![]() |
|
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonununda Üçtəpə adlanan ərazisdə erməni hərbi birləşmələrinin ataraq qaçdığı 1 ədəd avtomat, 1 ədəd karabin, 1 ədəd tüfəng, 8 ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara verilən əlavələrin yanvar ayından ödənilmədiyini bildiriblər.
Oxu.az xəbər verir ki, bu barədə xəstəxanada çalışan həkimlər məlumat veriblər. Onların sözlərinə görə, bu ilin yanvar ayından həkimlərə əlavə ödənişlər verilmir. Həkimlər iddia ediblər ki, onlara fevral ayının əməkhaqları verilməyib.
Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirilib ki, bu gün ərzində ödənilmə olacaq:
“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yanvar ayı üzrə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələrin ödənişi davam edir. Ödənişlərin 11 mart tarixində başa çatması nəzərdə tutulur”.
“Dövlət tibb müəssisələri tərəfindən siyahılar göndərildikdən sonra agentlik fevral ayı üzrə də ödənişlərə başlayacaq”, - deyə qurumdan qeyd edilib.
NK 2020-ci il üzrə hesabatında açıqlayıb ki, tarif tənzimlənməsi həyata keçirilərkən gəlirlər təchizatçı subyektlərin yalnız zəruri xərclərini bağlayacaq səviyyədə nəzərə alınıb.
Bu baxımdan ölkənin hər bir regionunda aşağı tariflə illik istehlak həcminin yüksəldilməsi təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə həmin region üzrə xidmətlə bağlı yaranan xərclərin qarşılanması məqsədilə digər regionlarda illik istehlak həcminin azaldılması zərurətini yaradır. Bu da istehlakçılar arasında sosial ədalət prinsiplərinin pozulmasına səbəb olur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi, martın 11-də arabir yağış yağacağı, 12-də gündüz yağışın sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Martın 12-də günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.
Martın 11-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, martın 12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda “Elgizlə izlə” verilişinə telefonla zəng edərək deyib. Bir müddət əvvəl ayaqları tutulan və müalicə alan müğənni 30 kiloqram çəki atdığını söyləyib:
“Oynaqlarımın fəaliyyəti dayanıb. Diz, bilək nahiyələrim işləksiz qalıb, hərəkət edə bilmirəm”.
Qeyd edək ki, Z.Abdullayeva bir müddət əvvəl Axşam.az-a açıqlamasında revmatizmadan əziyyət çəkdiyini və uzun müddət xəstəxanada qaldığını demişdi.
Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputat Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlandığını qeyd edib: "COVID-19-dan qorunmağın yeganə yolu peyvəndləmədir. Doğrudur, bu proses könüllü olsa da, insanlar arasında çox böyük ruh yüksəkliyi ilə qəbul olunur. Vətəndaşlar peyvənd olunmaq üçün könüllü şəkildə klinikalara müraciət edirlər. Amma bu o demək deyil ki, peyvənd olunduğun gün COVID-ə yoluxma riski sıfırlanır. Bunun üçün vaksinin ikinci dozunu da qəbul etmək lazımdır.
Məlumdur ki, birinci vaksindən sonra orqanizm koronavirusla mübarizəyə başlayır, qanda antitellər yaranır. Antitellərin əmələ gəlməsi ikinci vaksindən sonra 100 faizə yüksəlir".
Kamilə Əliyeva müəyyən vaxtlarda ölkəmizdə yoluxanların sayının azaldığını, sağalma sayının isə çoxaldığını vurğulayıb: "Rəqəmlərin aşağı olması insanlar arasında bir növ arxayınlıq yaratdı, sanki pandemiyadan qurtulmuşuq. Bu baxımdan nə qədər peyvənd olunsaq da, üç qızıl şərtə əməl etməliyik: maska taxmalıyıq, sosial məsafə saxlamalıyıq, gigiyenik qaydalara əməl etməliyik.
Yanvarın sonu, fevralın 1-dən karantin rejimində bir sıra yumşalmalara gedildi. Bu yumşalmalar yoluxmaların müəyyən qədər artmasına səbəb oldu. İndi insanlar daha məsuliyyətli olmalı, qaydalara daha ciddi riayət etməlidirlər".
Deputat qarşıdan gələn Novruz bayramı ərəfəsində insanları daha məsuliyyətli olmağa çağırıb: "Tarixən ölkəmizdə bu bayaram yüksək səviyyədə qeyd olunub. Bayram ənənəsinə görə yaxın qohumlar ziyarət olunur, insanlar bir-birinin evinə gedir. Əgər bayramlaşma zamanı karantin tədbirlərinə riayət olunmazsa, yoluxmada kəskin artım dinamikası müşahidə oluna bilər.
Heç kəs virusa yoluxmaqdan sığortalanmayıb. Buna görə də daha sərt karantin rejiminə keçməmək üçün tətbiq olunan bütün qaydalara mütləq əməl olunmalıdır.
Bayramın kütləvi qeyd olunması, insanların rayonlara axışması virusa yoluxmanı şərtləndirir. Düşünmək belə istəmirəm ki, bu, son mərhələdə nələrə gətirib çıxara bilər. Çünki biz o mərhələni keçmişdik, gün ərzində yoluxanların sayı 4 mini ötmüşdü, onlarla ölüm olurdu, xəstəxanalar həddən artıq dolu idi. Həmin günlərə qayıtmamaq üçün vətəndaşlarımızı həm peyvəndlənməyə, həm qaydalara riayət etməyə, həm də bir yerdə toplaşmaqdan çəkinməyə çağırıram.
Əgər istəyiriksə daha sərt karantin və SMS icazə olmasın mütləq şəkildə qaydalara əməl etməliyik". (teleqraf.com)
Həmin görüntüləri təqdim edirik:
Martın 9-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 21 204 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 428 635 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
DİN-in Mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib ki, martın 9-da saat 17 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - T.Vəliyevanın idarə etdiyi “Peugeot” və R.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də T.Vəliyevanın sərnişinləri - 10 yaşlı qızı Selin Maria və 7 yaşlı oğlu Rafael Nadim xəstəxanaya yerləşdirilib, oğlu orada ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, hadisə zamanı ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.