"Xudavəndi-aləm kömək olsun, camaatın uşaq pulunu versinlər. Ən böyük iş uşaq pulu məsələsidir. Bunu həll etsələr, Azərbaycan xalqı rahatlayar".
Bu sözləri millət vəkili Aqil Abbas "AStar" "Youtube" kanalına müsahibəsində deyib.

Deputat uşaq pulunun miqdarı ilə bağlı suallara da aydınlıq gətirib:

"Uşaq pulu elə bir miqdarda verilməlidir ki, heç olmasa uşağın yeməyinə çatsın. Bu, pul şəklində kartla verilməlidir. Hamının arzusudur ki, uşaq pulu verilsin. Yəqin, dövlət bu məsələni həll edəcək".

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Ötən həftənin əvvəlində yoluxma sayı 200-ə yaxın idisə həftə sonu rəqəmlər biraz da yüksələrək 400-ü keçdi.

Həkim infeksionist Vüqar Cavadzadə Xəzər TV-yə bildirib ki, karantin qaydaları yumşaldılanda və sərtləşdiriləndə bunun fərqini açıq-aydın hiss etmək olur. Əgər artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq.

Həkim infeksionist Vüqar Cavadzadə ölkəmizdə aparılan vaksinasiya prosesindən də danışıb. Risk qrupuna daxil olan şəxslərin vaksinasiya etdirməsinin vacibliyini qeyd edib.

İnkesionist bildirib ki, dövlətimiz tərəfindən ölkəmizə kifayət qədər vaksin gətirilib. Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.
 

"Borçalı" Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri, tanınmış şair Elbəyi Cəlaloğlu vəfat edib.

""Borçalı" ailəsinə ağır itki üz verib. Şair, publisist Elbəyi Cəlaloğlu bu gecə vəfat edib. "Borçalı" Cəmiyyəti rəhbərliyi hər iki dəyərimizə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir və səbr diləyir. Ruhları şad olsun", - deyə Z.Məmmədli qeyd edib.

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.

İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır.

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: "Yel əsməyincə yarpaq tərpənməz", "Yelin zarafatı qovmaqla başlanır", "Yelə verdiyin düşmənə qismət olar", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar","Yel bağlayanı el açar", "Yeldən aman diləməzlər", "Külək kimi hərdən bir yana əsmə", "Küləkli havada dənizdə çimməzlər", "Kələknən gələn, küləknən gedər"... İnanclara görə, "Yeli əsdirəni söymək olmazdı, çünki onun arxasında Tanrı dayanır", "Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o - Yel havamızı təmizləyir, yeniləyir, dəyişir". "Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur".

Koronavirusa gündəlik yoluxma sayı 500 nəfəri keçərsə, bu, həyəcan təbili çalınmasına işarədir.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.

Hazırkı vəziyyətin kritik olmadığını qeyd edən həkim gündəlik göstəricilərin 500-ü keçəcəyi təqdirdə aidiyyəti qurumların karantinin sərtləşməsi barədə qərar qəbul edəcəyini bildirib.

İ. Mirizadə bayram günlərində yoluxma sayında çoxalma ehtimalı olacağı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın mart ayındakı qeyri-iş günlərində də müəyyən qadağalar tətbiq edə biləcəyini qeyd edib.

Həmçinin İ.Mirizadə hələlik vaksin olunan şəxslərin sayı az olması səbəbindən bunun yoluxma sayına ciddi təsir etmədiyini bildirib:

“Hazırda peyvənd olunanların sayı əhalinin 3.5-4 faizini təşkil edir. Bu rəqəmlərin yoluxmanın qarşısının alınmasında ciddi təsir edəcəyini düşünmürəm. Növbəti aylarda vaksinasiya prosesinin daha da güclənəcəyi və bunun effektini də görəcəyimizi düşünürəm”.

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının qanunsuz miqrant durumuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 1 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti 1 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata qeyd olunub ki, koronavirus pandemiyasının yaratmış olduğu çətinliklər nəzərə alınaraq, müxtəlif xarici ölkələrdə, həmçinin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün səfirliyə müraciət etməlidirlər.

Pravda.az-ın əldə etdiyi məlumata görə, V.Qaradağlı BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiridir. O, bu vəzifədə mərhum akademik Vasim Məmmədəliyevi əvəz edib. Qeyd: 1966-cı il təvəllüdlü V.Qaradağlı 1990-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib və əmək fəaliyyətinə də elə həmin fakültədə başlayıb. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub.
Pravda.az-ın xəbərinə görə, bunu həkim-infeksionist Dilman Əhmədov deyib.

Onun sözlərinə görə, karantin qaydaları yumşaldılanda və sərtləşdiriləndə bunun fərqini açıq-aydın hiss etmək olur:"Martın 29-dan koronavirusla mübarizəyə cəlb olunmuşam və hələ ki, istirahətə getməmişəm, davamlı olaraq , bu işlə məşğul olmuşam. Ona görə də baş verən bütün bu prosesləri aydın şəkildə izləyə bilmişəm. Həm xəstələrin müalicəsi ilə məşğul olduğumdan, həm də idarəetmədə olduğumdan bu fərqləri asanlıqla görə bilirəm. Məsələn, apreldə karantin yumşaldılanda yoluxma halları artmağa, mayda sərtləşdiriləndə azalmağa başladı. Yay aylarında -iyul, avqustda karantin yumşaldığından xəstəliyə yoluxma halları kəskin artmağa başladı. İndi də karantin yumşaldığlndan yoluxma halları artır. Artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq".

D. Əhmədib deyib ki, sərt karantinin tətbiqinin müsbət səmərəsini təxminən 20 gün-1 ay sonra görmək olur.

Həkim qeyd edib ki, karantin indi sərtləşdirilsə belə, təxminən 20 gün ərzində xəstəliyə yoluxma vəziyyətində yüksəlmə görmək mümkündür.

Vaksinasiyanın pandemiyadan qurtulmaq üçün əsas yol olduğunu deyən həkim deyib ki, ölkədə vaksinasiya prosesi sürətlə həyata keçirilsə də, virusa hələ yoluxmayan yetərincə insan var:"Ona görə də mən karantinin sərtləşdirilməsinin tərəfdarıyam. Bəzi insanlar şikayət edirlər ki, nə vaxta kimi karantin olacaq. Amma fakt odur ki, virusdan ölüm halları yetərli qədərdir. Mən ağır vəziyyətdə olan və virusdan ölən xəstələri görən bir həkim kimi insanlara deyirəm ki, ehtiyac olmadığı halda kütlə arasına çxımayın. Çölə çıxdığınız halda da gigiyenik qaydalara ciddi şəkildə əməl edin. Heç kim çölə çıxanda kombinzon geyinməyə məcbur edilmir. Sadə bir qayda tələb edilir- maska taxmaq, əlləri dezinfeksiya etmək, maskaya əli dezinfeksiya etdikdən sonra toxunmaq lazımdır".

Gün ərzində 10-12 saat xəstələrlə işlədiyi halda indiyə qədər virusa yoluxmadığını deyən həkim bunun başlıca səbəbinin gigiyenik qaydalara düzgün əməl etməsi ilə əlaqələndirib:"Xəstəxanada virus yükü daha çoxdur. Havada olan insanların isə yoluxma şansı bizimlə müqayisədə çox azdır. Əgər bu qədər virus yükünün arasında tək maska taxmaqla və gigiyenik qaydalara düzgün əməl etməklə özünü qorumaq mümkündürsə, açıq havada və digər yerlərdə olan insanlar da bunu edə bilərlər".

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək.

Martın 6-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında martın 6-da arabir güclənən cənub-qərb küləyinin 7-də güclü şimal küləyi ilə əvəz olunacağı və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanda son günlər koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Belə ki, fevralın 4-də koronavirus infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayındakı artım karantin rejiminin sərtləşdirilməsi ehtimalını ortaya çıxarır. Hətta insanlar rasında Novruz bayramı günlərində rayonlara gediş-gəlişin qadağan olunacağı ilə bağlı fikirlər səsləndirilir. Bəs görəsən Novruz bayramı günləri rayonlara gediş-gəlişin qadağan olunması ilə bağlı yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?
Bununla bağlı Sonxeber.az-ın suallarını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edildiyindən, bayram günləri rayonlara gediş-gəlişin qadağan olunması gözləniləndir:

"Son günlər yoluxanların sayında müşahidə olunan artım ürəkaçan deyil. Artıq yoluxma sayı 300-ü keçib. Bayram günləri əgər sərtləşdirilmə olmasa yoluxanların sayı 1000-ə çata bilər. Bilirsiniz ki, Novruz bayramı bizim milli bayramımızdır və insanlarımız həmin günlərdə bir-birinin evinə qonaq gedir. Bu da yoluxanların sayında artıma səbəb ola bilər. Ona görə də düşünürəm ki, Operativ Qərargah bayram günləri ilə bağlı qismən də olsa sərtləşmə ilə bağlı qərar qəbul edəcək. Ümumiyyətlə bayram günləri karantin rejimi sərtləşdirilməlidir ki, yoluxanların sayı yenidən 4 rəqəmliyə yüksəlməsin".

“Vaksinasiya prosesi davam edir, qarşıda da bizi yaz fəsli gözləyir. Bu baxımdan hesab edirəm ki, maska taxsaq, sosial məsafə gözləsək, tələb olunan qaydalara riayət etsək, vəziyyət daha da yaxşılaşa bilər".
Bu sözləri “Yeni Müsavat”a infeksionist İlham Bayramov bildirib.

Onun sözlərinə görə, gün ərzində açıq havada çox olmaq, qidaya diqqət etmək çox önəmlidir: "Doğrudur, ötən gün gündəlik yoluxma sayı 300 nəfərə çatmışdı. Lakin bu say o qədər də çox deyil. Əgər yoluxma sayı 4000 nəfərə çatarsa, bu zaman sərt karantin rejimi ola bilər.

Lakin vəziyyətin bu həddə çatacağını ehtimal etmirəm. Müşahidələrim əsasında onu deyə bilərəm ki, indi koronavirusa yoluxma olsa da, kliniki çox yüngül keçirilir. Hər halda, edilən müraciətlərdən bunu görürük. Son zamanlar, ümumiyyətlə, müraciət edənlərin də sayı xeyli azalıb. Daha bir məsələ, indi koronavirusun simptomları əsasən mədə-bağırsaqda özünü göstərməyə başlayıb”.

Digər infeksionist Nazxanım Qasımova mövzu ilə bağlı bunları qeyd edib: “Əgər son günlər ölkədə gündəlik yoluxma sayında nisbətən artım varsa, deyə bilərəm ki, bu normal haldır. Təbii ki, karantin rejimində bir sıra məhdudiyyətlər aradan qalxdıqca, yoluxma sayında da artım olur. Çünki vaksinasiya prosesi hələ tam başa çatmayıb, əhalinin müəyyən qismi vaksinasiya olunmayıb.

Yaxın on gün ərzində yoluxma sayının 1000-1500 nəfərə qədər çatacağı haqda proqnoz vermək bir qədər yanlışdır. Yəni nə qədər artım olacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq olmur. Bunu yalnız zaman göstərəcək. Əlbəttə ki, proqnozlar düz çıxarsa, yenidən karantin qaydaları sərtləşdirilə bilər. Lakin bir daha qeyd edirəm ki, bunu zaman göstərəcək. Həm də yaza doğru gedirik. Adətən virus qış aylarında daha aktiv olur. Bu baxımdan, yenidən sürətlə artım olacağını demək bir qədər yanlış olar”.

Nazxanım Qasımova əlavə vaksinlərin ölkəyə gətirilməsinin hansı problemlər yarada biləcəyi haqda isə bunları bildirdi: “Hazırda dünyada əsasən 5 növ vaksin var. Onlar tərkibinə və hazırlanma qaydasına görə bölünüb. Vaksinlərin bir qismində xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. Digər, inaktiv vaksinlərdə isə genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.

”CoronoVac" pediatrik peyvəndlər kimi inaktiv üsulla hazırlanıb. Peyvənd bədənə vurulduqda immun sistemi potagenə qarşı tez və yetərli reaksiya verir. Bununla da vaksin vurduran insanın orqanizmi virusla qarşılaşdıqda onun immun sistemi virusu tanıyır və bədəni qoruyur. Həmin şəxs xəstələnsə belə yüngül keçirir. Aparılan araşdırmaların nəticəsinə görə, inaktiv vaksinin tərkibində insan orqanizmi üçün zərərli maddələr yer almır. Vaksinin hər bir komponenti 3 mərhələdə test edilib".

Tibbi ekspert əlavə edib ki, bu günə qədər vaksinlə bağlı heç bir mənfi nəticə əldə edilməyib: "Yəni vaksinlərin tərkiblərində bir qədər fərq var, onun hansı ölkədə istehsal olunmasının heç bir fərqi yoxdur. Hesab edirəm ki, Çinin istehsal etdiyi “CoronaVac” vaksini mövcud beş vaksin arasında ən yaxşılarından biridir. Ümumiyyətlə, bütün vaksinlərin öz təsiri var, əgər belə olmasaydı onlar istehsal olunmazdı. Beləliklə, “”CoronaVac" vaksini Çində istehsal olunduğu üçün o qədər də keyfiyyətli deyil" fikri çox yanlışdır. Məlum olduğu kimi, Çin dünya ölkələri arasında iqtisadiyyatı inkişaf etmiş ən güclü ölkələrdən biridir. Məqsəd vaksinin təsiridir.

Hətta Türkiyədə də bu vaksindən istifadə olunur. Bildiyiniz kimi, Türkiyədə bir neçə vaksin sınaqdan çıxarılıb və sonda “CoronaVac” vaksininin üzərində dayanıblar. Başqa vaksinləri almaq istəməyimiz onunla bağlı deyil ki, Çin vaksini keyfiyyətsizdir. Sadəcə, bütün ölkəni əhatə etmək üçün məcburən digər firmaların da vaksinlərinə ehtiyac duyulacaq. Çünki vaksini istehsal edən şirkətlər bunu müəyyən say əsasında hazırlayır. Təkcə Azərbaycan deyil, bütün dünya ölkələri bacardıqları qədər çoxlu sayda vaksin alıb, bütün ölkə əhalisini vaksin etdirmək istəyir.

Əminəm ki, necə ki, Azərbaycan dünyada vaksinasiya prosesi başlayan zaman çox qısa bir müddət ərzində bu prosesə start verdi, eləcə də bu məsələnin öhdəsindən tezliklə gələcək. Biz inkişaf etmiş, yeni sənaye ölkəsi olmasaq da vaksinasiya prosesinə başlayan ilk ölkələr sırasındayıq. Necə başlamışıqsa, sonrakı proseslər də o cür idarə olunacaq. Beləliklə, hesab edirəm ki, əlavə vaksinlərin ölkəmizə gətirilməsinin ləngidilməsi problemlərə səbəb olmayacaq, bu məsələ də lazımi qaydada tənzimlənəcək".

Xəbər lenti