər park edilir.

Ölkə.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şəhərin demək olar ki, bir çox ərazisində, eləcə də yol kənarlarında bu cür hallara rast gəlmək mümkündür.

Xüsusən də daha çox nəzarət kamerası olmayan ərazilərdə. Müşahidələr göstərir ki, bir çox sürücü dayanma və durma qaydasının nə olduğunu bilmir. Bilənlər də kobud qayda pozuntusuna yol verirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bəzi ərazilərə yerləşdirilən 3.28 nişanı durmanı, 3.27 nişanı isə dayanma və durmanı qadağan edir. Amma bu məsələdə də istisnalar var. Məsələn, əgər avtomobildə nasazlıq yaranarsa və ya qəza baş verərsə bu halda dayanmaya icazə verilir.

Dayanma və durma ilə bağlı ən böyük problem hazırda durmaya müddətin verilməməsidir.

Ekspert deyir ki, əslində, dünya təcrübəsində durma ilə bağlı vaxt var. Hətta sovet dövründə də Azərbaycanda bu qayda olub. O vaxt 5 dəqiqəyə qədər olduqda dayanma, 5 dəqiqədən çox olduqda isə durma sayılırdı. Ərşad Hüseynov bildirir ki, vaxt məsələsini yalnız 3.28 nişanının olduğu ərazidə tətbiq etmək olar.

Qeyd edək ki, 3.27 nişanının təsiri altında və avtobus dayanacağında avtomobili saxlamaq qəti qadağandır. Avtobus dayanacağında dayandıqda və durduqda cərimə 40 manat, digər qadağan edilmiş ərazidə isə bu qaydanı pozduqda 20 manat cərimə tətbiq edilir.

Bir tərəfdən peyvənd olunuruq, digər tərəfdən bir yerə toplaşmamaq barədə göstəriş verilib. Lakin bəzi xəstəxana və onların rəhbərlərinə, deyəsən, bu çağırışlar gedib çatmayıb.

"ARB24" xəbər verir ki, tibb müəssisələrində maskasız uzun növbələr qeydə alınır.

Xəstəxanaların dəhlizində sıxlığın yaranması ölkədə elan edilən karantin qaydalarının pozulması deməkdir.

Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndindən videogörüntülər yayıb.

Görüntüləri təqdim edirik:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

“Report” məlumata görə, komissiyanın növbəti toplantısının martın 4-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyada 550-dən çox müraciətə baxılıb.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır, həqiqəti əks etdirmir.

Xatırladaq ki, sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” tipli cavab yazıldığını iddia edən foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.

 

Xəbər lenti